Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-960/2024 18.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçın Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1965-ci il təvəllüdlü Cavabdeh 27 aprel 2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsinə əsasən 330 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, 04 iyul 2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsinə əsasən 3108 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat cərimə borcu və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4099 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 27 aprel 2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 450 manat olan məişət avadanlığı əldə edib.Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 330 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 495 manat cərimə borcu yaranmışdır (330 manat x 150 gün x 1%=495 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 04 iyul 2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3915 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3108 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1864 manat cərimə borcu yaranmışdır (3108 manat x 60 gün x 1%=1864 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 500 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 27 aprel 2023-cü il tarixli BKK6441254saylı borc müqaviləsinə əsasən 330 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, 04 iyul 2023cü il tarixli BKK6441448 saylı borc müqaviləsinə əsasən 3108 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat cərimə borcu və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 4099 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi sifarişlixəbərnaməli poçt vasitəsi ilə göndərilsə də o, Balakən rayonu Qazma kəndində yaşamadığından məhkəmə sənədlərinin ona təqdim edilməsi mümkün olmamışdır. Göstərilən sənədlərin Cavabdeh təqdim edilməsi üçün həmin sənədlər sifarişlixəbərnaməli poçt göndərişi ilə Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 28 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Qədirov X1 qeydiyyatda olmasına baxmayaraq Rusiya Federasiyasında yaşayır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçıdən hissə-hissə ödəniş şərti ilə 450 (dörd yüz əlli) AZN məbləğində məişət avadanlığı əldə etmişdir, onun 54 (əlli dörd) AZN ilkin ödənişini etmiş və qalan 396 (üç yüz doxsan altı) AZN məbləği 12 ay müddətinə aylıq 33 (otuz üç) AZN olmaqla İddiaçıə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin Qeyd hissəsinə əsasən, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçıdən hissə-hissə ödəniş şərti ilə 3915 (üç min doqquz yüz on beş) AZN məbləğində məişət avadanlığı əldə etmişdir, onun 807 (səkkiz yüz yeddi) AZN ilkin ödənişini etmiş və qalan 3108 (üç min bir yüz səkkiz) AZN məbləği 12 ay müddətinə aylıq 259 (iki yüz əlli doqquz) AZN olmaqla İddiaçıə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin Qeyd hissəsinə əsasən, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. İşdə olan 15 oktyabr 2023-cü il tarixli, 3960 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BKK6441254 saylı müqavilə üzrə ödənilməmiş 330.00 AZN, xx.xx.2023-cü il tarixli BKK6441448 saylı müqavilə üzrə ödənilməmiş 3108.00 AZN olmaqla ümumilikdə 3438.00 AZN əsas (qalıq) borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 27 aprel 2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 450 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 330 manat əsas borcu qalmışdır. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 04 iyul 2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3915 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3108 manat əsas borcu qalmışdır. Cavabdeh 27 aprel 2023-cü il tarixli BKK6441254saylı borc müqaviləsinə əsasən 330 manat əsas borcu yaranmış, ona 100 manat cərimə hesablanmışdır. Cavabdeh 04 iyul 2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsinə əsasən 3108 manat əsas borcu yaranmış, ona 500 manat cərimə hesablanmışdır. Borc ödənmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borclara aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı azaldılaraq 27 aprel 2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsinə əsasən 7 manat, 04 iyul 2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsinə əsasən 35 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27 aprel 2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsinə əsasən 330 manat əsas borc, 7 manat cərimə, 04 iyul 2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsinə əsasən 3108 manat əsas borc, 35 manat cərimə olmaqla, cəmi 3480 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 61 manatın 52,46 manatı alınıb İddiaçın xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 27 aprel 2023-cü il tarixli BKK6441254 saylı borc müqaviləsinə əsasən 330 manat əsas borc, 7 manat cərimə, 04 iyul 2023-cü il tarixli BKK6441448 saylı borc müqaviləsinə əsasən 3108 manat əsas borc, 35 manat cərimə olmaqla, cəmi 3480 manat borc və ödənmiş dövlət rüsumunun 52,46 manatı alınıb İddiaçın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-960/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-960/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver