Məhkəmə qərarları › İş №e-2(020)-235/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-235/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-235/2025 16.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 164.90 (yüz altmış dörd manat doxsan qəpik) manat əsas, 24.70 (iyirmi dörd manat yetmiş qəpik) manat cərimə borcu və, cəmi 189.60 (yüz səksən doqquz manat altmış qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 244 (iki yüz qırx dörd) manat əsas, 36.60 (otuz altı manat altmış qəpik) manat cərimə borcu və, cəmi 280.60 (iki yüz səksən manat altmış qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 225.40 (iki yüz iyirmi beş manat qırx qəpik) manat əsas, 33.80 (otuz üç manat səksən qəpik) manat cərimə borcu, cəmi 259.20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat borc,ümumilikdə üç müqavilə üzrə 634.30 (altı yüz otuz dörd manat otuz qəpik) manat əsas, 95.10 (doxsan beş manat on qəpik) manat cərimə borcu, cəmi 729.40 (yeddi yüz iyirmi doqquz manat qırx qəpik) borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung" markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 252.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 164.90 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Honor" markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 408 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 244 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Fakir" markalı ətşəkən maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 379.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 225.40 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir.Cavabdehin birinci müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 247 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 247 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 24.70 manat İddiaçı MMC-yə ödənilməlidir.Cavabdehin ikinci müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 366 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 366 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 36.60 manatı İddiaçı MMC-yə ödənilməlidir.Cavabdehin üçüncü müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 338 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 338 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 33.80 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-nə olan hər üç müqavilə üzrə borcu 634.30 manat əsas,95.10 manat cərimə borcu, cəmi 729.40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini `almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 011623816, xx.xx.2023-cü il tarixli ********* və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung" markalı paltaryuyan, Honor markalı telefon və Fakir markalı ətçəkən maşın almışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə görə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi və ya lazimi qaydada icra etməyən tərəf digər tərəfə tərəfə vurulan zərəri görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcimdə ödəməlidir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki,cavabdehin iddiaçı təşkilatla kredit müqaviləsinə əsasən 132.40 manat əsas, 19.80 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 164.90 (yüz altmış dörd manat doxsan qəpik) manat əsas, 24.70 (iyirmi dörd manat yetmiş qəpik) manat cərimə borcu, cəmi 189.60 (yüz səksən doqquz manat altmış qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 244 (iki yüz qırx dörd) manat əsas, 36.60 (otuz altı manat altmış qəpik) manat cərimə borcu, cəmi 280.60 (iki yüz səksən manat altmış qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 225.40 (iki yüz iyirmi beş manat qırx qəpik) manat əsas, 33.80 (otuz üç manat səksən qəpik) manat cərimə borcu, cəmi 259.20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat borc,ümumilikdə üç müqavilə üzrə 634.30 (altı yüz otuz dörd manat otuz qəpik) manat əsas, 95.10 (doxsan beş manat on qəpik) manat cərimə borcu, cəmi 729.40 (yeddi yüz iyirmi doqquz manat qırx qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC–yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar