Məhkəmə qərarları › İş №e-2(020)-2018/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-2018/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-2018/2025 12.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1657,90 manat ödənilməmiş hissə, 165,79 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1458,96 manat ödənilməmiş hissə, 145,90 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 603 manat ödənilməmiş hissə, 60,30 manat cərimə borcu olmaqla, cəmi 4091,85 manat borc və 60,92 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, “Hisense TV”, Zəmanət + 2 il xidməti, “Playstation 5 Oyun Konsolu”, Zəmanət + 3 il xidməti, 5 ədəd “PS5 X1” almış və nəticədə 4091,85 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2037,90 manat (18 ay x 101,55 manat + 210 manat ilkin ödəniş) olan “Hisense TV”, Zəmanət + 2 il xidməti üçün ümumilikdə, 1823,69 manat olmaqla ondan, 1657,90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 165,79 manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1776,96 manat (12 ay x 135,58 manat + 150 manat ilkin ödəniş) olan “Playstation 5 Oyun Konsolu”, Zəmanət + 3 il xidməti üçün ümumilikdə, 1604,86 manat olmaqla ondan, 1458,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 145,90 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 813 manat (18 ay x 33,5 manat + 210 manat ilkin ödəniş) olan 5 ədəd “PS5 Dualsense” oyun pultu üçün ümumilikdə, 663,30 manat olmaqla ondan 603 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60,30 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən Zəmanət + 2 il xidmətindən xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 170 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən Zəmanət + 3 il Xidmətindən xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 168 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 210 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 170 manat, ümumilikdə, 380 manat təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 150 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 168 manat, ümumilikdə, 318 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 210 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış ********** nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 210 manat olmaqla, 18 ay müddətinə, hər ay 101,55 manat ödəmək şərti ilə, dəyəri 2037,98 manat olan “Hisense TV”, Zəmanət + 2 il xidməti və ilkin ödəniş 150 manat olmaqla, 12 ay müddətinə, hər ay 135,58 manat ödəmək şərti ilə, dəyəri 1777 manat olan “Playstation 5 Oyun Konsolu”, Zəmanət + 3 il xidməti satmışdır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Hisense TV”, Zəmanət + 2 il xidməti və “Playstation 5 Oyun Konsolu”, Zəmanət + 3 il xidməti xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış ********** nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 210 manat olmaqla, 18 ay müddətinə, hər ay 33,50 manat ödəmək şərti ilə, dəyəri 813 manat olan 5 ədəd “PS5 X1” satmışdır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən 5 ədəd “PS5 X1” xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən “Hisense TV”, Zəmanət + 2 il xidməti üzrə 1657,90 manat əsas borc və 165,79 manat cərimə borcu, “Playstation 5 Oyun Konsolu”, Zəmanət + 3 il xidməti üzrə 1458,96 manat ödənilməmiş hissə, 145,90 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 5 ədəd “PS5 X1” üzrə 603 manat ödənilməmiş hissə, 60,30 manat cərimə borcu olmaqla, cəmi 4091,85 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən Zəmanət + 2 il Xidmətindən və Zəmanət + 3 il Xidmətindən xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsullar cəmi 238 manat qiymətləndirilərək, borcundan silinmişdir. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən “Hisense TV” üzrə 1657,90 manat əsas borc və 165,79 manat cərimə borcu, “Playstation 5 Oyun Konsolu” üzrə 1458,96 manat ödənilməmiş hissə, 145,90 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən “5 ədəd PS5 X1” üzrə 603 manat ödənilməmiş hissə, 60,30 manat cərimə borcu olmaqla, cəmi 4091,85 manat borcu iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 60,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə əsasən “Hisense TV” üzrə 1657,90 (min altı yüz əlli yeddi manat 90 qəpik) manat məbləğində əsas borc, 165,79 (yüz altmış beş manat 79 qəpik) manat məbləğində cərimə borcu, “Playstation 5 Oyun Konsolu” üzrə 1458,96 (min dörd yüz əlli səkkiz manat 96 qəpik) manat məbləğində əsas borc, 145,90 (yüz qırx beş manat 90 qəpik) manat məbləğində cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 5 ədəd “PS5 X1” üzrə 603 (altı yüz üç) manat məbləğində əsas borc, 60,30 (altmış manat 30 qəpik) manat məbləğində cərimə borcu və 60,92 (altmış manat 92 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4152,77 (dörd min yüz əlli iki manat 77 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar