Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1941/2025 03.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 798,82 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat, 79,88 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 352,08 manat ödənilməmiş hissə, 35,21 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 321,76 manat ödənilməmiş hissə, 32,18 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 221,04 manat ödənilməmiş hissə, 22,10 manat cərimə borcu olmaqla, cəmi 1910,27 manat borc və 39,11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmel kod **********19042 X2 13, İmel kod **********94364 “X2” 1 ədəd Qızıl xəmanət, Zəmanət ultra 3 il xidməti Velosiped ZİGZAG, Qaynaq aparatı, Keman zəmanət + 3 il xidməti, QF velosiped almış və nəticədə 1910,27 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 845,82 manat (yəni 18 ay x 46,99 manat + 0 manat ilkin ödəniş) olan X2 13 (İmel kod **********19042), X2 (İmei kod **********94364), 1 ədəd Qızıl zəmanət, Zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 925,90 manat olmaqla ondan 798,82 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat,güzəşt olunaraq 79,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 352,08 manat (yəni 18 ay x 19,56 manat + 0 manat ilkin ödəniş) olan “Velosiped ZİGZAG” üçün ümumilikdə, 387,29 manat olmaqla ondan 352,08 manat ödənilməmiş hissə, güzəşt olunaraq 35,21 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 335,76 manat (yəni 24 ay x 13,99 manat + 0 manat ilkin ödəniş) olan “Qaynaq aparatı, Keman zəmanət + 3 il xidməti” üçün ümumilikdə, 353,94 manat olmaqla ondan 321,76 manat ödənilməmiş hissə, güzəşt olunaraq 32,18 manat cərimə,xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 242,04 manat (yəni 12 ay x 20,17 manat + 0 manat ilkin ödəniş) olan “QF velosped” üçün ümumilikdə, 243,14 manat olmaqla ondan 221,04 manat ödənilməmiş hissə, güzəşt olunaraq 22,10 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 82 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış ********** nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş olmadan, 18 ay müddətinə, hər ay 46,99 manat ödəmək şərti ilə, dəyəri 845,82 manat olan X2 13(İmei kod **********19042), X2 (İmei kod **********94364) markalı telefonlar və 1 ədəd Qızıl zəmanət, Zəmanət ultra 3 il xidməti satmışdır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi halda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə, adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “X2 13” (İmei kod **********19042), “X2” (İmei kod **********94364) markal telefonlar, 1 ədəd Qızıl zəmanət, Zəmanət ultra 3 il xidməti xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış ********** nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh 24 ay müddətinə, hər ay 13,99 manat ödəmək şərti ilə, dəyəri 335,76 manat olan “qaynaq aparatı, Keman zəmanət + 3 il xidməti” ı satmışdır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “qaynaq aparatı, Keman zəmanət + 3 il xidməti” xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış ********** nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 19,56 manat ödəmək şərti ilə, dəyəri 352,08 manat olan “Velosiped ZİGZAG” satmışdır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Velosiped ZİGZAG” xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış ********** nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 20,17 manat ödəmək şərti ilə, dəyəri 242,04 manat olan “QF velosiped” satmışdır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “QF velosiped” xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 798,82 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat, 79,88 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 321,76 manat ödənilməmiş hissə, 32,18 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 352,08 manat ödənilməmiş hissə, 35,21 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 221,04 manat ödənilməmiş hissə, 22,10 manat cərimə borcu olmaqla, cəmi 1910,27 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci xx.xx.2025-ci il, il və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 798,82 manat məbləğində əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat, 79,88 manat məbləğində cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 321,76 manat əsas borc, 32,18 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 352,08 manat əsas borc, 35,21 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 221,04 manat əsas borc və 22,10 manat cərimə borcu olmaqla, cəmi 1910,27 manat alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 39,11 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 798,82 (yeddi yüz doxsan səkkiz manat 82 qəpik) manat məbləğində əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat 20 qəpik) manat məbləğində rüsum, 79,88 (yetmiş doqquz manat 88 qəpik) manat məbləğində cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 321,76(üç yüz iyirmi bir manat 76 qəpik) manat məbləğində əsas borc, 32,18(otuz iki manat 18 qəpik) manat məbləğində cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 352,08(üç yüz əlli iki manat 08 qəpik) manat məbləğində əsas borc, 35,21 (otuz beş manat 21 qəpik) manat məbləğində cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 221,04 (iki yüz iyirmi bir manat 04 qəpik) manat məbləğində əsas borc, 22,10( iyirmi iki manat 10 qəpik) manat məbləğində cərimə borcu və 39,11 (otuz doqquz manat 11 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1949,38 (min doqquz yüz qırx doqquz manat 38 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1941/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1941/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver