Məhkəmə qərarları › İş №e-2(020)-2086/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-2086/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-2086/2025 03.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün 2624,64 (iki min altı yüz iyirmi dörd manat, 64 qəpik) manat ödənilməmiş hissə, 262,46 (iki yüz altmış iki manat,46 qəpik; manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 2185,92 manat ödənilməmiş hissə, 218,59 (iki yüz on səkkiz manat, 59 qəpik; manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 59,4 manat ödənilməmiş hissə, 5,94 manat dəbbə, ümumilikdə 5356,96 manat borc, 73,57 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC-TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı MMC-nin iddia ərizəsindən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025- cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ, BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ almış və nəticədə 5356.96 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2762,64 manat olan SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumilikdə, 2887,10 manat olmaqla ondan 2624,64 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 262,46 manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2999,92 manat (18 ay x 121,44 manat + 814 manat ilkin ödəniş) olan HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 2404,51 manat olmaqla ondan 2185,92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 218,59 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 81,4 manat olan BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 65,34 manat olmaqla ondan 59,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,94 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 974 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün 2624,64 (iki min altı yüz iyirmi dörd manat, 64 qəpik) manat ödənilməmiş hissə, 262,46 (iki yüz altmış iki manat,46 qəpik; manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 2185,92 manat ödənilməmiş hissə, 218,59 (iki yüz on səkkiz manat, 59 qəpik; manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 59,4 manat ödənilməmiş hissə, 5,94 manat dəbbə, ümumilikdə 5356,96 manat borcun, 73,57 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC-TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında göstərdi ki, İddiaçı MMC arasında bağlanmış müqavilələrə əsasən iddiaçı təşkilatdan televizor, tozsoran, paltaryuyan və soyuducu götürmüşdür. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. İddianın əsas pul tələbinə dair hissəsini qəbul edir. Lakin ona hesablanmış dəbbə pulu şişirdilmişdir. Gələcəkdə də borcunu ödəyəcəkdir. Ona görə də dəbbə pulunun azaldılmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025- cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ, BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ almış və nəticədə 5356.96 manat borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2762,64 manat olan SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumilikdə, 2887,10 manat olmaqla ondan 2624,64 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 262,46 manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2999,92 manat (18 ay x 121,44 manat + 814 manat ilkin ödəniş) olan HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 2404,51 manat olmaqla ondan 2185,92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 218,59 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 81,4 manat olan BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 65,34 manat olmaqla ondan 59,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,94 manat dəbbə pulu borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ona görə də məhkəmə iddianın əsas pul tələbinə dair hissəsinin təmin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. «Zvierzinski Poşaya qarşı» iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «Ədalətli tarazlığa» cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə pulları tənasübsüz surətdə yüksəkdir. Ona görə də xx.xx.2025-cü il tarixli müqavilə üzrə 262,46 manat dəbbə pulunun 30 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 218,59 manat dəbbə pulunun 30 manat saxlanılmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə görə SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün 2624,64 (iki min altı yüz iyirmi dörd manat, altmış dörd qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə görə, HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 2185,92 (iki min vüz səksən beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə görə BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 59,4 (əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 5,94 (beş manat doxsan dörd) manat dəbbə olmaqla ümumilikdə 4935.90 (dprd min doqquz yüz otuz beş manat doxsan qəpik ) manat borc və 69.36 (altmış doqquz manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq “ABC-TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmalı, dövlət rüsumu üzrə ödənilmiş 4.21 (dörd manat iyirmi bir qəpik) manat isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə görə SAMSUNG TV, SOYUDUCU BEKO, PALTARYUYAN TOSHİBA, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün 2624,64 (iki min altı yüz iyirmi dörd manat, altmış dörd qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, xx.xx.2025ci il, tarixli müqaviləyə görə, HOFFMANN KONDİSİONER, PALTARYUYAN TOSHİBA, SOYUDUCU BEKO, 3 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 2185,92 (iki min vüz səksən beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə görə BLACKVİEW R60 QOL SAATİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 59,4 (əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 5,94 (beş manat doxsan dörd) manat dəbbə olmaqla ümumilikdə 4935.90 (dprd min doqquz yüz otuz beş manat doxsan qəpik ) manat borc və 69.36 (altmış doqquz manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb “ABC-TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 4.21 (dörd manat iyirmi bir qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar