Məhkəmə qərarları › İş №e-2(019)-95/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-95/2023

13.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-95/2023 13.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh1, onun vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, mirasın iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr olan iddiaçılar arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-613 və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 14 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2002-ci ildə ölmüş X2, xx.xx.2005-ci ildə ölmüş X4 miras qalmış əmlaklara-ünvan 1ində yerləşən torpaq sahələrinə irsi transmissiya üzrə üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş xx.xx.2013-cü ildə ölmüş X8nun vərəsələri olan iddiaçılar arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, İddiaçı1 28 aprel 1998-ci ildə X20 ilə nikahlarını ünvan 1 İnzibati Ərazi Dairəsində 11 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2004-cü il tarixdə İddiaçı2 adında uşaqları olmuşdur. Evləndiyi vaxtdan hazıradək ünvan 1ində mərhum qaynatası X14 məxsus olmuş 0.12 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd etmək istəyir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X14 və X5 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki konturda verilmişdir. 0.16 ha torpaq sahəsi 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik sahədən, 0.40 ha torpaq sahəsi ilə çöl ərazisindən verilmişdir. 0.40 ha hissəsində torpaq sahəsi verildiyi vaxtdan mərhumların oğlu olan əri X20 tərəfindən fındıq bağı salınmış, həmin bağa qulluq etmişlər. X11 xx.xx.2002-ci ildə, X16 isə xx.xx.2005-ci ildə ölmüşdür. Onların dəfnini onun oğlu olan iddiaçının əri X20 və iddiaçı yola salmış, onlara məxsus əmlak olan evi və torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişlər. xx.xx.2013-cü ildə əri X20 olmüş, onun ölümündən sonra həmin təsərrüfatı onun ailə üzvləri olan iddiaçılar İddiaçı1 və onun qızı İddiaçı2 idarə etməklə hal- hazırda orada yaşayırlar. X24 və Müslimat Balayeva vəfat edəndən sonra onların digər övladlarının hər biri təsərrüfatdan ayrılmaqla başqa ünvanlarda yaşayırlar. X24 və Müslimat Balayevanın səkkiz övladı olmuşdur: Ramiz, Rafiq, Rafael, Şəviddin, Şahid, İsmayıl, Zülfürə, Elşad. Həmin övladlardan Ramiz, Rafiq, Rafael, Şəviddin və Elşad ölmüşdür. Digər üç övladları sağdır. Onların hər biri X24 və Müslimat Balayevanın ölümündən əvvəl həmin təsərrüfatdan ayrılmışlar və özlərinə məxsus təsərrüfatda yaşayırlar. Yalnız Cavabdeh1 təxminən 1996-1997-ci illərdə Rusiya Federasiyasına getmiş, 2011-ci ildə Rusiyadan qayıtmış, bundan sonra isə Qax rayonu ərazisində çobanlıqla məşğul olmuşdur. Mərhumların adına olan 0.40 ha torpaq sahəsi isə verildiyi vaxtdan 2022-ci ilədək X8 və onun ailəsinin, yəni iddiaçıların istifadəsində olmuşdur. Qeyd etmək istəyir ki, 0.40 ha torpaq sahəsində mərhum Elşad Balayev tərəfindən fındıq ağacları əkilərək ora aqrotexniki qulluq olunmuşdur və hazırda ora məhsuldar bar verir. Fındıq yığılması ərəfəsində iddiaçının qaynı olan cavabdeh ona bildirmişdir ki, həmin fındıq bağını öz adına keçirmiş və buna görə də həmin bağa onları buraxmamışdır. Cavabdehin bu hərəkətindən sonra İddiaçı1 Balakən rayon Notariat Ofisinə müraciət etmiş və məlum olmuşdur ki, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2002-ci il tarixdə ölmüş X3 və xx.xx.2005-ci il tarixdə ölmüş X12 adına 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açılmış, 2V-613 və 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X2 və X9 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsi tam hissədə Cavabdeh1 bölünmüşdür. Həmin şəhadətnamələr əsasında Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 0.4061 ha torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Notarius miras əmlaka dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1-ci, 1273-1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəslər olan iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. X11 xx.xx.2002-ci ildə, X16 isə xx.xx.2005-ci ildə öldüyündən və vərəsəlik işi 2021-ci ildə açıldığından hazırki işdə mirasın qəbul edilməsinin formal üsulu tətbiq edilməmişdir. Eyni zamanda bildirir ki, xx.xx.2002-ci ildə ölmüş X2 və xx.xx.2005-ci ildə ölmüş X4 miras qalmış əmlaklara vərəsəlik açılarkən notarius qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh1 mirasdan tam həcmdə pay vermişdir. Cavabdeh1 isə mərhumların öldüyü zaman nə xx.xx.2002-ci ildə, nə də ki, xx.xx.2005-ci ildə mirasın qəbulunda iştirak etməmiş, mərhumların dəfnində iştirak etməmiş, onlardan qalan hər hansı bir mirası qəbul etməmişdir. Belə ki, Cavabdeh1 uzun müddət ölkə xaricində olmuşdur, bir neçə il olar ki, Qax rayonu ərazisində çobanlıqla məşğul olur. O, həmin təsərrüfatda qeydiyyatda da deyil. İddiaçıların miras əmlaka faktiki sahiblik və miras əmlakı idarə etmələri ünvan 1 İnzibati Ərazi Dairəsinin və Katex Bələdiyyəsinin verdiyi arayışlarla təsdiq edilir. Bundan əlavə iddiaçılar mirası faktiki qəbul etdiklərinə, mərhumlara məxsus torpaq sahələrini istifadə etdiklərinə və onlara məxsus evdə yaşadıqlarına görə vərəsəliklə bağlı notariat kontoruna müraciət etməmişlər. Eyni zamanda Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi nootariusu Cavabdeh3 miras əmlakı bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməli, Cavabdeh1 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan pay verməməli idi. Hesab edir ki, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 mərhumlardan miras qalmış əmlaklara vərəsəlik işi açarkən və mirası bölüşdürərkən səhvə yol verildiyinə-mərhumlardan qalmış mirası qəbul etmiş vərəsələrin vərəsəliyə çağırılmadığına, mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilmədiyinə, miras əmlaka faktiki sahiblik və faktiki idarəçiliyin hansı vərəsəyə məxsus olmağını müəyyən etmədiyinə, irsi transmissiya tətbiq etmədiyinə görə 2V-613 və 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrə əsasən qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməli, miras əmlakla bağlı irsi tarnsmissiya tətbiq edilməklə miras əmlak onu qəbul etmiş X8nun vərəsələri olan iddiaçılar arasında bərabər paylarda bölünməklə həmin paylara uyğun qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, İddiaçı1 onun qardaşı X15 arvadıdır. Onlar təxminən 1998-ci ildə evlənmişlər. Elşadla Xanımın birgə nikahından İddiaçı2 adında uşaqları olmuşdur. Evləndiyi vaxtdan hazıradək ünvan 1ində mərhum atası X14 məxsus olmuş 0.12 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X14 və X5 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0.57 ha torpaq sahəsinin 0.17 ha torpaq sahəsi 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik sahədən, 0.40 ha torpaq sahəsi ilə çöl ərazisindən verilmişdir. X1 xx.xx.2002-ci ildə, X16 isə xx.xx.2005-ci ildə ölmüşdür. Özü onların dəfnində iştirak etməmiş, həmin vaxtlar Rusiya Federasiyasında olmuş, 2011-ci ildə Rusiyadan Balakən rayonuna qayıtmışdır. Lakin valideynlərinin dəfninin yola salınması üçün Rusiyadan qardaşı Şahidə pul göndərmişdir. Hazırda göndərdiyi pulla bağlı hər hansı sənədi məhkəməyə təqdim edə bilmir. 0.40 ha torpaq sahəsində isə verildiyi vaxtdan fındıq ağacları əkilmişdir, 2022-ci ildə həmin əmlakı öz adına rəsmiləşdirdikdən sonra ora sahiblik edir. Həmin vaxta qədər isə oranın fındığını iddiaçılar yığmışlar. Hazırda isə iddiaçılar onu valideynlərindən miras qalmış evə və həyətyanı torpaq sahəsinə buraxmırlar. Özü çobanlıqla məşğul olur, yaşamağa başqa yeri yoxdur. Məcbur olub bacısı Zülfürəgildə müvəqqəti qalır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş X6 izahatında göstərdi ki, iddiaçı Xanım onun qardaşı Elşadın arvadıdır. Onlar evləndiyi vaxtdan hazıradək ünvan 1ində mərhum atası X14 məxsus olmuş 0.12 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. X29 2013-cü ildə ölmüşdür. Torpaq islahatı ilə bağlı valideynlərinə 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, 0.57 ha torpaq sahəsinin 0.17 ha torpaq sahəsi 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik sahədən, 0.40 ha torpaq sahəsi isə çöl ərazisindən verilmişdir. 0.40 ha torpaq sahəsində isə 20 ildən çox olar ki, fındıq ağacları əkilmiş, 2022-ci ilə kimi iddiaçılar onun fındığını yığmışlar. Hazırda oranı qardaşı İsmayıl istifadə edir. X1 xx.xx.2002-ci ildə, X16 isə xx.xx.2005-ci ildə ölmüşdür. İsmayıl həmin vaxt Rusiya Federasiyasında olduğuna görə onların dəfnində iştirak etməmişdir. Valideynlərinin öldüyü evdə qardaşı Elşad və onun arvadı Xanım yaşamışdır. İsmayıl 2011-ci ildə Rusiyadan Balakən rayonuna qayıtmış, çobanlıqla məşğul olmuşdur. Qardaşı Elşad 2013-cü ildə ölmüşdür, onun ölümündən sonra iddiaçılar qardaşı İsmayılı valideynlərindən miras qalmış evə və həyətyanı torpaq sahəsinə buraxmırlar. 0.40 ha torpaq sahəsini qardaşı İsmayıl öz adına sənədləşdirmişdir ki, özünə yurd eləsin. İsmayılın heç yerdə evi olmadığına görə onun evində qalır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş Balayev Şahid Əsədullah oğlu izahatında göstərdi ki, X1 xx.xx.2002-ci ildə, atası X16 isə xx.xx.2005-ci ildə ölmüşdür. İsmayıl həmin vaxt Rusiya Federasiyasında olduğuna görə onların dəfnində iştirak etməmişdir. Lakin İsmayıl onların dəfnini yola salmaq üçün ona müxtəlif vaxtlarda pul göndərmişdir. Həmin pulların qəbzlərini təqdim edə bilmir. 0.40 ha torpaq sahəsinin əkib-becərilməsi üçün də İsmayıl ona müxtəlif vaxtlarda pul göndərmişdir. Ona göndərilən pulun miqdarını bilmir. Cavabdehlər Balakən regional «Asan Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə olunan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsi tərəfindən xx.xx.2009-cu ildə qeydə alınmış A N 199948 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə X14 1176.06 kvm torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunan JN 1735 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X14 və X5 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 19 iyul 1969-cu ildə doğulmuş, atası X16, X1dır. İş materiallarına əlavə olunan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş xx/xx-1112 nömrəli arayışdan görünür ki, X20 ilə X26 xx.xx.1998-ci ildə 11 nömrə ilə rəsmi nikah bağlamışlar. İş materiallarına əlavə olunan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 134 nömrəli arayışdan görünür ki, X11 26 iyul 2002-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 133 nömrəli arayışdan görünür ki, X18 24 avqust 2005-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş xx/xx-1113 nömrəli arayışdan görünür ki, X20 25 mart 2013-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-BALAYEVA MÜSLİMAT HACİBAYRAM QİZİNİN vərəsəsi: BALAKƏN RAYONU, KATEX Ə/'D, KATEX KƏNDİ ünvanında qeydiyyatda olan OĞLU BALAYEV İSMAYİL ƏSƏDULLAH OĞLUDUR (AA*******, xx.xx.2021- Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-İN 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə BALAYEVA MÜSLİMAT HACİBAYRAM QİZİNA verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş-BALAYEV-ƏSƏDULLA MƏHƏMMƏD OĞLUNUN vərəsəsi: BALAKƏN RAYONU, KATEX Ə/D, KATEX KƏNDİ ünvanında qeydiyyatda olan OĞLU BALAYEV İSMAYİL ƏSƏDULLAH OĞLUDUR (AA*******. xx.xx.2021- Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 01.Ö9.202i-ci il tarixdə X14 verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsi X12 və X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 109-28677-1222 saylı arayışdan görünür ki, xx.xx.1967-ci ildə ünvan 2ində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Cavabdeh1 barəsində DİN-in Baş İnformasiya- Kommunikasiya idarəsinin «Giriş-çıxış və qeydiyyat» İAMAS üzrə aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində cəmi 1 (bir) dəfə, xx.xx.2011 -ci il tarixdə, saat 18:47-də “Moskva-Bakı" aviareysi ilə H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Azərbaycan Respublikasının ərazisinə giriş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayonu İcra Hakimiyyəti Katex kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsini müvəqqəti icra edən E.Şoranov tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli 718 saylı arayışdan görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 Yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X13 və X5 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki konturda verilmişdir. 0.16 ha torpaq sahəsi 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik sahədən, 0.40 ha torpaq sahəsi ilə çöl ərazidən verilmişdir. 0.40 ha hissəsində torpaq sahəsi verildiyi vaxtdan mərhumların oğlu X20 tərəfindən fındıq bağı salınmışdır. X11 xx.xx.2002-ci ildə, X16 isə xx.xx.2005-ci ildə ölmüşdür. Onların dəfnini oğlu X20 yola salmış onlara məxsus olan əmlak olan evi və torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişdir. xx.xx.2013-cü ildə X20 ölmüş, onun ölümündən sonra həmin təsərrüfatı onun ailə üzvləri olan İddiaçı1 və onun qızı İddiaçı2 idarə etməklə hal- hazırda orada yaşayırlar. X21 və Müslimat Balayeva vəfat edəndən sonra onların digər övladlarının hər biri təsərrüfatdan ayrılmaqla başqa ünvanlarda yaşayırlar Mərhumların adına olan 0.40 ha torpaq sahəsi isə verildiyi vaxtdan 2022-ci ilədək X20 və onun ailəsinin istifadəsində olmuşdur. İş materiallarında olan Balakən rayonu Katex Bələdiyyəsinin sədri C.Piriyev tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli 129 saylı arayışdan görünür ki, İddiaçı1 mərhum qaynatası X10 0.13 ha həyətyanı və JN- 1735 saylı Dövlət aktı ilə ailəsinə verilmiş 1653.32 ha kənddaxili həyətyanıya bitişik pay torpaq sahəsinə verigiləri 2013-cü ilə qədər mərhum övladı X20 ödəmiş, 2013-cü ildən sonra isə həyat yoldaşı İddiaçı1 tərəfindən vergilər ödənilmişdir. İş materiallarında olan Balakən rayonu İcra Hakimiyyəti Katex kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 740 nömrəli arayışdan görünür ki, Nümayəndəliyin 17 nömrəli təsərrüfatbaşına kitabın 174-cü səhifəsində 1518 nömrəli təsərrüfatda xx.xx.2013-cü il tarixdə vəfat etmiş X15 qeydiyyatda olan ailə üzvləri aşağıdakılardır: İddiaçı1, İddiaçı2 İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı1 28 aprel 1998-ci ildə X20 ilə nikahlarını ünvan 1 İnzibati Ərazi Dairəsində 11 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Onların birgə nikahından xx xxxxxxxx 2004-cü il tarixdə İddiaçı2 adında uşaqları olmuşdur. İddiaçı1 evləndiyi vaxtdan hazıradək ünvan 1ində mərhum qaynatası X14 məxsus olmuş 0.12 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X14 və X5 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki konturda verilmişdir. 0.17 ha torpaq sahəsi 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik sahədən, 0.40 ha torpaq sahəsi ilə çöl ərazisindən verilmişdir. 0.40 ha hissəsində torpaq sahəsi verildiyi vaxtdan 2013-cü ilədək X20, onun ölümündən 2022-ci il tarixədək onun arvadı İddiaçı1 istifadəsində olmuşdur. X11 xx.xx.2002-ci ildə, X16 isə xx.xx.2005-ci ildə ölmüşdür. Onların dəfnini onun oğlu olan iddiaçının əri X20 və iddiaçı yola salmış, onlara məxsus əmlak olan evi və torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişlər. xx.xx.2013-cü ildə X20 olmüş, onun ölümündən sonra həmin təsərrüfatı onun ailə üzvləri olan iddiaçılar İddiaçı1 və onun qızı İddiaçı2 idarə etməklə hal-hazırda orada yaşayırlar. X24 və Müslimat Balayeva vəfat edəndən sonra onların digər övladlarının hər biri təsərrüfatdan ayrılmaqla başqa ünvanlarda yaşayırlar. X24 və Müslimat Balayevanın səkkiz övladı olmuşdur: Ramiz, Rafiq, Rafael, Şəviddin, Şahid, İsmayıl, Zülfürə, Elşad. Həmin övladlardan Ramiz, Rafiq, Rafael, Şəviddin və Elşad ölmüşdür. Digər üç övladları sağdır. Onların hər biri X24 və Müslimat Balayevanın ölümündən əvvəl həmin təsərrüfatdan ayrılmışlar və özlərinə məxsus təsərrüfatda yaşayırlar. Yalnız Cavabdeh1 X24 və Müslimat Balayevanın öldüyü müddətlərə Rusiya Federasiyasında olmuş, 2011-ci ildə Rusiyadan qayıtmışdır. 2021-ci ildə Cavabdeh1 Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə miras əmlakla bağlı müraciət etmiş, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2002-ci il tarixdə ölmüş X3 və xx.xx.2005-ci il tarixdə ölmüş X12 adına 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açılmış, 2V-613 və 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X2 və X9 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsi tam hissədə Cavabdeh1 bölünmüşdür. Həmin şəhadətnamələr əsasında Cavabdeh1 xx.xx.2021ci il tarixdə 0.4061 ha torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 2022-ci ildə fındıq yığımı zamanı isə cavabdeh iddiaçıları həmin torpaq sahəsinə buraxmamışdır. Bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. Buna görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən hüquq normasının tələbinə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhumlar X2 və X9 miras qalmış əmlakları X8 vasitəsi ilə irsi transmissiya qaydasında qəbul etdiyini sübut etməlidir. Eyni zamanda Cavabdeh1 da mərhumlar X2 və X9 miras qalmış əmlakları qəbul etdiyini sübut etməlidir. İddiaçılardan fərqli olaraq Cavabdeh1 mərhumlar X2 və X9 miras qalmış əmlaklarla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş tərəflər, həmçinin üçüncü şəxslər X6 və Balayev Şahid Əsədullah oğlu da Cavabdeh1 mərhumlar X2 və X9 miras qalmış əmlaklarla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmişlər. Balayev Şahid Əsədullah oğlu izahatında heç Cavabdeh1 hansı tarixdə və hansı məbləğdə ona pul göndərməsini göstərə bilməmiş, göndərilməsi ehtimal edilən pulların göndərilmə tarixləri və məbləğlərini əks etdirən müvafiq sənədləri məhkəməyə təqdim edə bilməmiş, göndərilməsi ehtimal edilən pulların Cavabdeh1 tərəfindən valideynlərinə məxsus mirasın qəbulu ilə bağlı hansı əlaqədə olmasını əsaslandıra bilməmişdir. Eynilə üçüncü şəxs X6 da Cavabdeh1 tərəfindən valideynlərindən qalmış mirası notariat orqanına ərizə verməklə və ya faktiki qəbul etməsini təsdiq etməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, Cavabdeh1 Əsəddullah oğlu valideynləri vəfat etdiyi vaxtda ölkə xaricində olmuş və valideynlərinin ölümündən illər sonra xx.xx.2011 -ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında o da müəyyən edildi ki, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2002-ci il tarixdə ölmüş X3 və xx.xx.2005-ci il tarixdə ölmüş X12 adına 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1, 1252 və 1273-1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan X8 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. O da qeyd edilməlidir ki, xx.xx.2002-ci ildə ölmüş X2 və xx.xx.2005-ci ildə ölmüş X4 miras qalmış əmlaklara vərəsəlik açılarkən Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh1 mirasdan tam həcmdə pay vermişdir. Cavabdeh1 isə mərhumların öldüyü zaman nə xx.xx.2002-ci ildə, nə də ki, xx.xx.2005-ci ildə mirasın qəbulunda iştirak etməmiş, onlardan qalan hər hansı bir mirası qəbul etməmişdir. Belə ki, Cavabdeh1 mirasın açıldığı və onun qəbul edildiyi müddətlərdə ölkə xaricində olmuşdur. O, həmin təsərrüfatda qeydiyyatda da deyil. İddiaçıların miras əmlaka faktiki sahiblik etmələri və miras əmlakı idarə etmələri Katex kənd İnzibati Ərazi Dairəsinin və Katex Bələdiyyəsinin verdiyi arayışlarla da öz təsdiqini tapır. İddiaçılar isə mirası faktiki qəbul etdiklərinə, mərhumlara məxsus torpaq sahələrini istifadə etdiklərinə və onlara məxsus evdə yaşadııqlarına görə vərəsəliklə bağlı notariat kontoruna müraciət etmədiklərini bildirirlər. Eyni zamanda məhkəmə iclasında o da müəyyən olundu ki, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 miras əmlakları bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməmiş, Cavabdeh1 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan tam hissədə Cavabdeh1a irs verməkdə haqlı olmamışdır. Belə ki, miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Belə ki, mərhumların səkkiz nəfər övladları olsa da, onlardan yeddi nəfəri mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir. Belə olan halda Mülki Məcəllənin 1273-1-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə iclasında xx.xx.2002-ci ildə ölmüş X2 və xx.xx.2005-ci ildə ölmüş X4 miras qalmış əmlaklarını qəbul etmiş yeganə vərəsə isə X15 olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu; 1) formal üsulunu və 2) qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:-miras əmlaka faktiki sahiblik etmək üsulu;-miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu onu ehtiva edir ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər; - Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan fakt məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 xx.xx.2002-ci ildə ölmüş X2 və xx.xx.2005-ci ildə ölmüş X4 miras qalmış əmlaklarını bölüşdürərkən miras əmlakları qəbul etməmiş Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli 2V- 613 və 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermişdir. Buna görə də sözügedən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələr ləğv edilməli, miras əmlaklar onu yegənə qəbul etmiş vərəsə olan 25 mart 2013-cü il tarixdə ölmüş X8 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçılar arasında bölünməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X22 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3-cü maddə). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4cü maddə) Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3-cü maddə). Həmin Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (16.4-cü maddə). Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir (16.5-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2002-ci il tarixdə ölmüş X3 və xx.xx.2005-ci il tarixdə ölmüş X12 adına 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmədiyindən, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1ci, 1252-ci və 1273-1-ci maddələrinin tələblərini pozduğundan, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan X8 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etdiyindən Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarış və həmin Çıxarışın verilməsi üçün əsas olmuş daşinmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməli, xx.xx.2002-ci ildə ölmüş X2 və xx.xx.2005-ci ildə ölmüş X4 miras qalmış əmlaklara-ünvan 1ində yerləşən torpaq sahələrinə X8 vasitəsi ilə irsi transmissiya üzrə üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən mirasın qəbulu faktı müəyyən edilməli, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş xx.xx.2013-cü ildə ölmüş X8nun vərəsələri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bərabər paylarda bölünməlidir. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarış və həmin Çıxarışın verilməsi üçün əsas olmuş daşinmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. X8 vasitəsi ilə irsi transmissiya üzrə üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən xx.xx.2002-ci ildə ölmüş X2 və xx.xx.2005-ci ildə ölmüş X4 qalmış mirasın qəbulu faktı müəyyən edilsin və irsi transmissiya tətbiq edilməklə xx.xx.2002-ci ildə ölmüş X2 və xx.xx.2005-ci ildə ölmüş X4 miras qalmış əmlaklar-ünvan 1ində yerləşən torpaq sahələri onu qəbul etmiş xx.xx.2013-cü ildə ölmüş X8nun vərəsələri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bərabər paylarda bölünsün. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar