Məhkəmə qərarları › İş №e-2(020)-1726/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1726/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1726/2023 09.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 468 (dörd yüz altmış səkkiz) manat məbləğində əsasə borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçərək (VÖEN 200538 4382) fəailyyət göstərirdiyinə əsasən avtomaşın təkərlərinin satışını həyata keçirir. Müraciət edən müştəri avtomobil təkərlərini hağd şəkildə almaqda çətinlik şəkdikdə, malın nisyə olaraq alqisatqisi həyata keçirilir. Həmin alqi-satqi borclu X3 arasında bağlanmış “Nisyə alqi-satqi müqaviləsi” əsasinda reallaşır. Müqaviləyə əlavə 1-də alınmış malın adi, qiyməti, dəyəri, qeyd olunur, tərtib olunmuş, təhvil təslim aktına əsasən mal müştəriyə təqdim edilir. FERRUM KAPİTAL QSC-lə (Bundan sonra *FAKTOR QSC adlanagaq) zaminlik müqaviləsi bağlanır, müştəri öhdəliyi yerini yetirmədikdə həmin ödəniş banka edilir və bunun əsasında reqress qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Sənədlər imzalanmaqla, alıcıya (müşəriyə) müqavilənin şərtləri izah olunmaqla yanaşi, ödənişin hansı formada həyata keçirilməsi də izah edilir və ödənişin aparılması qaydası göstərən nümunə onlara təqdim edilir.İddiaçı ilə borclu X3 arasına bağlanmış xx.xx.2022ci il tarixli “Nisyə alqi-satqi müqaviləsi AKL 000640” № -li müqaviləyə əsasən , satıcı qismində çıxış edərək ,alıcıya Cavabdeh 4 ədəd ,185/60R/15 waterfall markalı təkər üçün hər birinin dəyəri 117 manat, cəmi dəyəri 468 manat olan mail verilmişdir. Müqavilənin şərtlərinə əsasən alıcı xx.xx.2023-cü ildən başlayaraq 6 ay müddətində 78 manat ödəniş etməklə malın dəyərini tam ödəməli idi. Lakin alıcı Nuruyev.M müqavilədı göstərilən şərtlərə əməl etməyərək ödənişi tam ötməmiş 468 manat borclu qalmış, onunla aparılan danışıqlar bir fayda verməmişdir.Müqavilənin 5-ci maddəsidə mübahisələrin həllindən bəhs edilir və qeyd olunur ki, tərəflər meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr qanunvericiliyə əsasən Azərbaycan Respublikasinin müvafiq məhkəmələrində həll edilir.Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinə əsasən 6 ay müddətinə olmaqla hər ay 78 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir.Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh X4 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun əsas məbləği 468 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən bərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan xəzi fəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı, onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər '.ə əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasım tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəy yənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı təşkilatdan nisyə alqı-satqı müqaviləsi üzrə təkər alması, lakin müqavilə şərtlərinə əməl etməməklə hazırki borcun yaranması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 468 (dörd yüz altmış səkkiz) manat məbləğində əsasə borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar