Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-243/2025 18.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə İddiaçı “İNEX" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “İNEX" MMC-in iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkİddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10130 (on min yüz otuz) manat borcun, 32 (otuz iki) manat, 04 (dörd) qəpik müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 121 (yüz iyirmi bir) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 10283 (on min iki yüz səksən üç) manat ,04 (dörd) qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. “İNEX" MMC-in nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmin təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “İNEX" MMC ərizəsini onunla əsaslandırmışdır ki, İNEX» MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. Aralsrında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı və görünüşləri əvvəlcədən razılaşdırılmış hədiyyələr xx.xx.2024.-cü il tarixli Təhvil- təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ilkin ödəniş olmaqla 1000 (bir min) manat ödəniş edilmişdir. Müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. xx.xx.2024-cü il tarixdə 534 (beş yüz otuz dörd) manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi tam icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməli olan məlumatlardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-salqı haqqında» Müqavilənin 11.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə mübahisələr «Tərəflər»in öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Belə ki, ilk növbədə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən Cavabdeh bir neçə dəfə telefon vasitəsi ilə məlumat verilməklə ödəniş edilməsi tələb edilmişdir. İddiaçı MMC tərəfindən mövcud mübahisənin danışıqlar vasitəsilə həll edilməsi istiqamətində dəfələrlə cavabdeh ilə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmişdir. Daha sonra, müqavilə üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada, məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdehnın ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunun çatmasından sonra cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir ki, bu kimi hal da öz növbəsində həm qanunvericiliyin, həm də müqavilənin tələblərinin kobud şəkildə pozulması deməkdir. Odur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10130 manat borcun, 32,04 manat qəpik müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 121 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 10283,04 manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianə qəbul etdi və iahatında göstərdi ki, İNEX» MMC ilə aralarında xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2024.-cü il tarixli Təhvil- təslim aktına əsasənona verilmişdir. O, lazer aparatını işlədə bilmədiyindən ziyan etmişdir. Bu səbəbdən borcunu ödəyə bilməmişdir. O, aparatı geri qaytarmaq istəsə də, iddiaçı tərəf onunla razılaşmamışdır. İddiaçı tərəfdən ona xəbərdarlıq göndərilsə də, borcunu ödəyə bilməmişdir. Hazırda heç yerdə işləmir. Həminaparatla bağlı iş yerində müştəri toplaya bilməmişdir. Gələcəkdə işləyib borcunu ödəyəcəyinə söz verir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş nisiyə alqı-satqı müqaviləsindən görünür ki, İNEX» MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. İş mareriallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında İddiaçı MMC tərəfindən ona çatdırılmalı olan Elos TRİO, Kuşetka, Lampa Lupa, alət masası, həkim stulu, həkim üçün eynək, pasient üçün eynək, reklam üçün RollUp, stabilizatoru yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil aldmış və aktı hər iki tərəf imzaları ilə təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilənin 2.3-cü bəndi Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin pozuntu İddiaçı MMC-nin müqavilə bağlanandan və satış obyektləri təhvil veriləndən sonra cavabdehin ödənişlərinə ümid etməsi, lakin cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün İddiaçı MMC-nin ödənilməli pul vəsaitinə münasibətdə xeyli dərəcədə məhrum olmasında öz əksini tapmışdır. “Nisvə alaı-sataı haqqında» Müqavilənin 10.2-ci bəndinə əsasən, bu Müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan Müqaviləyə əsasən «Sifarişçi» tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi və ya natamam icra etdiyi halda, «icraçı» tərəf müqavilənin ləğvinə və qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tanı səkildə «Sifarisci»dən «İcracı»mn xeyrinə tutulmasına dair aidivvatı məhkəməyə müraciət edə bilər. «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ilkin ödəniş olmaqla 1000 (bir min) manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-salqı haqqında» Müqavilənin 11.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə mübahisələr «Tərəflər»in öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Belə ki, ilk növbədə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən Cavabdeh bir neçə dəfə telefon vasitəsi ilə məlumat verilməklə ödəniş edilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, İNEX” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3888 nömrəli “Müqavilə” üzrə 16 dekabr 2024-cü il tarixinə yaranmış borc tələbi satış obyektinin toplam satış qiyməti 13800 (on üç min səkkiz yüz) manat, müqavilə üzrə ödənilmiş məbləği 3670 (üç min altı yüz yetmiş) manat, müqavilə üzrə qalıq borc məbləği 10130 (on min yüz otuz) manat, müqavilənin 3.5-ci bəndinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən dövr ərzində müqavilə üzrə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablanmış cərimə cəmi 32 (otuz iki) manat, 04 (dörd) qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” Həmin Məcəllənin 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Müqavilə» üzrə xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğ üzrə qalıq 534 (beş yüz otuz dörd) manatın və gecikdirilmiş ödəniş məbləğinin hər gün üçün 01% miqdarında hesablanmış 11 (on bir) manat cərimə, çəmi 545 (heş yüz qırx bes) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair öhdəliyini 03 (uc) gün müddətində icra etməsi xahiş edilmişdir. Cavabdehin iddiaçı təşkilatla müqavilə bağlayaraq hər ay pulunu hissi-hissə ödəmək şərti ilə avadanlıq götürməsi və müqavilə şərtlərinə əməl etməməsi, bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10130 manatın, müqavilə üzrə hesablanmış cərimə üzrə 32,04 manatın və dövlət rüsumu olraq ödənilmiş 121 manatın Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi: İddia təmin edilsin. İNEX» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3888 nömrəli «Nisyə alqısatqı haqqında» müqavilə üzrə Cavabdeh qalıq ümumi borc üzrə olan 10130 (on min yüz otuz) manat, 32,04 (otuz iki manat dörd qəpik) manat cərimə olmaqla cəmi 10162.04 (on min yüz altmış iki manat, dörd qəpik) manat alınıb İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 121 (yüz iyirmi bir) manat Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-243/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-243/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver