Məhkəmə qərarları › İş №e-2(019)-981/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-981/2023

27.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-981/2023 27.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evinə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin təklifinə əsasən iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evinə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 7000 (yeddi min) manat kompensasiya ödəməklə xitam verilməsi, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 2ində fərdi yaşayış evi vardır. Sonuncunun qeyd olunan mənzil üzərində hüquqları 22 noyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə Cavabdeh ünvan 2ində fərdi yaşayış evi istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun həmin fərdi yaşayış evindən çıxarılmasını istəməsidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evi ilə oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 100 manat təşkil edir.Hesab edir ki, iddiaçının mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evindən iş üzrə Cavabdeh istifadə hüququna bazar qiymətinə uyğun 7000 (yeddi min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi ədalətli və qanuni olar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçı X10 onun anasıdır. Mübahisəli fərdi yaşayış evi onun valideynlərinə məxsus olmuşdur. O,həmin evdə doğulmuş və hal-hazıra kimi onun daimi yaşayış yeri həmin evdir. Ev dörd otaqdan ibarətdir və evin 130000-150000 manat qiyməti vardır. Evin bir otağından anası, bir otağından qardaşı, bir otağından isə o, istifadə edir.Onun başqa yaşayış sahəsi yoxdur. O,qardaşına təklif edir ki, “ya sən pul ver mən gedib başqa yerdə ev tikdirim. Ya da mən pul verim sən get özünə ev tikdir”. Qardaşı isə razılaşmır. Hazırda həmin evdə o yaşayır, anası və qardaşı hərdən gündüzlər ora gəlsələr də gecə qalmırlar. İddiaçının ona təklif etdiyi 7000 manat kompensasiya cox azdır, həmin pulla o ev tikə və ya ala bilməz. O, kompensasiya olaraq 100000 manat tələb edir. İddiaçının iddia tələbini əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0.0609 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 168.10 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 10 oktyabr 2022-ci il tarixdə verilmiş inventar nömrəsi 2453 reyestr nömrəsi **********0-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. Ev 1987-ci ildə inşa olunmuş, bir mərtəbəlidir, üç yaşayış otağından ibarətdir, ümumi sahəsi 168,10 kv/m, yaşayış sahəsi 75.10 kv/m-dir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkar-bisnesmen X8 tərəfindən verilmiş 10.Vİİ.2023-cü il tarixli 52 nömrəli daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı arayışda göstərilmişdir ki, “Arayış verilir (Balakən rayonunda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti (daşınar və daşınmaz əmlakın alqı-satqısı, icarəsi və s.) ilə məşğul olan Azər Səmədzadə tərəfindən) ona görə ki, İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evinin real bazar qiyməti təqribi olaraq 25.000 (iyirmi beş min)- 30.000 (otuz min) manat arasındadır. Anoloji şəraitə malik, ünvan 2ində yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqı 100 (bir yüz) manat aralığındadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 08 fevral 2023-cü il tarixdə verilmiş 146 nömrəli arayışda göstərilmişdir ki, “Verilir ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı ondan ötrü ki,o həqiqətən ünvan 1 sakinidir və vətəndaşın 2021-2025-ci illər üzrə ( Təsərrüfatbaşına kitab №03, şəxsi hesab №176,səhifə №122-də) özü və birgə aşağıda adları qeyd olunan ailəsi vardır:oğlu-X3, oğlu-Cavabdeh, oğlu-X4, gəlini-X2, nəvəsi-X11, gəlini-X7, nəvələri-X5 və X12. Məhkəmə İddiaçı nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki,Cavabdeh İddiaçı oğludur.İddiaçı mülkiyyətində ünvan 2ində fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi 1987ci ildə inşa olunmuş, bir mərtəbəlidir, üç yaşayış otağından ibarətdir, ümumi sahəsi 168,10 kv/m, yaşayış sahəsi 75.10 kv/m-dir.İddiaçı qeyd olunan ev üzərində hüquqları 22 noyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Aralarında olan kəskin ziddiyyətə, cavabdeh ilə birlikdə yaşamasının mümkün olmamasına görə İddiaçı bir neçə aydır ki, həmin evdə yaşaya bilmir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan, ünvan 2ində yerləşən fərdi yaşayış evinə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin təklifinə əsasən iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evinə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 7000 (yeddi min) manat kompensasiya ödəməklə xitam verilməsi, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki , hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı X6 cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür.Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə təklif olunan 7000 manat kompensasiyanın Cavabdeh ünvan 2ində yerləşən, 1987-ci ildə inşa olunmuş, bir mərtəbəli,üç yaşayış otağından ibarət fərdi yaşayış evindən istifadə hüquqlarının xitamı üçün bazar qiymətlərinə uyğun,yetərli olubolmamasını müzakirə edərək,hesab edir ki,İddiaçı mülkiyyətində olan mübahisəli evdə Cavabdeh istifadə hüquqlarına xitam verilməsi üçün təklif etdiyi 7000 manat məbləğdə kompensasiya ağlabatan olmaqla, onun mənafeyinə uyğundur.Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 100 manat civarındadır.Belə olan halda təklif olunan 7000 manat kompensasiya elə bir əvəzləşdirmədir ki, cavabdehin davamlı surətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasına imkan verir.Bu xüsusda təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun,iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin istifadə hüquqlarının itirilməsi üçün yetərlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat kompensasiya ödənilməklə onun İddiaçı mülkiyyətində olan, ünvan 1ində yerləşən, bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 168.10 kv/m,yaşayış sahəsi 75.10 kv/m- olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli və o, həmin evdən çıxarılmalı,fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat kompensasiya ödənilməklə onun İddiaçı mülkiyyətində olan, ünvan 1ində yerləşən, bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 168.10 kv/m, yaşayış sahəsi 75.10 kv/m- olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin və o, həmin evdən çıxarılsın, fərdi yaşayış evi İddiaçı təhvil verilsin. 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar