Məhkəmə qərarları › İş №e-2(020)-786/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-786/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-786/2025 14.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********14066 olan Xioami Poco F6 markalı telefon üçün 1081.60 (bir min səksən bir manat altmış qəpik) manat ödəniməmiş hissə, 324.48 (üç yüz iyirmi dörd manat qıtx səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu R92/WB03K3WP olan X1 A+ markalı planşet üçün 230.20 (iki yüz otuz manat iyirmi qəpik) manat ödəniməmiş hissə, 69.06 (altmış doqquz manat altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********90724 olan Xioami Redmi 13C markalı telefon üçün 225 (iki yüz iyirmi beş) manat ödəniməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) manat, 67.50 (altmış yeddi manat əlli qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********46186 olan Xiaomi Redmi A3 markalı telefon üçün 163 (yüz altmış üç) manat ödəniməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) manat, 50.40 (əlli manat qırx qəpik) manat cərimə, dörd müqavilə üzrə 2263.44 (iki min iki yüz altmış üç manat qırx dörd qəpik) manat borc və 42.64 (qırx iki manat altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********14066 olan Xioami Poco F6 markalı telefon, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu R92/WB03K3WP olan X1 A-+ markalı planşet, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********90724 olan Xioami Redmi 13C markalı telefon və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********46186 olan Xiaomi Redmi A3 markalı telefon almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1299.96 manat (12 ay x 98.33 manat + 120 manat ilkin ödəniş) olan, İmei kodu **********14066 Xioami Poco F6 markalı telefon üçün ümumilikdə, 1406.08 manat olmaqla ondan, 1081.60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 324.48 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 762 manat (12 ay x 58.50 manat + 60 manat ilkin ödəniş) olan, İmei kodu R92/WB03K3WP olan X1 A-+ markalı planşet üçün ümumilikdə, 299.26 manat olmaqla ondan, 230.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 324.48 manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 manat (12 ay x 25 manat + 60 manat ilkin ödəniş) olan, İmei kodu **********90724 olan Xioami Redmi 13C markalı telefon üçün ümumilikdə, 316.10 manat olmaqla ondan, 225 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsumu, müştəriyə güzəşt olunaraq 67.50 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 manat (12 ay x 14 manat + 72 manat ilkin ödəniş) olan, İmei kodu **********46186 olan Xiaomi Redmi A3 markalı telefon üçün ümumilikdə, 242 manat olmaqla ondan, 168 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsumu, müştəriyə güzəşt olunaraq 54.40 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 957.16 manat təşkil edir. İşdə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş maliyyə və digər sənədlərindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C adapter və İmei kodu **********56549 olan İPHONE 15 PR üçün 3045.52 (üç min qırx beş manat əlli iki qəpik) manat ödəniməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) manat, 304.55 (üç yüz dörd manat əlli beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən KİESLECT KR2 qol saatı üçün 296.40 (iki yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 29.64 (iyirmi doqquz manat altmış dörd qəpik) manat cərimə borcu, cəmi iki müqavilə üzrə 3699.71 (üç min altı yüz doxsan doqquz manat yetmiş bir qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinəəsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatıüsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, birinci müqavilə üzrə 324.48 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun birinci müqavilə üzrə 50 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 42.64 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********14066 olan Xioami Poco F6 markalı telefon üçün 1081.60 (bir min səksən bir manat altmış qəpik) manat ödəniməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu R92/WB03K3WP olan X1 A-+ markalı planşet üçün 230.20 (iki yüz otuz manat iyirmi qəpik) manat ödəniməmiş hissə, 69.06 (altmış doqquz manat altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********90724 olan Xioami Redmi 13C markalı telefon üçün 225 (iki yüz iyirmi beş) manat ödəniməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) manat, 67.50 (altmış yeddi manat əlli qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********46186 olan Xiaomi Redmi A3 markalı telefon üçün 163 (yüz altmış üç) manat ödəniməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) manat, 50.40 (əlli manat qırx qəpik) manat cərimə, dörd müqavilə üzrə 1983.96 (bir min doqquz yüz səksən üç manat doxsan altı qəpik) manat borc və 42.64 (qırx iki manat altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar