Məhkəmə qərarları › İş №e-2(020)-1867/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1867/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1867/2023 30.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qadasında mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********63268 XİAOMİ REDMİNOTE 11 markalı telefon üçün 805.5 (səkkizyüz beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 80.5 (səksən manat əlli qəpik) manat cərimə olmaqla ümumilikdə 886 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İME1 KOD **********63268 X1AOM1 REDMİ NOTE 11 markalı telefon almış və nəticədə 886 (səkkiz yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 805.5 (səkkiz yüz beş manat ətli qəpik) manat (yəni 18 ay x 44.75 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********63268 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 886 (səkkiz yüz səksən altı) manat olmaqla ondan 805.5 (səkkiz yüz beş manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80.5 (səksən manat əlli qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********63268 XİAOMİ REDMİNOTE 11 markalı telefon üçün 805.5 (səkkizyüz beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 80.5 (səksən manat əlli qəpik) manat cərimə olmaqla ümumilikdə 886 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materialları xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, həmin tarixdə qeydə alınmışdır. Mülki işə məhkəmənin icraatında olarkən Cavabdeh 15 yanvar 2023-cü ildə ölməsi müəyyən edilmişdir. Məhkəmə işdə olan materialları nəzərdən keçrib hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası MPM 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh 15 yanvar 2023-cü ildə ölməsinə baxmayaraq hazırkı iddia ərizəsi onun ölümündən sonra məhkəməyə verilmişdir. Bu hal onu göstərir ki, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmaqla prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Halbu ki, "xxxx" ASC iddia verməzdən əvvəl borcluya bildiriş göndərməli, borclu öldüyü halda onun hüquqi varisini (vərəsəsini) müəyyən etməli və bundan sonra borclunun bank qarşısında öhdəliyini icrasını ölmüş şəxsin vərəsələrinə qarşı qaldırmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qadasında mülki iş üzrə icraata qərardadın təsviri hissəsində göstərilənlərə əsasən xitam verilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul özünə qaytarılsın. Qərardaddan tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün muddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar