Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-458/2024 24.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı «ABC Telekom” MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A üçün 4124.14 (dörd min yüz iyirmi dörd manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 1206.86 (bir min iki yüz altı manat, səksən altı qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən. İmei kodu **********33387 XİAOMİ 1 İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N üçün 1042.12 (bir min qırx iki manat, on iki qəpik) manat ödənilməmiş hissə, 309.88 (üç yüz doqquz manat, səksən səkkiz qəpik) manat dəbbə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün 373.6 (üç yüz yetmiş üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 115.4 (yüz on beş manat, qırx qəpik) manat dəbbə; ümumilikdə 7172 manat borc və 91.72 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsindən görünür ki, cavabdeh “ABC TELECOM" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A, İmei kodu **********33387 XİAOMİ İ İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N, İmei kodu **********00240 SAMSUNG GALAXY NOTE 20 ULTRA amrkalı telefon, SAMSUNG NOTE 20 ULTRA CLEAR PROTECTİVE COVER EF- GN985CBEGRU almış və nəticədə 7172(yeddi min yüz yetmiş iki) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4829.94 (dörd min səkkiz yüz iyirmi doqquz manat, doxsan dörd qəpik) manat (18 ay x 268.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20YV USB-C ADAPTER MHJE3ZM/A üçün ümumilikdə. 5331 (beş min üç yüz otuz bir) manat olmaqla ondan, 4124.14 (dörd min yüz iyirmi dörd manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 1206.86 (bir min iki yüz altı manat, səksən altı qəpik) manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1564.02 (bir min beş yüz altmış dörd manat, iki qəpik) manat (18 ay x 86,89 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********33387 XİAOMİ 1 İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N üçün ümumilikdə, 1352 (bir min üç yüz əlli iki) manat olmaqla ondan, 1042.12 (bir min qırx iki manat, on iki qəpik) manat ödənilməmiş hissə, 309.88 (üç yüz doqquz manat, səksən səkkiz qəpik) manat dəbbə borcu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3484.8 (üç min dörd yüz səksən dörd manat, səksən qəpik) manat (18 ay x 193.6 manat - 0 manat ilkin ödəniş) olan İmei kodu **********00240 SAMSUNG GALAXY NOTE 20 ULTRA amrkalı telefon, SAMSUNG NOTE 20 ULTRA CLEAR PROTECTİVE COVER EF-GN985CBEGRU üçün ümumilikdə, 489 (dörd yüz səksən doqquz) manat olmaqla ondan, 373.6 (üç yüz yetmiş üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 115.4 (yüz on beş manat, qırx qəpik) manat dəbbə borcu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4338.9 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il ,xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə. qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən. İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A üçün 4124.14 (dörd min yüz iyirmi dörd manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 1206.86 (bir min iki yüz altı manat, səksən altı qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən,. İmei kodu **********33387 XİAOMİ 1 İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N üçün 1042.12 (bir min qırx iki manat, on iki qəpik) manat ödənilməmiş hissə, 309.88 (üç yüz doqquz manat, səksən səkkiz qəpik) manat dəbbə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün 373.6 (üç yüz yetmiş üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 115.4 (yüz on beş manat, qırx qəpik) manat dəbbə; ümumilikdə 7172 manat borc və 91.72 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və məhkəməyə teleqrama göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Həmçinin məhkəmə iddiaçının nümayəndəsinin işə onun iştirakı olmadan baxılmasına dair ərizəsini nəzərə alıb iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh “ABC TELECOM" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A, İmei kodu **********33387 XİAOMİ İ İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N, İmei kodu **********00240 SAMSUNG GALAXY NOTE 20 ULTRA amrkalı telefon, SAMSUNG NOTE 20 ULTRA CLEAR PROTECTİVE COVER EF- GN985CBEGRU almış və nəticədə 7172(yeddi min yüz yetmiş iki) borc yaranmışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4829.94 (dörd min səkkiz yüz iyirmi doqquz manat, doxsan dörd qəpik) manat (18 ay x 268.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20YV USB-C ADAPTER MHJE3ZM/A üçün ümumilikdə. 5331 (beş min üç yüz otuz bir) manat olmaqla ondan, 4124.14 (dörd min yüz iyirmi dörd manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 1206.86 (bir min iki yüz altı manat, səksən altı qəpik) manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1564.02 (bir min beş yüz altmış dörd manat, iki qəpik) manat (18 ay x 86,89 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********33387 XİAOMİ 1 İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N üçün ümumilikdə, 1352 (bir min üç yüz əlli iki) manat olmaqla ondan, 1042.12 (bir min qırx iki manat, on iki qəpik) manat ödənilməmiş hissə, 309.88 (üç yüz doqquz manat, səksən səkkiz qəpik) manat dəbbə borcu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3484.8 (üç min dörd yüz səksən dörd manat, səksən qəpik) manat (18 ay x 193.6 manat - 0 manat ilkin ödəniş) olan İmei kodu **********00240 SAMSUNG GALAXY NOTE 20 ULTRA amrkalı telefon, SAMSUNG NOTE 20 ULTRA CLEAR PROTECTİVE COVER EF-GN985CBEGRU üçün ümumilikdə, 489 (dörd yüz səksən doqquz) manat olmaqla ondan, 373.6 (üç yüz yetmiş üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 115.4 (yüz on beş manat, qırx qəpik) manat dəbbə borcu miqdarında borcu yaranmışdır. İşdə olan tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. «Zvierzinski Poşaya qarşı» iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «Ədalətli tarazlığa» cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, hər üç müqavilə üzrə cərimə pulları tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1206.86 manat dəbbə pulunun 120 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 309.88 manat dəbbə pulunun 35 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115.4 manat dəbbə pulunun 15 manat saxlanılmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A üçün 4124.14 (dörd min yüz iyirmi dörd manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********33387 XİAOMİ 1 İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N üçün 1042.12 (bir min qırx iki manat, on iki qəpik) manat ödənilməmiş hissə, 35 ( otuz beş) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün 373.6 (üç yüz yetmiş üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu olmaqla ümumilikdə 5 709,86 (beş min yeddi yüz doqquzmanat səksən altı qəpik) manat kredit borcunun və 77 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmalı, dövlət rüsumu üzrə ödənilmiş 14.72 manat isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********06085 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A üçün 4124.14 (dörd min yüz iyirmi dörd manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********33387 XİAOMİ 1 İT markalı telefon, MODEM TP-LİNK TD-W8961N üçün 1042.12 (bir min qırx iki manat on iki qəpik) manat ödənilməmiş hissə, 35 ( otuz beş) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün 373.6 (üç yüz yetmiş üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu olmaqla ümumilikdə 5 709,86 (beş min yeddi yüz doqquz manat səksən altı qəpik) manat kredit borcu və 77 (yetmiş yeddi) manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 14.72 (on dörd manat yetmiş iki) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-458/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-458/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver