Məhkəmə qərarları › İş №e-2(020)-1005/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1005/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1005/2025 01.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Cavabdeh katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsinə əsasən 471 manat əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandrılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 29 dekabr 2022-ci il tarixli BYK6315363 saylı və 29 dekabr 2022-ci il tarixli BYK ******* saylı borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1548 manat olan məişət avadanlıqları əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 471 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh borc müqavilələrinə əsasən 471 manat əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ondan əsassız olaraq əsas borc və faiz borcu tələb edir. O, hazırki iddia tələbini qəbul etmir. Belə ki, onun iddiaçı təşkilata heç bir borcu qalmayıb. O, İddiaçı MMC-dən bir ədəd qaz plitəsi və bir ədəd televizoru nisyə alqı-satqı müqaviləsi əsasında satın almışdır. H\min avadanlıqların pulunu hər ay ödəmişdir. Lakin, qaz plitəsi xarab çıxdığı üçün o. Həmin məhsulu İddiaçı MMC-yə geri qaytarmışdır. Həmin qaz plitəsinə görə ödədiyi pulu isə televizorun ödənişinə əlavə etdilər. O, qalan borcunu da ödəyərək, qeyd olunan kredit borcunu tam şəkildə ödəmişdir. Hazırda isə iddiaçı təşkilat əsassız olaraq ona qarşı hazırkı iddianı qaldırmışdır. Ona görə də hesab edir ki, mülki işə iddia icraatı qaydasında onun iştirakı ilə baxılmalıdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(020)-1005/2025 saylı qərardadına əsasən, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 1 manat olmaqla, 24 ay müddətinə, hər ay 47 manat ödəmək şərti ilə, dəyəri 1129 manat olan məişət avadanlığı satmışdır. 29 dekabr 2022-ci il tarixli BYK6315363 №-li Təhvil-təslim aktından görünür ki, “BEKO B43A800B” markalı TV Led Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 1 manat olmaqla, 22 ay müddətinə, hər ay 19 manat ödəmək şərti ilə, dəyəri 419 manat olan məişət avadanlığı satmışdır. 29 dekabr 2022-ci il tarixli BYK6315365 №-li Təhvil-təslim aktından görünür ki, “Riffel GM 1140W” markalı qaz plitəsi Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli müqavilə üzrə İddiaçınə 338 manat və 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilə üzrə İddiaçınə 133 manat əsas borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli və 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: 29 dekabr 2022-ci il tarixli BYK6315363 №-li müqavilə üzrə ödəmə çeklərindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat,xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixdə 47 manat, xx.xx.2024-cü il tarixdə 47 manat və xx.xx.2024-cü il tarixdə 138 manat olmaqla, ümumilikdə 702 manat məbləğində ödəniş etmişdir. 29 dekabr 2022-ci il tarixli BYK6315365 №-li ödəmə çeklərindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2024-cü il tarixdə 19 manat olmaqla, ümumilikdə 247 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış 29 dekabr 2022-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, Cavabdeh 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli müqavilə üzrə 338 manat əsas borc və 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilə üzrə isə 133 manat əsas borc alınaraq, İddiaçınə verilməsinə dair iddia tələbi əsaslıdır. Məhkəmə cavabdehin 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilə üzrə almış olduğu qaz plitəsi xarab olduğu üçün, həmin qaz plitəsinin iddaçıya qaytarıldığını və həmin müqavilə üzrə ödənişlərin 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli müqavilə üzrə ödəməli olduğu ödənişlərə əlavə edildiyi etirazı ilə bağlı qeyd edir ki, cavabdeh qeyd etdiyi dəlillərlə bağlı sübutları (qaz plitəsinin iddiaçı qaytarılması barədə akt və s.) məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən 13 ay ödənilmiş, sonuncu ödəniş isə 24 mart 2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3-cü maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.4-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7-cı maddəsinə əsasən, müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəsinə əsasən, bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 29 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 338 manat əsas borcu və 29 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 133 manat əsas borcu olmaqla, cəmi 471 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli müqaviləyə əsasən 338 (üç yüz otuz səkkiz) manat məbləğində əsas borcu, 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqaviləyə əsasən 133 (yüz otuz üç) manat məbləğində əsas borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 (beş yüz bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar