Məhkəmə qərarları › İş №e-2(019)-947/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-947/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-947/2022 14.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə TTL000728 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 330 AZN borcun, 28.54 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu kiçik iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Qanun normasının tələbindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəməlidir. Lakin hazırki kiçik iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılmalı və ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3, 284-3, 284-4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılsın; "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Bu qərardaddan tərəfə rəsmi qaydada verildiyi verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar