Məhkəmə qərarları › İş №e-2(020)-1756/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1756/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1756/2023 12.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh oğluna qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC məhkəmədə Cavabdeh xx.xx.2019-cu il tarixli, BLYK01494 saylı Nisyə satış müqaviləsi üzrə yaranmış 99.85 (doxsan doqquz manat səksən beş qəpik) manat əsas, 98.74 (doxsan səkkiz manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 198.59 (bir yüz doxsan səkkiz manat əlli doqquz qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulub «X1 Olmayan Kredit Təşkilatı» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BLYK01494 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən 12 ay müddətinə hissə-hissə hər ay üçün 45 manat, sonuncu ay üçün isə 46.42 manat ödəmək şərti ilə, 564.42 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə- Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir.Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yanmbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 99.85 manat təşkil edir.Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 329.15 manat təşkil edir.Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edilərək hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edilmişdir. Belə olan halda, hesablanmış cərimə məbləğinin xx.xx.2019-cu il tarixli, BLYK01494 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 98.59 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən bərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan xəzi fəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı, onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəy yənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinəəsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatıüsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 98.74 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 20 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qısmən və ya təmin edilməsini qanuna müvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BLYK01494 saylı Nisyə satış müqaviləsi üzrə yaranmış 99.85 (doxsan doqquz manat səksən beş qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 119.85 (bir yüz on doqquz manat səksən beş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC–yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev. İş № 2(020)-1756/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Beyləqan rayon məhkəməsi 12 oktyabr 2023-cü il Beyləqan şəhəri Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Məhkəmə iclası saat 15:45-da başlandı. Sədrlik edən məhkəmə baxışı iclasını açdı və iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxıldığını elan etdi. Sədrlik edən iş materiallarını nəzərdən keçirdikdən sonra müşavirə otağına getdiyini elan etdi. Müşavirə otağından qayıdıb qətnaməni elan etdi. Qətnamədən şikayət vermə qaydasını və müddətini izah etdi və məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə iclası saat 15:52-də qurtardı. Protokol 12 oktyabr 2023-cü il tarixdə tərtib edildi. Sədrlik edən: İclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ1200, Tel: (021) 22- 5-29-08 Beyləqan şəhəri, Heydər Əliyev pr,2 Faks: (021) 22- 5-29-08 12 oktyabr 2023-cü il № 2(020)-1756/2023 «X1 Olmayan Kredit Təşkilatı» MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 120. Cavabdeh: Cavabdeh Beyləqan rayon 1-ci Aşıqlı kəndi. İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan rayon məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(020)-1756/2023 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Eyni zanamda sizə izah olunur ki, qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyata keçirilən məhkəmə icraatında iştirak etmək maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti hər ünvana 01 vərəqədə Hakim: Seyfəli Seyfullayev İCRAVƏRƏQƏSİ İş № 2(020)-960/2023 25 may 2023-cü il Beyləqan rayon məhkəməsi İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiaya baxaraq qərara aldı. Cavabdeh xx.xx.2021-ci il tarixli, BLYK03646 saylı Nisyə satış müqaviləsi üzrə yaranmış 358.01 (üç yüz əlli səkkiz manat bir qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 378.01 (üç yüz yetmiş səkkiz manat bir qəpik) manat borcun və 25 (iyirmi beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC–yə ödənilsin. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si xx.xx.1993-cü ildə anadan olan, Beyləqan rayon 1-ci Aşıqlı kəndində qeydiyyatda olan Cavabdeh, Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si «X1 Olmayan Kredit Təşkilatı» MMC, ünvan 2 ünvanında yerləşən. Qətnamə 13 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İcra sənədi 14 fevral 2023-cü il tarixdə verilmişdir. Məhkəmə möhrünün yeri Hakim Seyfəli Seyfullayev. AZƏRBAYCAN RESPUBLİKASİ BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ1200, Tel:(021)-22 5-29-08 Beyləqan şəhəri, Heydər Əliyev pr,2 Faks:(021)-22 5-29-08 27 iyun 2023-cü il № 2(020)-960/2023 Beyləqan rayon İcra və Probasiya Şöbəsinə İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan rayon məhkəməsinin 25 may 2023-cü il tarixli icra vərəqəsi icrası üçün aidiyyatı üzrə Sizə göndərilir. İcra vərəqəsinin icrası barədə məhkəməyə məlumat verməyiniz Sizdən xahiş olunur. Qoşma: icra vərəqəsi 01 vərəqə Hakim Seyfəli Seyfullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar