Məhkəmə qərarları › İş №e-2(021)-1116/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1116/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1116/2022 05.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05 aprel 2021-ci il tarixli, 05 aprel 2021-ci il tarixli, 07 iyun 2021-ci il tarixli müqavilələrinə əsasən cavabdeh iddiaçıdan Samsung Galaxy A21s markalı telefon, Nokia 5310 markalı telefon, AİVA TV Sonorous Surefix 142 asqı almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 05 aprel 2021-ci il müqavilə üzrə 456 manat (əsas borc- 415 cərimə- 41 manat), 05 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən 102 manat- (əsas borc- 92,4 manat, cərimə- 9, 6 manat), 07 iyun 2021-ci il tarixli müavilə üzrə 1102 manat- (əsas borc- 1001.8 manat, cərimə- 100.2 manat) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan müqavilələrdən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A21s markalı telefon, Nokia 5310 markalı telefon, AİVA TV Sonorous Surefix 142 asqı almışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ay cəmi 103.30 manat ödəmək şərti ilə aldığı malın dəyərini "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan maliyyə arayışında müəyyən olunur ki, Cavabdeh "xxxx" MMCyə 05 aprel 2021-ci il müqavilə üzrə 456 manat (əsas borc- 415 cərimə- 41 manat), 05 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən 102 manat- (əsas borc- 92,4 manat, cərimə- 9, 6 manat), 07 iyun 2021-ci il tarixli müavilə üzrə 1102 manat- (əsas borc- 1001.8 manat, cərimə- 100.2 manat) borcu mövcuddur. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 05 aprel 2021-ci il müqavilə üzrə 416 manat (əsas borc - 415 cərimə- 1 manat), 05 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən 93.4 manat - (əsas borc- 92,4 manat, cərimə- 1 manat), 07 iyun 2021-ci il tarixli müavilə üzrə 1006,8 manat - (əsas borc - 1001.8 manat, cərimə - 5 manat) borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 aprel 2021-ci il müqavilə üzrə 416 manat (əsas borc- 415 cərimə- 1 manat), 05 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən 93.4 manat- (əsas borc- 92,4 manat, cərimə- 1 manat), 07 iyun 2021-ci il tarixli müavilə üzrə 1006,8 manat- (əsas borc- 1001.8 manat, cərimə- 5 manat), ümumilikdə cəmi 1496,2 (min dörd yüz doxsan iki manat iyirmi qəpik) manat borc və 36,6 (otuz altı manat altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar