Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1039/2025 22.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/01825 nömrəli barışıq sazişinin təsdiq edilməsi, həmçinin hüquqi yardım üçün ödədiyi 325 manat pulu da Maraqlı şəxs aid edilməsi və həmin pul vəsaitinin də ondan alınıb ərizəçiyə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından iki övladları var: xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-622/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdül X6 onun yanında qalması və birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdül X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi iki uşağa görə 350 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə aralarında Sumqayıt 1 saylı X3 Sazişi bağlamışdılar. Həmin sazişə görə birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdül X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın sonundan gec olmayaraq hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin tutulub ona ödənilməsi müəyyən edilmişdir. Maraqlı şəxs həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bildirir ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir, saziş bağlandığı gündən bu günə kimi ona aliment ödəməmiş, sazişin tələbini pozmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Barışı sazişinin təsdiq olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Lakin ərizəçinin nümayəndəsi(vəkili)Vəkil məhkəməyə ərizə göndərərək işə ona iştirakı olmadan baxıb, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-622/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Əliyeva (Hüseynova) Elvira Fərrux qızı arasında olan 5 saylı Bakı “ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsində 01 oktyabr 2016cı il tarixdə bağlanmış və 5225 nömrə ilə qeyd edilmiş nikah qeydin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları- Əliyeva (Hüseynova) Elvira Fərrux qızının himayəsində saxlanılması, Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub Əliyeva (Hüseynova) Elvira Fərrux qızına verilməsi qət edilmişdir. X2 vasitəsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 11 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, xx.xx.2017-ci il doğulmuş X10 və xx.xx.2020-ci il doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın sonundan gec olmayaraq hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin Ərizəçi ödəyəcəyini ikinci tərəf Maraqlı şəxs öz öhdəsini götürmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Sumqayıt Rayon Vəkil Bürosunun hesabına 325 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 11 sentyabr 2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355- 26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, Maraqlı şəxs dövlət nəfinə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ərizəçinin “hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində iddia qismən təmin edilməli və hüquqi yardıma görə ödənilmiş məbləğin 150 manatı maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. 11 sentyabr 2023-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: xx.xx.2017-ci il təvəlüdlü X10 və xx.xx.2020-ci il təvəlüdlü X1 üçün Maraqlı şəxs tərəfindən (uşağın atası) hər ayın sonundan gec olmayaraq hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində alimenti X4(uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Maraqlı şəxs 150 (yüz əlli) manat məbləğində hüquqi yardıma görə ödənilmiş xərci tutularaq, Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Maraqlı şəxs dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1039/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1039/2025
22.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver