Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-2012/2023 23.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Xxx Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xxx Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********29141 olan Xiaomi Redmi 10 markalı telefon və QCY T10 Earbuds qulaqlıq üçün 583.88 (beş yüz səksən üç manat səksən səkkiz qəpik) manat ödəniməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********10522 olan Samsung Galaxy A03S markalı telefon və AİWA AT qulaqlıq üçün 138.77 (yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat ödəniməmiş hissə, 13.23 (on üç manat iyirmi üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Haylou T19 qulaqlıq üçün 35.02 (otuz beş manat iki qəpik) manat ödəniməmiş hissə, 3.98 (üç manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 833 (səkkiz yüz otuz üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, cavabdeh xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən iddiaçı təşkilatdan Xiaomi Redmi 10 markalı telefon və QCY T10 Earbuds qulaqlıq, Samsung Galaxy A03S markalı telefon və AİWA AT qulaqlıq və Haylou T19 qulaqlıq almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 873.54 manat (18 ay x 48.53 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********29141 olan Xiaomi Redmi 10 markalı telefon və QCY T10 Earbuds qulaqlıq üçün ümumilikdə 642 manat olmaqla ondan, 583.88 manat ödənilməmiş hissə, 58.12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 628.64 manat (18 ay x 34.73 manat + 3.50 manat ilkin ödəniş) olan İmei Kodu **********10522 olan Samsung Galaxy A03S markalı telefon və AİWA AT qulaqlıq üçün ümumilikdə 152 manat olmaqla ondan, 138.77 manat ödənilməmiş hissə, 13.23 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 88.95 manat (15 ay x 5.93 manat + 0 manat ilkin ödəniş) olan Haylou T19 qulaqlıq üçün ümumilikdə, 39 manat olmaqla ondan, 35.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.98 manat cərimə borcu olmaqla, cəmi 833 manat borc hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 833.46 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş malyyə sənədlərindən görünür ki, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən iddiaçı təşkilatdan Xiaomi Redmi 10 markalı telefon və QCY T10 Earbuds qulaqlıq, Samsung Galaxy A03S markalı telefon və AİWA AT qulaqlıq və Haylou T19 qulaqlıq almışdır.Onun həmin əşyalara görə 833.46 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xxx Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********29141 olan Xiaomi Redmi 10 markalı telefon və QCY T10 Earbuds qulaqlıq üçün 583.88 (beş yüz səksən üç manat səksən səkkiz qəpik) manat ödəniməmiş hissə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********10522 olan Samsung Galaxy A03S markalı telefon və AİWA AT qulaqlıq üçün 138.77 (yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat ödəniməmiş hissə, 13.23 (on üç manat iyirmi üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Haylou T19 qulaqlıq üçün 35.02 (otuz beş manat iki qəpik) manat ödəniməmiş hissə, 3.98 (üç manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 833 (səkkiz yüz otuz üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №e-2(020)-2012/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-2012/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver