Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1752/2024 03.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı «ABC Telekom” MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER , HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********61099 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 3915.96 (üç min doqquz yüz on beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 587.04 (beş yüz səksən yeddi manat dörd qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, , APPLE AİRPODS 3 qulaqlıq üçün 355.68 (üç yüz əlli beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 79.32 (yetmiş doqquz manat otuz iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78607 XİAOMİ REDMİ 12C markalı telefon üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********73343 XİAOMİ REDMİ 12C markalı telefon, VİNİL ŞƏFFAF üçün 178.18 (yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 52.82 (əlli iki manat səksən iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PANASONİC ev telefonu üçün 26.7 (iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 7.3 (yeddi manat otuz qəpik) manat dəbbə olmaqla ümumilikdə 6936 manat borc, 89.36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərk işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsindən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü U, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG CHARGER , HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********61099 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, SAMSUNG TV, APPLE A1RPODS 3 qulaqlıq, İmei kod **********78607 XİAOMİ REDMİ 12C markalı telefon, İmei kod **********73343 XİAOMİ REDMİ 12C markalı telefon, VİNİL ŞƏFFAF, PANASONİC ev telefonu almış və nəticədə 6936 (altı min doqquz yüz otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3915.96 (üç min doqquz yüz on beş manat doxsan altı qəpik) manat (12 ay x 326.33 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER , HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********61099 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün ümumilikdə, 4503 (dörd min beş yüz üç) manat olmaqla ondan, 3915.96 (üç min doqquz yüz on beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 587.04 (beş yüz səksən yeddi manat dörd qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1102.5 (min yüz iki manat əlli qəpik) manat (3 ay x 350 manat + 52.5 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün ümumilikdə, 1365 (min üç yüz altmış beş) manat olmaqla ondan, 1050 (min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 534.96 (beş yüz otuz dörd manat doxsan altı qəpik) manat (12 ay x 44.58 manat + 0 manat ilkin ödəniş) olan, APPLE AİRPODS 3 qulaqlıq üçün ümumilikdə, 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 355.68 (üç yüz əlli beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 79.32 (yetmiş doqquz manat otuz iki qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 366 (üç yüz altmış altı) manat (12 ay x 30.5 manat + 0 manat ilkin ödəniş) olan, İmei kod **********78607 XİAOMİ REDMİ 12C markalı telefon üçün ümumilikdə. 368 (üç yüz altmış səkkiz) manat olmaqla ondan, 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 429 (dörd yüz iyirmi doqquz) manat (12 ay x 35.75 manat + 0 manat ilkin ödəniş) olan, İmei kod **********73343 XİAOM1 REDMİ 12C markalı telefon, VİNİL ŞƏFFAF üçün ümumilikdə, 231 (iki yüz otuz bir) manat olmaqla ondan, 178.18 (yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 52.82 (əlli iki manat səksən iki qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 107.04 (yüz yeddi manat dörd qəpik) manat (12 ay x 8.92 manat + 0 manat ilkin ödəniş) olan, PANASONİC ev telefonu üçün ümumilikdə, 34 (otuz dörd) manat olmaqla ondan, 26.7 (iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 7.3 (yeddi manat otuz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 623.94 manat təşkil etmişdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER , HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********61099 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 3915.96 (üç min doqquz yüz on beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 587.04 (beş yüz səksən yeddi manat dörd qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, , APPLE AİRPODS 3 qulaqlıq üçün 355.68 (üç yüz əlli beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 79.32 (yetmiş doqquz manat otuz iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78607 XİAOMİ REDMİ 12C markalı telefon üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********73343 XİAOMİ REDMİ 12C markalı telefon, VİNİL ŞƏFFAF üçün 178.18 (yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 52.82 (əlli iki manat səksən iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PANASONİC ev telefonu üçün 26.7 (iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 7.3 (yeddi manat otuz qəpik) manat dəbbə olmaqla ümumilikdə 6936 manat borc, 89.36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, cavabdeh olan oğlu "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən iddiaçı təşkilatdan müxtəlif avadanlıq götürmüşdür. Lakin oğlu işdən çıxarıldığına görə maddi imkanı olmadığından oğlu borcunu ödəyə bilməmişdir. İddianın əsas pul tələbinə dair hissəsini qəbul edir. Lakin oğluna hesablanmış dəbbə pulu şişirdilmişdir. Hazırda oğlu işə qəbul edilmiş, yaxın gələcəkdə də borcunu ödəyəcəkdir. Ona görə də dəbbə pulunun azaldılmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü U, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG CHARGER , HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********61099 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, SAMSUNG TV, APPLE A1RPODS 3 qulaqlıq, İmei kod **********78607 XİAOMİ REDMİ 12C markalı telefon, İmei kod **********73343 XİAOMİ REDMİ 12C markalı telefon, VİNİL ŞƏFFAF, PANASONİC ev telefonu almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 3915.96 (üç min doqquz yüz on beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 587.04 (beş yüz səksən yeddi manat dörd qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1050 (min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 355.68 (üç yüz əlli beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 79.32 (yetmiş doqquz manat otuz iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 178.18 (yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 52.82 (əlli iki manat səksən iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 26.7 (iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 7.3 (yeddi manat otuz qəpik) manat dəbbə borcu yaranmışdır. İşdə olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İşdə olan tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ona görə də məhkəmə iddianın əsas pul tələbinə dair hissəsinin təmin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. «Zvierzinski Poşaya qarşı» iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «Ədalətli tarazlığa» cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə pulları tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 587.04 manat dəbbə pulunun 60 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 315 manat dəbbə pulunun 32 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 79.32 manat dəbbə pulunun 8 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 63 manat dəbbə pulunun 7 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 52.82 manat dəbbə pulunun 6 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 7.30 manat dəbbə pulunun 2 manat saxlanılmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********61099 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 3915.96 (üç min doqquz yüz on beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 3 qulaqlıq üçün 355.68 (üç yüz əlli beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78607 XİAOMİ REDMİ 12C markalı telefon üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********73343 XİAOMİ REDMİ 12C markalı telefon, VİNİL ŞƏFFAF üçün 178.18 (yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PANASONİC ev telefonu üçün 26.7 (iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə olmaqla ümumilikdə 5 945,83 (beş min doqquz yüz qırx beş manat səksən üç) manat borc, 81 (səksən bir) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmalı, dövlət rüsumu üzrə ödənilmiş 8.36 manat isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********61099 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 3915.96 (üç min doqquz yüz on beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, , APPLE AİRPODS 3 qulaqlıq üçün 355.68 (üç yüz əlli beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78607 XİAOMİ REDMİ 12C markalı telefon üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********73343 XİAOMİ REDMİ 12C markalı telefon, VİNİL ŞƏFFAF üçün 178.18 (yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PANASONİC ev telefonu üçün 26.7 (iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə olmaqla ümumilikdə 5 945,83 (beş min doqquz yüz qırx beş manat səksən üç) manat borc, 81 (səksən bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 8.36(səkkiz manat otuz altı qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1752/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1752/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver