Məhkəmə qərarları › İş №e-2(020)-1384/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1384/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1384/2025 06.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səbuhi Səfərov Əlifağa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “istifadə olunmuş təbii qaza görə borcun tutulması” tələbinə dair mülki işə Beyləqan Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) istifadə etdiyi təbii qaza görə yaranmış borc üzrə 675,68 manat məbləğində pulun alınıb sonuncunun adına qaz istehlakçısı kimi açılmış **********00670 nömrəli abonent koduna və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, abonent kodu **********00670 olan cavabdeh qaz paylayıcısı olan iddiaçı ilə bağladığı 29 avqust 2016-cı il tarixli, 16021 nömrəli müqavilə əsasında yaşadığı evə quraşdırılmış 10262379 məişət qaz sayğacından keçən təbii qazdan istifadə etmişdir. Cavabdeh göstərilən müqavilənin 2.3.1-ci bəndinə əsasən həmin qaz sayğacının göstəricisinə əsasən hesablanıb ona təqdim edilmiş və ya göndərilmiş hesab üzrə qazın dəyərini tam ödəməli olduğu halda, istifadə etdiyi təbii qaza görə cəmi 675,68 manat məbləğində borcunu yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmiş, bununla da müqavilə öhdəliyini lazımınca icra etməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 30,40 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 29 avqust 2016-cı il tarixli, 16021 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı satqısı” müqaviləsinin surəti və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin həmin sənədlərə aid olan müvafiq faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə (iddiaçının cavabdehə hesabladığı borcun məbləği istisna olmaqla) eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən fiziki şəxslər kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə qaz təminatına görə ödənilən haqlar daxildir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, iş üzrə iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1- 284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 29 avqust 2016-cı il tarixli, 16021 nömrəli müqavilə üzrə yaranmış borca görə 675,68 manat məbləğində pul alınıb özünün adına qaz istehlakçısı kimi açılmış **********00670 nömrəli abonent koduna, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul alınıb İddiaçı ABB-nin Tərtər RQİİ-nin X1 filialı, kod 200457, VÖEN**********, M/H AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2XXXX, İddiaçı İB, VÖEN**********, İBAN: AZ9İİB******************** nömrəli hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar