Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1792/2024 18.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2030 manat məbləğində vurulmuş zərər və ödənilmiş 40,30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 2106” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il martın 29-da Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, 8 Noyabr prospektində “Hyundai Elantra” markalı, **-PL-*** dövlət nömrə nişanlı və “Mercedes Benz” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Bakı DYP-in xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYP-in xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 776 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Hyundai Elantra” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilə 1800 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 778 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobilə 230 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 5802 nömrəli ödəniş tapşırığı ilə 1800 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 230 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixində PXA********** №-li icbari sığorta müqaviləsi bağlanaraq, «VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə əmlaka və sağlamlığa vurulan zərərin hər birinə görə 5000 manat həddində sığortalanmışdır. Bakı şəhəri DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqlnda qərardan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2022ci il tarixdə Cavabdeh idarə etdiyi «VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, 8 Noyabr prospektində yol hərəkəti qaydalarını pozaraq “Hyundai Elantra” markalı, **-PL-*** dövlət nömrə nişanlı və “Mercedes Benz” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 776 nömrəli Qiymətləndirmə Aktından görünür ki “Hyundai Elantra” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilə 1800 manat zərər dəymişdir. Autobox” MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 778 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobilə 230 manat zərər dəymişdir. PXA107679 saylı sığorta aktından və xx.xx.2022-ci il tarixli 5802 saylı ödəniş tapşırığından görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Hyundai Elantra” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 1800 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 1800 manat məbləğində sığorta ödənişi verilmişdir. PXA107680 saylı sığorta aktından və xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışdan görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Mercedes Benz” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 230 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 230 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC tərəfindən X2 hesabına 230 manat məbləğində sığorta ödənişi verilmişdir. xx.xx.2022-ci il tarixli məktubdan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2024-cü il tarixli, **********07 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə Beyləqan Rayon Məhkəməsinin hesabına 40,30 manat ödəniş etmişdir. Beləliklə də, iddiaçı "xxxx" ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı tərəfindən “Hyundai Elantra” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1800 manat, “Mercedes Benz” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 230 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yolnəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayınmış olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə də, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan «VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə ödənilmiş 2030 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 40,30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2030 (iki min otuz) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi və 40,30 (qırx manat 30 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2070,30 (iki min yetmiş manat 30 qəpikj) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1792/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1792/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver