Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1965/2025 05.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı X4 X1 qarşı nikahın pozulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 ilə aralarında Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış 39 nömrəli nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddianı onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə nikahlarını 24 avqust 2024-cü ildə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində rəsmi qeydə alınmaqla evlənmişlər. Birgə nikahlarından uşaqları doğulmamışdır. Hazırda birgə təsərrüfat idarə etmirlər və bir ailədə yaşamırlar. Nikahları formal xarakter daşıyır. Barışmaları və ailə münasibətlərinin bərpası mümkün deyildir. Ona görə də cavabdeh X3 arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh X3 məhkəmə ərizə göndərərək iddianı qəbul etmədiyini, nikahlarının pozulmasına etiraz etdiyini, iddiaçı ilə barışmaq niyyətində olduğunu göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş üzrə cavabdeh X3 əvvəlki məhkəmə iclaslarında məhkəməyə ərizə göndərərk iddianı qəbul etmədiyini, nikahın pozulmasına etiraz etdiyini, onlara barışmaları üçün 3 ay vaxt verilməsiuni xahiş etmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə cavabdeh X3 nikahlarını xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişlər. Məhkəmə tərəflərin ərizələrini nəzərə alaraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə tədqiqində müəyyən oldu ki, iddiaçı X7 ilə cavabdeh X3 nikahlarını xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində rəsmiləşdirərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından uşaqları olmamışdır. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, iddiaçı boşanmaqda israrlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh boşanmağa razı olmadığından tərəflərə barışıq üçün 3 ay vaxt müəyyən edilsə də onlar barışmamışlar və hazırda iddiaçı nikahın pozulmasında israrlıdır. Ona görə də, tərəflər arasında olan nikah pozulmalıdır. Cavabdeh isə hazırda da boşanmaq istəmədiyini, iddiaçı tərəfindənverilmiş iddianı qəbul etmədiyini, iddiaçı ilə barışmaq niyyətində olduğunu məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir. Məhkəmə hesab edir ki, tərəflər barışmaq üçün qanunda nəzərdə tutulmuş qaydada vaxt verilmiş, iddiaçı hazırda boşanmaqda israrlı olduğundan və bu barədə məhkəməyə özü və nümayəndəsi ərizə göndərdiyindən tərəflər arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən tərəflərə izah edilir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələblərinə 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı X7 ilə cavabdeh X3 arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 39 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1965/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1965/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver