Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-973/2024 30.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi bacısı-08 aprel 1966-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 1966-cı il tarixdə doğulmuş bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-49/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 08 aprel 1966-cı ildə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Göründüyü kimi hazırki iş üzrə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan 08 aprel 1966-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 2(019)-49/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi vardır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Qeyd olunanlara əsasən hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsasına görə Ərizəçi bacısı-08 aprel 1966-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilməli, hazırki ərizənin qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsasına görə Ərizəçi bacısı-08 aprel 1966-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilsin; hazırki ərizənin qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-973/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-973/2024
30.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver