Məhkəmə qərarları › İş №e-2(020)-1407/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1407/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1407/2023 15.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Subroqasiya hüququ əsasında 5 070,40 (beş min yetmiş manat, qırx qəpik) manat məbləğin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq Cavabdeh 5 000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 5 070,40 (beş min yetmiş manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin iddia ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan " K A M A Z 55111" markalı, ** BL *** dövlət nömrə nişanlı avtomobil Bakı-Qazax yolunun 16-cı km-də hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə "Shacman" markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 3(002)-1942/2022 saylı qərarla " K A M A Z 55111" markalı, ** BL *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Shacman" markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobilə 10 705 (on min yeddi yüz beş) manat maddi zərər dəymişdir. P M E * * * * * * * * * * s a y l ı sığorta şəhadətnaməsinə və İAS230125 saylı, x x . x x . 2 0 2 3 - c ü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 5 000 (beş min) manat manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı " K A M A Z 55111" markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Odur ki, Cavabdeh 5 000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 5 070,40 (beş min yetmiş manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, 06 dekabr 2022-ci il tarixdə saat 21:37 radelorindo Bakı-Qazax yolunun 16-cı km-nin Bakı istiqamətində hərəkətdə olan zaman “Shacman Yük” markalı S9-HM-748 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 manat cərimə olunmuşdur. Hazırda tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən və MAPS arayışından görünür ki, cavabdeh Həsənov X1 rayonunun Kəbirli kəndində qeydiyyatdadır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət eləməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İşdə olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "Shacman" markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 12 ay müddətinə sığortalanmışdır. İşdə olan Müstəqil ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində "Shacman" markalı, ** HM *** dövlət nömrə nişanlı avtomobilə 10 705 (on min yeddi yüz beş) manat maddi zərər dəymişdir. İşdə olan PME********** saylı sığorta şəhadətnaməsindən və AS230125 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP-5092447 saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh 09 dekabr 2022-ci il tarixdə saat 21:37 radələrində idarə etdiyi "Kamaz 55111 Yük" markalı, 04 01 872 dövlot qeydiyyat nişanlı avlomabillə Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddpləri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 3(002)-1942/2022 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 manat cərimə olunmuşdur. İşdə olan sənədlərdən müəyyən olundu ki, Cavabdeh hadisə vaxtı " K A M A Z 55111" markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazalarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5 000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-239- 241-244,253.cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği olna 5000 (beş min) manat və dövlət rüsumu kimi ödənilən 70.40 (yetmiş manat qırx qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar