Məhkəmə qərarları › İş №e-2(020)-2015/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-2015/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-2015/2023 23.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-cu ci il tarixli müqaviləsinə əsasən, ASPİRATOR GORENJE üçün 101.04 (yüz bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 10.96 (on manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2901 kodlu MƏTBƏX MEBELİ, SOFİA - YUMSAQ - METBEX - SOL - KUNC üçün 930 (doqquz yüz otuz) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU TOSHİBA üçün 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN GORENJE üçün 446.40 (dörd yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 44.60 (qırx dörd manat altmış qəpik) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********18525 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, üçün 112 (yüz on iki)manat ödənilməmiş hissə,11 (on bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün 314 (üç yüz on dörd) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, cəmi 2267 (iki min iki yüz altmış yeddi) manat borc, 42.67 (qırx iki manat altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021-ci il,ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, ASPİRATOR GORENJE, 2901 kodlu MƏTBƏX MEBELİ, SOFİA - YUMSAQ - METBEX - SOL - KUNC, SOYUDUCU TOSHİBA, PALTARYUYAN GORENJE, İmei kodu **********18525 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, GREE kondisioner almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 302.04 (iiç yiiz iki manat dörd qəpik) manat (12 ay x 25.17 manat + 0 manat ilkin ödəniş) olan ASPİRATOR GORENJE üçün 112 (yüz on iki) manat olmaqla ondan, 101.04 (yüz bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 10.96 (on manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3072 (üç min yetmiş iki) manat (24 ay x 128 manat + 0 manat ilkin ödəniş) olan 2901 kodlu MƏTBƏX MEBELİ, SOFİA - YUMSAQ - METBEX - SOL - KUNC üçün 1023 (bir min iyirmi üç) manat olmaqla ondan 930 (doqquz yüz otuz) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3147 (üç min yüz qırx yeddi) (24 ay x 129 manat + 51 manat ilkin ödəniş) olan SOYUDUCU TOSHİBA üçün 173 (yüz yetmiş üç) manat olmaqla ondan 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1190.4 (bir min yüz doxsan manat qırx qəpik) manat (24 ay x 49.6 manat + 0 manat ilkin ödəniş) olanPALTARYUYAN GORENJE üçün 491 (dörd yüz doxsan bir) manat olmaqla ondan 446.40 (dörd yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 44.6 (qırx dörd manat altmış qəpik) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********18525 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, üçün 123 (yüz iyirmi üç) manat olmaqla ondan 112 (yüz on iki) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 963 (doqquz yüz altmış üç) manat (18 ay x 53.5 manat + 0 manat ilkin ödəniş) olan GREE kondisioner üçün 345 (üç yüz qırx beş) manat olmaqla ondan 314 (üç yüz on dörd) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 7285 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdehin iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş malyyə sənədlərindən görünür ki, cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il,ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, ASPİRATOR GORENJE, 2901 kodlu MƏTBƏX MEBELİ, SOFİA - YUMSAQ - METBEX - SOL - KUNC, SOYUDUCU TOSHİBA, PALTARYUYAN GORENJE, İmei kodu **********18525 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, GREE kondisioner almışdır. xx.xx.2021-ci il, xx.xx.2021-ci il,ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavbdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 42.67 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-cu ci il tarixli müqaviləsinə əsasən, ASPİRATOR GORENJE üçün 101.04 (yüz bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 10.96 (on manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2901 kodlu MƏTBƏX MEBELİ, SOFİA - YUMSAQ - METBEX - SOL - KUNC üçün 930 (doqquz yüz otuz) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU TOSHİBA üçün 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN GORENJE üçün 446.40 (dörd yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 44.60 (qırx dörd manat altmış qəpik) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********18525 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, üçün 112 (yüz on iki)manat ödənilməmiş hissə,11 (on bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün 314 (üç yüz on dörd) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, cəmi 2267 (iki min iki yüz altmış yeddi) manat borc, 42.67 (qırx iki manat altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar