Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-183/2024 06.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı MMC-nin vəkalatli nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı- Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı pulun geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC məhkəmədə Cavabdeh qarşı əsas borca görə 1933 manat 60 qəpik, hesablanmış cəriməyə görə 585 manat 88 qəpik və ödənilmiş dövlət rüsumuna görə 45,20 manat olmaqla, cəmi 2564 manat 68 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianı rədd edilməsi, İddiaçı MMC-nə ödədiyi 1.862(bir min səkkiz yüz altmış iki) manat 18 qəpik əsas borc, həmin borc icra olunmadığı üçün hesablanmış 366 (üş yüz altmış altı)manat 86 qəpik cərimə və 48(qırx səkkiz) manat 62 qəpik məbləğində ödədiyi dövlət rüsumu olmaqla, cəmin 2277 (iki min iki yüz yetmiş yeddi) manat 66 qəpik pul vəsaitin iddiaçıdan alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkalətli nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı MMC-nin “MKT- Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 222 saylı 2021-ci il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 2,2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh 21 284 222 saylı 2021 -ci il mövsümü üzrə xam-pambığın alqı- satqı müqaviləsini və işdə olan icra aktlarında onun imzası olmadığını və kim tərəfindən imzalandığını bilmədiyini göstərmişdir. Məhkəmə xətşünaslıqekspertizasının rəyi ilə iş materiallarında olan müqavilədə və icra aktlarında olan imzalar Cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən imza olunması göstərilmişdir. Cavabdeh həqiqətən də 2.20 ha sahədə əkilmiş xam pambığa görə "MKT İstehsalat Kommersiya” MMC-nin “MKT-Beyləqan” filialına 3690.41 kq, 2562.18 manat məbləğində xam pambığı təhvil verdiyini, lakin qeyd etdiyi kimi sənədlərə imza etmədiyini bildirmişdir. Həmin xüsusatla bağlı 2021 -ci ilin pambıq mövsümündə Beyləqan rayonu Bolsulu qəsəbəsi üzrə "MKT İstehsalat Kommersiya” MMC-nin "MKT-Beyləqan" filialının nümayəndəsi işləmiş X1 qardaşı Cavabdeh Bakı şəhərində yaşadığı üçün onun xahişi əsasında dolanışığına kömək etmək məqsədi ilə sözügedən torpaq sahəsini özü əkdirmiş, filialla bağlanılmış müqaviləyə qardaşı ilə aralarında olan razılığa əsasən özü imza etmiş, həmçinin pambığın əkilib-becərilməsi, kultivasiyanın, kanalın çəkilməsi və görülmüş digər aqrotexiniki qulluqlarla bağlı bütün icra aktlarına bir qardaş kımı özü imza etmişdir. Hətta 2021 -ci ilin pambıq mövsümündən əvvəlki ildə bu qaydada ona köməklik göstərdiyini və yekun olaraq 3 (üç) min manatdan artıq təmiz gəlir əldə etdiyini və həmin ildə olan sənədlərə də onun tərəfindən imza edildiyini göstərmişdir. Bu məsələ ilə bağlı qardaşı Cavabdehla söhbəti olmuş, ona nağd ödənilmiş 1007 60 manat və kart hesabına köçürülmüş təhvil verdiyi xam pambığa görə 2562,18 manat pulu geri qaytardığı təqdirdə həmin müqavilə üzrə olan borcu ödəməyi öz öhdəsinə götürəcəyini bildirmişdir Belə ki, Bilman Məmmədov həmin sahə üzrə bütün aqrotexniki tədbirlərin onun tərəfindən görüldüyünü təsdiq etmişdir. Bu səbəbdən cavabdehə verilmiş avanslardan 1007.60 manat nağd pul vəsaiti onun özündə olan fermer kartı hesabına köçürülmüş və həmin pul Cavabdeh tərəfindən nağdlaşdırılaraq götürülmüşdür. Ona görə də Cavabdeh əsas borca görə 1933 manat 60 qəpik, hesablanmış cəriməyə görə 585 manat 88 qəpik və ödənilmiş dövlət rüsumuna görə 45,20 manat olmaqla, cəmi 2564 manat 68 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərdi ki, İddiaçının ona qarşı iddiası əsassızdır. Belə ki iddiaçı ilə 2021-ci il mövsümü üzrə xam pamdığın alğı-atqısı üçün 21284222 saylı müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə Beyləqan rayonunun Bolsulu qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 2,2 hektar torpaq sahəsində 2021-ci il mövsümü üzrə pambiq əkməyi və hər hektardan 25 sentner xam pambıq toplayıb iddiaçıya satmağı, iddiaçı isə təhvil aldığı məhsulun hər kiloqramına görə 75 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəliyindən irəli gələn vəzifəni yerinə yetirmək məqsədi ilə iddiaçı "xxxx" ASC-nin ödəniş terminalının xidmətində olan pul kartıma 700 manat pul vəsaiti köçürmüşdür. Həmin pulun 200 manatını əkin sahəsinin suvarılmasına, 500 manatını isə pambıq şitillərinin əllə becərilməsinə xərcləmişdir. İddiaçı tərəfindən pambıq məhsulunun becərilməsi üçün ona müqavilənin şərtlərindən irəli gələn hər hansı digər vəsait verilməmiş və ya xidmət göstərilməmişdir. O, hər hansı maddi vəsaitin alınmasına və ya xidmətin göstərilməsinə dair tərtib olunmuş heç bir rəsmi sənədi imzalamamış və onun adından hansısa sənədin imzalanmasını heç kimə etibar etməmişdir. Mövsümün sonunda iddiaçının ona ödədiyi 700 manatın qarşılığında müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən sahəsindən iddiaçıya 2.562.18 manat dəyərində 3.690,41 kiloqram xam pamdıq tədarük etmişdir. Bununla da iddiaçının ona 1.862.18 manat borcu yaranmışdır. İddiaçı isə ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. iddiaçı tərəfindən onun hesabına 4495.78 manat pul vəsaiti ödənilməmişdir. Həmin vəsait onun tərəfindən qəbul edilməmiş, bu barədə heç bir sənəd tərtib olunmamışdır. O, pul vəsaitinin, digər xərclərin və ya xidmətlərin göstərilməsi ilə bağlı heç bir sənədə imza etməmiş və onun əvəzindən başqa şəxsin imza edilməsinə və ya qəbul edilməsinə etibarnamə verməmişdir. İddiaçı tərəfindən pambıq yığımı ilə bağlı tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* №-li, xx.xx.2021-ci il tarixli, ******* №-li və xx.xx.2021 -ci il tarixli, ******* №-li iş aktlarını göstərə bilər. Həmin aktlarda onun adı, soyadı və atasının adı qarşısında açıq aydın bir birindən fərqlənən imzaların heç biri onun tərəfindən icra olunmamışdır. Xam pambığın becərilməsi üçün digər sənədlərin də eyni formada tərtib edilməsi şübhə doğurmur. Xam pambığın becərilməsi üçün ona heç bir zəruri xərc və ya xidmət göstərilməmişdir. Yalnız suvarma və pambığın əllə becərilməsi üçün 700 manat onun bank kartına vurulmuşdur ki, həmin vəsaiti də təyinatı üzrə xərcləmişdir. Həmin puldan iddiaçı tərəfindən ona verilmiş 700(yeddi yüz) manat məbləğində avans çıxılmış, qalan 1862.18 manat pul vəsaiti ona verilməmişdir. Müqavilənin şərtlərinə görə borclu tərəf borcun ödənilməyən hisəsinin gecikdirilmiş bir günü üçün borc məbləğinin 0,1 % miqdarında cərimə ödəməlidir. İddiaçı tərəfindən ona ödəməli olan cərimənin məbləği 3668.86 manat təşkil edir. Ona görə də, iddianı rədd edilməsi, İddiaçı MMC-nə ödədiyi 1.862(bir min səkkiz yüz altmış iki) manat 18 qəpik əsas borc, həmin borc icra olunmadığı üçün hesablanmış 366 (üş yüz altmış altı)manat 86 qəpik cərimə və 48(qırx səkkiz) manat 62 qəpik məbləğində ödədiyi dövlət rüsumu olmaqla, cəmin 2277 (iki min iki yüz yetmiş yeddi) manat 66 qəpik pul vəsaitin iddiaçıdan alınaraq ona qaytarılması və ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına ilk iddia üzrə cavabdeh tərəfindən dəvət edilib dindirilən şahid X1 ifadəsində göstərdi ki, cavabdeh onun qardaşıdır. MKT İstehsalat Kommersiya» MMC ilə qardaşı Elxan arasında 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə qardaşının əvəzinə o, imza etmiş və dərman götürmüşdür. İddiaçı tərəfindən subsidiya, alaq, su, icarə pulu vurulmuşdur. İddiaçı təşkilat tərəfindən bir dəfə gəlib aparatla pambığa dərman vurulmuşdur. Müqaviləyə o, imza etsə də, pambığı Elxan təhvil vermişdir. Pambığın verilməsi ilə bağlı MKT tərəfindən 1007.60 manat pul qardaçı Elxana verilmişdir. Qardaşı Elxan həmin sahədən heç bir gəlir əldə etməmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, İddiaçı MMC-nin “MKT- Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 222 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 2,2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinə görə, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.2 bəndinə görə cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 585 manat 88 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş cərimə məbləğinin hesablanması barədə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022- ci il tarixinə 1933,60 manat əsas, 585,88 manat cərimə borcu vardır. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 3690,41 kq, 2562 manat 18 qəpik dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da İddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1933 manat 60 əsas borcu yaranmışdır. İş materiallarna əlavə edilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh 10 gün müddətində borcunu cəmiyyətə ödəməsi xahiş olunmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddiaçıdan 700 manatdan artıq pul vəsaiti almadığını, həmçinin mülkiyyətində olan torpaq sahəsinə hər hansı xidmət göstərilmədiyini, 700 manatdan artıq pulun ayrılması və ya xidmətin göstərilməsi barədə hər hansı sənəd tərtib olunubsa bunun saxta olmasını, bunlardan xəbərinnin olmadığını, iddiaçı tərəfindən pambıq ylğlmı ilə bağlı tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* №-li, xx.xx.2021-ci il tarixli, ******* №-li və xx.xx.2021-ci il trarixli, ******* №-li iş aktlarında “Cavabdeh” adı, soyadı və ata adı qarşısında icra edilən imzanın ona məxsus olmadığını, bunun müəyyən olunması və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş digər aktlarda, qaimələrdə, orderlərdə və digər sənədlərdə icra olunmuş imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmənin 29 dekabr 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 Mrt 2024cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 9-10-cu vərəqlərində olan 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 12 dekabr 2020-ci il tarixli 21 284 222 nömrəli müqavilənin kserosurətinin 2-ci vərəqində “Satıcı Cavabdeh” yazılar hissəsindən aşağıda yerləşən “(imza)” qrafasında əks olunmuş imza, 42- 44-cü vərəqlərində olan 24 oktyabr 2021-ci il tarixli № 8 564 525 nömrəli, 9 noyabr 2021 -ci il tarixli № 8 565 070 nömrəli, 22 noyabr 2021 -ci il tarixli № 8 565 717 nömrəli xam-pambığın alqı-satqısına dair iş aktlarında “Fermer Cavabdeh” yazıları qarşısındakı “imza” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 11-12-ci vərəqlərində olan 2021 -ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 12 dekabr 2020-ci il tarixli 21 284 222 nömrəli müqaviləyə əlavə “Qiymətlərin razılaşdırma protokolu”nun kserosurətinin 2-ci vərəqində “Satıcı Cavabdeh” yazılar hissəsindən aşağıda yerləşən “(imza)” qrafasında əks olunmuş imzanın - tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Beləliklə məhkəmədə müəyyən olundu ki, İddiaçı MMC-nin “MKT- Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 21 284 222 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 2,2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. İddiaçının nümayəndəsi izahatında cavabdehə verilmiş avanslardan 1007.60 manat nağd pul vəsaiti onun özündə olan fermer kartı hesabına köçürüldüyünü və həmin pulun Cavabdeh tərəfindən nağdlaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında ifadə verən cavabdehin qardaşı X1 müqaviləyə qardaşı Elxanın əvəzinə imza etdiyini və dərman götürdüyünü, iddiaçı tərəfindən subsidiya, alaq, su, icarə pulu vurulduğunu və iddiaçı təşkilat tərəfindən bir dəfə gəlib aparatla pambığa dərman vurulduğunu bildirmişdir. Ona görə də məhkəməhesab edir ki, iddia 1007.60 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia sübutayetməmişdir. Cavabdeh bununla bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim etməmişdir. Onun müqaviləyə imza etməməsi, əvəzində qardaşı Bilman Məmmədovun imza etdiyi təsdiq olunsa da, o, müqacilənin iştirakçısı olmuş, xam-pambıq əkib becərməsi ilə məşöul olmuş, müqavilə şərtlərinə tam əməl etməmişdir. Ona görə də qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 1007.60(min yeddi manat altmış qəpik) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı hesabına ödənilsin. Ödənilmiş 15.20 (on beş manat iyirmi) manat dövlət rüsumu İddiaçınə aid edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat pulun 62.50 (altmış iki manat əlli qəpik) Cavabdeh 62.50 (altmış iki manat əlli qəpik) manatı MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin hesabına köçürülsün. Qarşılıqlı iddia əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 48.62 (qırx səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-183/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-183/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver