Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1685/2024 28.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı nisiyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə "AccessBank” QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN*İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi. ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv/m, yaşayış sahəsi 69.7 kv/m. yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı tərdi yaşayış evindən və ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi “AccessBank" QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “AccessBank" QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı “AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv/m, yaşayış sahəsi 69.7 kv/m, yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini alıcı Cavabdeh 16000 manat (on altı min manat) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3040 (üç min qırx) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir.Cavabdeh qalan 12960 (on iki min doqquz yüz altmış) manat məbləği isə xx.xx.2026-cı ıl tarıxinədək hər ayda bir dələ 360 ( üç yüz altmış) manat olmaqla 36 dəfə ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 4840 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh l irat qızı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklit göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Ona görə də Cavabdeh ilə "AccessBank” QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN*İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi. ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv/m, yaşayış sahəsi 69.7 kv/m. yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı tərdi yaşayış evindən və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi “AccessBank" QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən X4 iddianı qəbul etmədi və izahatında göstərdi ki, “AccessBank" QSC nin mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 69.7 m2, yardımçı sahəsi 28.7 m2 olan 3 otaqlı fərdi yaşayış evini 0.12 ha olan torpaq sahəsini 16000 manata almışdır. İlkin olaraq 3040 manat ödəmiş qalan məbləği hər ay 360 manat ödəməyi öhdəsinə götürmşdür. Hər ay pul ödəmiş, lakin 2 ay imkanı olmadığına görə ödəyə bilməmişdir. Ona görə də “AccessBank" QSC onu məhkəməyə vermişdir. İddianı qəbul etmir, maddi imkanı olan kimi qalan məbləği hissə-hissə ödəyəcəkdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********79-10301 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Mil kəndində yerləşən ümumi sahəsi 98.40 kv metr olan fərdi yaşayış evi "AccessBank” QSC-nin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “AccessBank" QSC mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 69.7 m2, yardımçı sahəsi 28.7 m2 olan 3 otaqlı fərdi yaşayış evini 0.12 ha olan torpaq sahəsi ilə birlikdə X2 16000 manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3040 (üç min qırx) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh 12960 (on iki min doqquz yüz altmış) manat məbləği isə xx.xx.2026-cı ıl tarıxinədək hər ayda bir dəfə 360 ( üç yüz altmış) manat olmaqla 36 dəfə ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 4840 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş təklifdən görünür ki, Cavabdeh müqavilənin ləğv edilməsinə dair təklit göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 423.1-ci maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə müqavilə şərtlərinin pozulması ilə bağlı xəbərdarlıq (protenziya) göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilədən irəli gələn öhdəlikləri icra etmədiyinə görə tərəflər arasında bağlanmış müqavilə pozulmuş hesab edilir və ona görə də iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə məhkəmədə baxılmasına zərurət yaranmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Beyləqan rayonu Mil kəndində yerləşən, ümumi sahəsi 98.4 kv/m, o cümlədən yaşayış sahəsi 69.7 kv/m. yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı tərdi yaşayış evindən və Beyləqan rayonu Mil kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən çıxarılsın, əmlak boşaldılaraq iddiaçı “AccessBank" QSC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat alınıb İddiaçı QSC-yə ödənilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1685/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1685/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver