Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1405/2023 13.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, İclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh qarşı 468 manat əsas borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində göstərilən forma və məzmununa riayət edilməmişdir. Kiçik iddialara dair icraat qaydasında işlərə iddia tələbi 5.000 manatdan aşağı olduqda baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinin tələbinə görə mülki işlər üzrə iddianın qiyməti beşmin manatdan, kommersiya mübahisələrinə dair iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.Həmin Məcəllənin 284-2-ci maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsinə göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizənin forma və məzmununa uyğun tərtib edilməsinə baxmayaraq ümumi iddia ərizəsi kimi verilməsi qeyd edilmişdir. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər utaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh 468 manat pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev .
Məhkəmə qərarları › İş №e-2(020)-1405/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1405/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver