Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-524/2024 31.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1993-cü il təvəllüdlü Cavabdeh 22 mart 2023-cü il tarixli, MZK5787070 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3165 (üç min yüz altmış beş) manat əsas borc, 02 aprel 2023-cü il tarixli, SRFK6502705 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 660 (altı yüz altmış) manat əsas borc, 16 sentyabr 2022-ci il tarixli, BYK6259622 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 518 (beş yüz on səkkiz) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu, 66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4609 (dörd min altı yüz doqquz manat məbləğində pulun alınaraq iddiaçı “Soliton LTD MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı MMC nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmin təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 16 sentyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1169 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 518 manat əsas borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 777 (yeddi yüz yetmiş yeddi) manat faiz borcu yaranmışdır. (518 manat x 150 gün x 1%=777 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 22 mart 2023-cü il tarixli nisyə alqı- satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3665 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3165 manat əsas borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 02 aprel 2023-cü il tarixli nisyə alqı- satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 792 manat olan məişət avadanlığı əldə etmiş, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 660 manat əsas borcu qalmışdır. Odur ki, xx xxxxxx 1993-cü il təvəllüdlü Cavabdeh 22 mart 2023-cü il tarixli, MZK5787070 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3165 (üç min yüz altmış beş) manat əsas borc, 02 aprel 2023-cü il tarixli, SRFK6502705 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 660 (altı yüz altmış) manat əsas borc, 16 sentyabr 2022-ci il tarixli, BYK6259622 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 518 (beş yüz on səkkiz) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu, 66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4609 (dörd min altı yüz doqquz manat məbləğində pulun alınaraq iddiaçı “Soliton LTD MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh göstərdi ki, o, Vətən müharibəsində kəllə beyin travması almışdır. Ona şəxsiyyət pozuntusu (F07), tez-tez baş verən delompensasiyalarla» diaqnozu qoyulmuşdur. Ona görə onda tez-tez şəxsiyyət dəyişməsi yaranır. Belə vaxtlarda o, tamamilə başqalaşır və istəmədiyi hərəkətləri edir. Bunun qarşısının alınması üçün ona bəzi dərmanlar yazmışlar. Həmin dərman vasitələrini almağa maddi imkanı çatmayanda şəxsiyyət pozuntusu tez-tez baş verir. Onun iddiaçı təşkilatdan qeyd edilən əşyaları götürməsi yadına düşmür. Müqavilədəki imza onun ola bilər, həmin imzanı çəkdiyi, əşyaları götürdüyü və həmin əşyaları götürəndən sonra neynədiyini xatırlamır. Xəstəliyi baş qaldıranda şəxsi istifadə üçün götürdüyü əşyaları, o cümlədən iddia ərizəsində göstərilən əşyaları dəyər-dəyməzinə satmaq məcburiyyətində qalır. Çünki bunu etməsə baş verən ağrılara dözə bilmir və hətta qatil olmaq dərəcəsinə çatır. O, bu xəstəliyi Vətən müharibəsində almışdır. İddiaçı MMC hüquqi şəxs olduğundan qanunvericiliyi də bilməli və buna uyğun olaraq onunla hər-hansı müqavilə bağlamamalı idi. Onunla müqavilə bağlamaqla təşkilat artıq qanunvericiliyin tələbini pozmuşdur. Çünki onun barəmdə sistemdən məlumat almaq istədikdə bu göstəricilər dərhal üzə çıxır. İddiaçının bu tələblə iddia qaldırması qeyri qanunidir. Həmin əmlaklar hazırda evində deyil, harda olması barədə fikri yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 16 sentyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1169 manat dəyərində, 22 mart 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi nə əsasən iddiaçıdan 3665 manat dəyərində, 02 aprel 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan 792 manat dəyirində məişət avadanlığı almışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə 22.03,2023-cü il tarixində bağlanmış MZK5787070 saylı müqavilə üzrə ödənilməmiş 3165,00 AZN, xx.xx.2023-cü il tarixində bağlanmış SRFK6502705 saylı müqavilə üzrə ödənilməmiş 660,00 AZN, xx.xx.2022-ci il tarixində bağlanmış BYK6259622 saylı müqavilə üzrə ödənilməmiş 518,00 AZN olmaqla ümumilikdə 4343,00 manat əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Məhkəmədə cavabdehin iddiaçı təşkilatla müqavilə bağlayaraq hər ay pulunu hissi-hissə ödəmək şərti ilə məişət avadanlıqları götürməsii, müqavilə şərtinə əməl etməyərək iddiaçı təşkilata borclu qalması kifayət qədər sübuta yetmişdir. Cavabdehin izahatında göstərdiyi əsaslar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası МPМ-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDi: İddia təmin edilsin. Cavabdeh 22 mart 2023-cü il tarixli, MZK5787070 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3165 (üç min yüz altmış beş) manat əsas borc, 02 aprel 2023-cü il tarixli, SRFK6502705 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 660 (altı yüz altmış) manat əsas borc, 16 sentyabr 2022-ci il tarixli, BYK6259622 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 518 (beş yüz on səkkiz) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu, cəmi 4543(dörd min beş yüz qırx üç) manat borc və ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 66 (altmış altı) manat alınıb “Soliton LTD MMC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-524/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-524/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver