Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1026/2025 15.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1323,90 manat əsas və 397,10 manat cərimə olmaqla, cəmi 1721 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 436,6 manat əsas 130,90 manat cərimə olmaqla, cəmi 567,50 manat borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 193,60 manat əsas, 58 manat cərimə olmaqla, cəmi 251,60 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 189,90 manat əsas, 56,90 manat cərimə, cəmi 246,8 manat borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 557,40 manat əsas, 167,20 manat cərimə, cəmi 724,60 manat borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1739,90 manat əsas, 521,90 manat cərimə, cəmi 2261,80 manat borc ümumilikdə altı müqavilə üzrə 4441,30 manat əsas, 1332 manat cərimə, 5773,30 manat cəmi borcun və 77,73 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Asus” markalı notebook, “Smart” saata görə 15 ay ödəniş cədvəli üzrə hər ay 186 manat olmaqla, cəmi 2789,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 133 manat ödəniş etmiş, qalıq qalmış 557,40 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1672 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 167,20 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 557,40 manat əsas və 167,20 manat cərimə olmaqla, cəmi 724,60 manat təşkil etmişdir. Eyni zamanda, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Braun” markalı sokçəkənə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla, cəmi 429,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024cü il tarixində 72 manat ödəniş etmiş, qalıq qalmış 189,90 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 569 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 56,90 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 189,90 manat əsas və 56,90 manat cərimə olmaqla, cəmi 246,80 manat təşkil etmişdir. Eyni zamanda, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 49 manat olmaqla, cəmi 877,60 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024cü il tarixində 147 manat ödəniş etmiş, qalıq qalmış 436,60 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1309 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 130,90 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 436,60 manat əsas və 130,90 manat cərimə olmaqla, cəmi 567,50 manat təşkil etmişdir. Eyni zamanda, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “DVD” markalı videoregistratora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla, cəmi 391,60 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024cü il tarixində 66 manat ödəniş etmiş, qalıq qalmış 193,60 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 580 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 58 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 193,60 manat əsas və 58 manat cərimə olmaqla, cəmi 251,60 manat təşkil etmişdir. Eyni zamanda, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Miniyuyucu”, “Videoregistratora” görə 24 ay ödəniş cədvəli üzrə hər ay 78 manat olmaqla, cəmi 1869,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024cü il tarixində 156 manat ödəniş etmiş, qalıq qalmış 1323,90 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 3971 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 397,10 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 1323,90 manat əsas və 397,10 manat cərimə olmaqla, cəmi 1721 manat təşkil etmişdir. Eyni zamanda, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Monoblok”, “Aksesuara” görə 18 ay ödəniş cədvəli üzrə hər ay 134 manat olmaqla, cəmi 2409,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 68 manat ödəniş etmiş, qalıq qalmış 1739,90 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 5219 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 521,90 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 1739,90 manat əsas və 521,90 manat cərimə olmaqla, cəmi 2261,80 manat təşkil etmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini, mülki iş üzrə yekun məhkəmə aktının çıxarılaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 0,50 (əlli qəpik) manat olmaqla, 15 ay müddətinə hər ay 186 manat ödəmək şərti ilə dəyəri 2789,98 manat olan “Asus” markalı notebook, “X1 Watch 4” satmışdır. xx.xx.2023-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Cavabdeh “Asus” markalı notebook, “X1 Watch 4” xx.xx.2023-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdehnun İddiaçınə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 557,40 manat əsas borc və 1672 manat cərimə olmaqla, cəmi 2229,40 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə hər ay 24 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 429,99 manat olan “Braun Mquick J700” markalı şirəçəkən maşını satmışdır. xx.xx.2023-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Cavabdeh “Braun Mquick J700” markalı sokçəkən maşını xx.xx.2023-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdehnun İddiaçınə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 189,90 manat əsas borc və 569 manat cərimə olmaqla, cəmi 758,90 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 184 manat olmaqla, 18 ay müddətinə hər ay 49 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 1061, 69 manat olan “Xiaomi Pad 6” markalı telefon satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Cavabdeh “Xiaomi Pad 6” markalı telefon xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdehnun İddiaçınə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 436,60 manat əsas borc və 1309 manat cərimə olmaqla, cəmi 175,60 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 0,50 (əlli qəpik) manat olmaqla, 18 ay müddətinə hər ay 22 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 392,19 manat olan “DVD Canyon” markalı videoregistrator satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Cavabdeh “DVD Canyon” markalı videoregistrator xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 193,60 manat əsas borc və 580 manat cərimə olmaqla, cəmi 773,60 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 24 ay müddətinə hər ay 78 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 1869,98 manat olan “Karcher K7” miniyuyucu və “DVR Canyon” markalı videoregistrator satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Cavabdeh “Karcher K7” miniyuyucu və “DVR Canyon” markalı videoregistrator xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1323,90 manat əsas borc və 3971 manat cərimə olmaqla, cəmi 5294,90 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 500 manat olmaqla, 18 ay müddətinə hər ay 134 manat ödəmək şərti ilə “HP” monoblok və “Chair 2E” aksesuar satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Cavabdeh “HP” monoblok və “Chair 2E” xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1739,90 manat əsas borc və 5219 manat cərimə olmaqla, cəmi 6958,90 manat borcu yaranmışdır. 15 aprel 2025-ci il tarixli xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 557,40 manat məbləğində əsas borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 189,90 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 436,60 manat məbləğində əsas borc, xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə 193,60 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1323,90 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1739,90 manat məbləğində əsas borc alınaraq, İddiaçınə verilməlidir. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrin şərtlərinə əsasən müvafiq olaraq, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 167,20 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 56,90 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 130,90 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 58 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 397,10 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 521,90 manat məbləğində cərimə, tələb etmişdir. Məhkəmə, hesab edir ki, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 557,40 manat məbləğində əsas borc görə 167,20 manat məbləğində cərimənin, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 189,90 manat məbləğində əsas borc görə 56,90 manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 436,60 manat məbləğində əsas borca görə 130,90 manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 193,60 manat məbləğində əsas borca görə 58 manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1323,90 manat məbləğində əsas borca görə 397,10 manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1739,90 manat məbləğində əsas borca görə 521,90 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 167,20 manat hesablanmış cərimə məbləğinin 40 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 56,90 manat məbləğində hesablanmış cərimə məbləğinin 10 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 130,90 manat məbləğində hesablanmış cərimə məbləğinin 30 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 58 manat məbləğində hesablanmış cərimə məbləğinin 10 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 397,10 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 521,90 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edidiyindən iddiaçı tərəfindən ödənilmiş 77,73 manat dövlət rüsumunun 67,31 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 557,40 (beş yüz əlli yeddi manat 40 qəpik) manat məbləğində əsas borc və 40 (qırx) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 189,90 (yüz səksən doqquz manat 90 qəpik) manat məbləğində əsas borc və 10 (on) manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 436,60 (dörd yüz otuz altı manat 60 qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində cərimə, xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə 193,60 (yüz doxsan üç manat 60 qəpik) manat məbləğində əsas borc və 10 (on) manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1323,90 (min üç yüz iyirmi üç manat 90 qəpik) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1739,90 (min yeddi yüz otuz doqquz manat 90 qəpik) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 4731,30 (dörd min yeddi yüz otuz bir manat 30 qəpik) manat məbləğində borc və 67,31 (altmış yeddi manat 31 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hisssədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1026/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1026/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver