Məhkəmə qərarları › İş №e-2(020)-1776/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1776/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1776/2023 16.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********73986 olan Samsung Galaxy 52 markalı telefon üçün 848.80 (səkkiz yüz qırx səkkiz manat səksən qəpik) manat ödəniməmiş hissə, 84.20 (səksən dörd manat iyirmi qəpik) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Nevada-Yataq-tumba, Matras, Nevida-Yataq-Sürgülü Dolab, Nevida –Yataqçarpayı Nevida-Yataq-Termo üçün 306 (üç yüz altı) manat ödəniməmiş hissə, 30 (otuz) manat cərimə, cəmi hər iki müqavilə üzrə 1269 (bir min iki yüz altmış doqquz) manat borc, 32.69 (otuz iki manat altmış doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********73986 olan Samsung Galaxy 52 markalı telefon və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Nevada-Yataq-tumba, Matras, Nevida-Yataq-Sürgülü Dolab, Nevida –Yataq-çarpayı Nevida-Yataq-Termo almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1098.80 manat (12 ay x 84.90 manat + 80 manat ilkin ödəniş) olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********73986 olan Samsung Galaxy 52 markalı telefon üçün ümumilikdə, 933 manat olmaqla ondan, 848.80 manat ödənilməmiş hissə, 84.20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2892 manat (20 ay x 144.60 manat + 0 manat ilkin ödəniş) olan, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Nevada- Yataq-tumba, Matras, Nevida-Yataq-Sürgülü Dolab, Nevida –Yataq-çarpayı Nevida-Yataq- Termo üçün ümumilikdə, 336 manat olmaqla ondan, 306 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu yaranmışdır.Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Nevada-Yataq-tumba, Matras, Nevida-Yataq-Sürgülü Dolab, Nevida –Yataq-çarpayı Nevida- Yataq-Termo-dan imtina etmiş və məhsul 2441 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 145 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2441 manat, digər xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 250 manat təşkil edir. İşdə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş malyyə sənədlərindən görünür ki, cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********73986 olan Samsung Galaxy 52 markalı telefon və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Nevada-Yataq-tumba, Matras, Nevida-Yataq-Sürgülü Dolab, Nevida –Yataqçarpayı Nevida-Yataq-Termo almışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********73986 olan Samsung Galaxy 52 markalı telefon üçün 848.80 (səkkiz yüz qırx səkkiz manat səksən qəpik) manat ödəniməmiş hissə, 84.20 (səksən dörd manat iyirmi qəpik) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Nevada-Yataq-tumba, Matras, Nevida-Yataq-Sürgülü Dolab, Nevida –Yataq-çarpayı Nevida-Yataq-Termo üçün 306 (üç yüz altı) manat ödəniməmiş hissə, 30 (otuz) manat cərimə, cəmi hər iki müqavilə üzrə 1269 (bir min iki yüz altmış doqquz) manat borcu qalmışdır.. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32.69 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********73986 olan Samsung Galaxy 52 markalı telefon üçün 848.80 (səkkiz yüz qırx səkkiz manat səksən qəpik) manat ödəniməmiş hissə, 84.20 (səksən dörd manat iyirmi qəpik) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Nevada-Yataq-tumba, Matras, Nevida- Yataq-Sürgülü Dolab, Nevida –Yataq-çarpayı Nevida-Yataq-Termo üçün 306 (üç yüz altı) manat ödəniməmiş hissə, 30 (otuz) manat cərimə, cəmi hər iki müqavilə üzrə 1269 (bir min iki yüz altmış doqquz) manat borc, 32.69 (otuz iki manat altmış doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar