Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1989/2025 08.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 932,90 manat əsas borc və 139,90 manat cərimə,cəmi 1072,80 manat, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli Nisyə alqı-satqı müqaviləsi üzrə 204,90 manat əsas borc və 30,70 manat cərimə, cəmi 235,60 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 94,90 manat əsas borc və 14,20 manat cərimə, cəmi 109 manat borc, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli Nisyə alqı-satqı müqaviləsi üzrə 137,40 manat əsas borc və 20,60 manat cərimə olmaqla, cəmi 158 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1370,10 manat əsas, 205,40 manat cərimə, cəmi 1575,50 manat borcun və 35,75 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Samsung” markalı soyuducu görə 24 ay ödəniş cədvəli üzrə hər ay 63 manat olmaqla, cəmi 1499,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 63 manat ödəniş etmiş, qalıq qalmış 932,90 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1399 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 139,90 manat "xxxx" MMC-yə ödənilməlidir. Eyni zamanda, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Honor» markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 344,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 20 manat ödəniş etmiş, qalıq qalmış 204,90 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 307 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 30.70 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Xiaomi» markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla, cəmi 298,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 17 manat ödəniş etmiş, qalıq qalmış 94,90 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 142 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 14,20 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Honor» markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla, cəmi 437,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 25 manat ödəniş etmiş, qalıq qalmış 137,40 manat borcu qaytarmamışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 206 manat təşkil edildiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 20,60 manat "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 24 ay müddətinə, hər ay 63 manat ödəmək şərti ilə, dəyəri 1499,99 manat olan «Samsung” markalı soyuducu satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 01 saylı əlavədən görünür ki, Cavabdeh «Samsung” markalı soyuducunu xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə İddiaçınə 932,90 manat əsas borcu və 1399 manat cərimə olmaqla, cəmi 2331,90 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş olmadan, 18 ay müddətinə, hər ay 20 manat ödəmək şərti ilə, dəyəri 344,99 manat olan «Honor» markalı telefon satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 01 saylı əlavədən görünür ki, Cavabdeh «Honor» markalı telefon” xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə İddiaçınə 204,90 manat əsas borcu və 307 manat cərimə olmaqla, cəmi 511,90 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 17 manat ödəmək şərti ilə, dəyəri 298,90 manat olan «Xiaomi Redmi» markalı mobil telefon satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 01 saylı əlavədən görünür ki, Cavabdeh «Xiaomi» markalı mobil telefon xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə İddiaçınə 94,90 manat əsas borcu və 142 manat cərimə olmaqla, cəmi 236,90 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 25 manat ödəmək şərti ilə, dəyəri 437,48 manat olan «Honor» markalı mobil telefon satmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 01 saylı əlavədən görünür ki, Cavabdeh «Honor» markalı mobil telefon xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə İddiaçınə 137,40 manat əsas borcu və 206 manat cərimə olmaqla, cəmi 343,40 manat borcu yaranmışdır. 14 oktyabr 2025-ci il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli tarixli ********* nömrəli, 0.03.2024-cü il tarixli, ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nümrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 932,90 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 204,90 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 94,90 manat məbləğində əsas borc, xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə 137,4 manat məbləğində əsas alınaraq, İddiaçınə verilməlidir. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nümrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrin şərtlərinə əsasən müvafiq olaraq, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 139,90 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 30,70 manat məbləğində cərimə,xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 14,20 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 20,60 manat tələb etmişdir. Hesab edirəm ki, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 932,90 manat məbləğində əsas borca görə 139,90 manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 204,90 manat məbləğində əsas borca görə 30,70 manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 94,90 manat məbləğində əsas borca görə 14,20 manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 137,40 manat məbləğində əsas borca görə 20,60 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 139,90 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 30,70 manat məbləğində hesablanmış cərimənin 15 manat, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 14,20 manat məbləğində hesablanmış cərimə məbləğinin 5 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 20,60 manat məbləğində hesablanmış cərimənin 10 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edirəm. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hesab edirəm ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 35,75 manat dövlət rüsumunun 34,50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzə 94,90 (doxsan dörd manat 90 qəpik) manat məbləğində əsas borc və 5 (beş) manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 137,40 (yüz otuz yeddi manat 40 qəpik) manat məbləğində əsas borc və 10 (on) manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 932,90 (doqquz yüz otuz iki manat 90 qəpik) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzə 204,90 (iki yüz dörd manat 90 qəpik) manat məbləğində əsas borc və 15 (on beş) manat məbləğində cərimə olmaqla, cəmi 1450,10 (min dörd yüz əlli manat 10 qəpik) manat məbləğində borc və 34,50 (otuz dörd manat 50) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1989/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1989/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver