Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-598/2024 09.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 68.639 manat əsas borc, 6.864 manat hesablanmış peniya, ödənilmiş dövlət rüsumu 316,51 manat cəmi 75.820 (yetmiş beş min səkkiz yüz iyirmi) manat tutularaq, İddiaçı MMC-ə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-in nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmin təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında mövcud alqı-satqı müqaviləsinə və sonrakı razılaşmalara əsasən alıcı olaraq cavabdeh alınmış “Mal”a görə ödənişlə bağlı müqavilənin şərtlərinə riayət etməmiş və bu pozuntu davam etməkdədir. Belə ki, cavabdeh alıcı olaraq, satıcı İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış 12 saylı alqısatqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən 49.775 manat, xx.xx.2021-ci il tarixində bağlanmış 05 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən 18.864 manat, ümumilikdə ona 68.639 manat məbləğində mal verilmişdir. Cavabdeh alıcı olaraq, satıcı İddiaçı MMC arasında alqı-satqı müqaviləsinə əsasən alıcı tərəfindən malın alınması üçün verilən sifarişlər, satıcı tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Sifarişə əsasən malların verilməsi ilə bağlı yerinə yetirilmiş işlər və verilmiş malların., keyfiyyət və kəmiyyətinə görə iradlar olunmamışdır. Lakin cavabdeh aldığı malın dəyərindən hər hansı hissəsini ödəməmişdir. Halbu ki, tərəflər arasında mövcud müqavilələrin malın təhvil verilməsi və ödəniş şərtinə görə “Alıcı” malı təhvil aldıqdan sonra dəyərini hesab fakturaya və ya qaimə fakturaya əsasən üç ay müddətində nağd qaydada və ya köçürmə yolu ilə birinci ayda 50% qalan hissəsini sonrakı iki ayda tam ödəniş edir. Lakin malın təhvil alandan sonra uzun müddət ötməsinə baxmayaraq, ödənişlə bağlı öhdəliyi təmin etməmişdir. Bununla bağlı cavabdehə bir neçə dəfə xəbərdarlıq edilmiş, prentenziya verilmiş, daha sonra da mediasya prosessi keçirilmiş, lakin məsələ həllini tapmamışdır. Müqavilə öhdəliyinə əsasən 68.639 manat əsas borc kimi cavabdehdən tam şəkildə iddiaçının xeyrinə tələb olunmalıdır. Həmçinin müqavilələrin malın təhvil verilməsi və ödəniş şərtinə görə razılaşdırılmış müddətdə gecikdirilən, ödənilməyən dəyərin hər günü üçün 0,2% peniya hesablanır. Son olaraq ona malın xx.xx.2022-ci il tarixində verildiyi gündən 3 ay ödəniş möhləti baxımından, borc məbləğinin ödənişinin gecikdirilməsi xx.xx.2022-ci il tarixdən iddianın tətrib edildiyi xx.xx.2024-cü il tarixə kimi 570 gün üçün hesablanmalıdır. Ümumi 68.639 manat borca hesablanan peniya məbləği 13.728 (68.639 man x 0,2% x 570 gün) manat təşkil edir. İddiaçı isə peniya məbləğinin 1/2 hissəsini tələb edir ki, bu da 6.864 manat təşkil edir. Əsas məbləğlə yanaşı, hesablanmış peniya məbləğindən tələb olunan 6.864 manat və həmçinin mübahisənin məhkəmə qaydasında həll edilməsinə görə məcburi xərcləri də tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Ona görə də Cavabdeh 68.639 manat əsas borc, 6.864 manat hesablanmış peniya, ödənilmiş dövlət rüsumu 316,51 manat cəmi 75.820 (yetmiş beş min səkkiz yüz iyirmi) manat tutularaq, İddiaçı MMC-ə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, O, İddiaçı MMC-dən 18864 manatlıq gübrə görürmüşdür. O, iddiaçı təşkilatın pulunu ödəmişdir. Hazırda şirkət köçdüyündən oranı tapa bilmir, telefon zənglərinə də cavab verilməmişdir. Ona maye gübrə verilmişdir. Gübrə pis çıxdığına görə şirkət gəlmiş, ona 5 ton mal verib 48000 manat pul yazmışlar. Həmin pul tərəfindən şirkətə ödənilmişdir. Həmçinin maldan da aparmışlar. Üzləşmə aparılmasını istəyir. 2022-2023-cü illərdə 18000 manat bir, 6000 manat da bir ödənilmişdir. Ona ağ vərəqə imza etdirmişlər. O, ödənişləri fermer kartı ilə ödəmişdir. Həmin kartı əldə edə bilmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. b Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən, əvvəlki məhkəmə iclasında iştirak etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış 12 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən Cavabdeh 49.775 manat, xx.xx.2021-ci il tarixində bağlanmış 05 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən 18.864 manat, ümumilikdə 68.639 manat məbləğində mal verilmişdir. Alqı-satqı müqaviləsininnin 4.1-ci bəndinə əsasən “Alıcı” mah təhvil aldıqdan sonra dəyərini hesab fakturaya və ya qaimə fakturaya əsasən üç ay müddətində nağd qaydada və ya köçürmə yolu ilə birinci ayda 50(əlli) faiz, sonrakı iki ayda tam ödəniş edir. Bu müddətdə gecikdirilən, ödənilməyən dəyərin hər günü üçün 02 faiz peniya ödənilir. İş materiallarına əlavə edilmiş 18 mart 2022-ci il tarixli 12№-li alqı satqı müqaviləsi və təhvil təslim aktından görünür ki, 49.775 manat, 04 noyabr 2021-ci il tarixli 05№-li alqı satqı müqaviləsi və təhvil təslim aktına əsasən 18.864 manat, ümumilikdə Cavabdeh təhvil verilmiş malın dəyəri 68.639 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış 12 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən Cavabdeh 49.775 manat, xx.xx.2021-ci il tarixində bağlanmış 05 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən 18.864 manat, ümumilikdə 68.639 manat məbləğində mal verilmişdir. 18 mart 2022-ci il tarixli 12№-li alqı satqı müqaviləsi və təhvil təslim aktına əsasən 49.775 manat, 04 noyabr 2021-ci il tarixli 05№-li alqı satqı müqaviləsi və təhvil təslim aktına əsasən 18.864 manat, ümumilikdə Cavabdeh təhvil verilmiş malın dəyəri 68.639 manat təşkil edir. Cavabdeh İddiaçı MMC-dən 18864 manatlıq gübrə götürdüyünü, götürdüyü malın pulunu ödədəyini göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdehin izahatında göstərdiyi xüsusatlar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh götürdüyü malın dəyərini ödəməsi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 68.639 manat, hesablanmış peniyaya görə 6.864 manat, cəmi 75.503 (yetmiş beş min beş yüz üç) manat və ödənilmiş dövlət rüsumuna görə 316,51 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Köllegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-598/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-598/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver