Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-836/2025 15.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2177 manat ödənilməmiş hissə, X1 ödənilmiş 23,60 manat rüsum, 217,70 manat cərimə borcu olmaqla, cəmi 2418,30 manat borc və 44,19 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “ıPhone 13” (İMEİ kodu **********12218) markalı telefon, JBL Tune 520 BT qulaqlıq, Apple adapter” almış və nəticədə 2418,30 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2180,88 manat (yəni 18 ay x 121,16 manat + 0 manat ilkin ödəniş) olan “ıPhone 13” markalı (İMEİ kodu **********12218) telefon, JBL Tune 520 BT qulaqlıq, Apple adapter” üçün ümumilikdə, 2418,30 manat olmaqla ondan 2177 manat ödənilməmiş hissə, X1 ödənilmiş 23,60 manat rüsum, 217,70 manat cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 3,88 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh mülki işin iddia icraatına keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC onu əsassız yerə məhkəməyə verərək pul tələb edir. ABC Telekom MMC-nin həmin iddiası ilə razı deyi. Belə ki, məlum olduğu kimi İddiaçı MMC-yə verdiyi pulun çox hissəsini ödəmişdir. Ödədiyi pulların çeki ondadır və məhkəmədə təqdim edə bilər. O təzə pullar da ödəmiş, pul ödəmə sənədlərini ərizəsinə əlavə edir. Şirkət əsassız olaraq da ona 217 manat cərimə hesablamışdır. Həmin cərimə də silinməlidir. Onun iştirakı ilə işə baxılmasını istəyir. Çəkişmə prinsipi üzrə baxılsın. Ondan istənilən cərimə onu və ailə üzvlərini daha ağır vəziyyətə salacaqdır. Bu mənada məhkəmə onun və ailə vəziyyətini nəzərə alaraq əsas borcun və cərimənin tənasübsüz surətdə yüksək olmasını nəzərə almaqla onu cərimə pulunun ödənilməsindən azad etməlidir. Ərizənin surəti ona çatan kimi öz etirazını bildirir və işə iştirakı ilə ümumi icraat qaydasında baxılmasını və əsassız hesablanmış cərimənin silinməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(020)-836/2025 saylı qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1817 manat ödənilməmiş hissə, 181 manat cərimə borcu olmaqla, cəmi 1998 manat borc və 44,19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh poçt vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, hərbidə xidmətə başlayacaq, ola bilsin ki, məhkəmə iclasında iştirak edə bilməyəcək. Bu mənada məhkəmə onu və ailə vəziyyətini və əsas borcun və cərimənin tənasübsüz surətdə yüksək olmasını nəzərə almaqla, onu cərimə pulunun ödənilməsindən azad etməlidir. Cərimənin silinməsini xahiş edir. İddiaçı MMC elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilmədiklərindən, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 03866688 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 121,16 manat ödəmək şərti ilə, dəyəri 2180,88 manat olan «İphone 13» (İmei kod **********12218) markalı telefon, “JBL Tune 520 BT qulaqlıq, Apple adapter” satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı ««İphone 13» (İmei kod **********12218) markalı telefon, “JBL Tune 520 BT” qulaqlıq, “Apple” adapte” xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İddiaçınə 2177 manat əsas borc, X1 ödənilmiş 23,60 manat rüsum və 217,7086 manat cərimə olmaqla, cəmi 2418,30 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi nəzərə alınmaqla, iddia təmin edilməli və Cavabdeh 1817 manat əsas borc və 181 manat cərimə borcu alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 44,19 manat dövlət rüsumunun iddianın qiyməti olan 1998 manata mütənasib hissəsi, yəni 39,98 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1817 (min səkkiz yüz on yeddi) manat məbləğində ödənilməmiş hissə, 181 (yüz səksən bir) manat məbləğində cərimə borcu və 39,98 (otuz doqquz manat 98 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2037,98 (iki min otuz yeddi manat 98 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-836/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-836/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver