Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1171/2022 20.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə 20 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********44608 olan Samsung galaxy A10s markalı telefon üçün 200 (iki yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********94739 olan Samsung Galaxy A21s markalı telefon üçün 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, ümumilikdə 667 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********44608 olan Samsung galaxy A10s markalı telefon, İMEİ Kodu **********94739 olan Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 667 (altı yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********44608 olan Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat olmaqla ondan 200 (iki yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 461 (dörd yüz altmış bir) manat (12 ay x 37 manat + 17 manat ilkin ödəniş) olan İMEİ Kodu **********94739 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 447 (dörd yüz qırx yeddi) manat olmaqla ondan 407 (dörd yüz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 154 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1171/2022 saylı 29 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 26 fevral 2021-ci il tarixli müqavilə üzrə 200 manat əsas, 20 manat cərimə, cəmi 220 (iki yüz iyirmi) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 407 manat əsas, 40 manat cərimə, cəmi 447 (dörd yüz qırx yeddi) manat, ümumilikdə hər iki müqavilə üzrə 667 (altı yüz altmış yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1171/2022 saylı 29 aprel 2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən müəyyən edilir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi müzakirə edilsə də qətnamənin nəticə hissəsində dövlət rüsumunun alınması qeyd olunmamışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru H.F.İsrafilzadə məhkəməyə ərizə göndərərək 29 aprel 2022-ci il tarixli 2(021)-1171/2022 saylı qətnaməsinin “Qət etdi” hissəsində yaranmış texniki səhvə düzəliş edərək, Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iş üzrə əlavə qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının MPM-nin 229.1 və 229.1.1-ci maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Bu Məcəllənin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmaqla, dövlət rüsumu hesabına 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 227 və 229cu maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhərrəm Allahverdiyev
Məhkəmə qərarları › İş №e-2(021)-1171/2022
Bərdə Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(021)-1171/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver