Məhkəmə qərarları › İş №e-2(021)-1270/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1270/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1270/2022 13.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RSK5646557 saylı müqavilə üzrə 207 (iki yüz yeddi) manat əsas borc, 62 (altmış iki) manat faiz borcu və RSK5685091 saylı müqavilə üzrə 1285 (bir min iki yüz səksən beş) manat əsas borc, 385 (üç yüz səksən beş) manat faiz borcu və 40(qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1979 (bir min doqquz yüz yetmiş doqquz) manatın xeyrinə tutulması və müqavilənin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2018-ci il və 12 yanvar 2019-cu il tarixində “Alqısatqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 17 oktyabr 2018-ci il tarixli RSK5646557 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 474(dörd yüz yetmiş dörd) manat olan 1 ədəd “Samsung Galaxy J3" markalı telefon almış, ilkin ödəniş olaraq 30(otuz) manat ödəniş etmiş, nəticədə 444(dörd yüz qırx dörd) manat borc yaranmış və 12 yanvar 2019-cu il tarixli RSK5685091 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1725(bir min yeddi yüz iyirmi beş) manat olan 1 ədəd “LG" markah televizor almış, ilkin ödəniş olaraq 240(iki yüz qırx) manat ödəniş etmiş, nəticədə 1485(bir dörd yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 17 oktyabr 2018-ci il tarixli RSK5646557 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 37 (otuz yeddi) manat və 12 yanvar 2019-cu il tarixli RSK5685091 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100(bir yüz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və RSK5646557 saylı müqavilə üzrə alqı-satqı qiyməti 474(dörd yüz yetmiş dörd) manat olan 1 ədəd Samsung Galaxy J3” markalı telefon üçün ümumilikdə 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat faiz borcu və RSK5685091 saylı müqavilə üzrə alqı-satqı qiyməti 1725(bir min yeddi yüz iyirmi beş) manat olan 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə 1285(bir min iki yüz səksən beş) manat ödənilməmiş hissə, 385(üçyüz səksən beş) manat faiz borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsini müdafiə etdiyini, Cavabdeh cəmi 1979 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 oktyabr 2018-ci il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı-İddiaçı ümumi dəyəri 474 manat olan 1 ədəd Samsung Galaxy J3 2017 SM-J330 Gold, 1 ədəd Qızıl Zəmanət QZT-003928 satmağı, alıcı-Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Alıcı malın satış qiymətinin dəyəri 474 manatın 30 manatı ilkin ödəniş qismində satıcıya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal alıcıya təhvil verilir. -Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 444 manatı 12 ay müddətinə ayda 37 manat olmaqla hər ayın 16-dək ödəməlidir. İş materiallarında olan 12 yanvar 2019-cu il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı-İddiaçı ümumi dəyəri 1725 manat olan 1 ədəd TV LED LG 49UK6300P satmağı, alıcı-Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Alıcı malın satış qiymətinin dəyəri 1725 manatın 240 manatı ilkin ödəniş qismində satıcıya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal alıcıya təhvil verilir. -Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 1485 manatı 15 ay müddətinə ayda 99 manat olmaqla hər ayın 11-dək ödəməlidir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli xəbərdarlıq surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində “fiziki şəxs" İddiaçı 1 ədəd "Samsung Galaxy J3” markalı telefon və 1 ədəd “LG" markalı televizor almaqla müqavilə bağlamış, lakin müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etməmişdir. Bununla əlaqədar olaraq, bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə 10 gün müddətində “fiziki şəxs" İddiaçı ilə razılığa gəlməsi, habelə aldığı əşyaya vurulmuş zərəri ödəməklə onlara qaytarmağı və ya müqavilə dəyərini tam ödəməyi təklif edilmiş, müqavilənin vaxtından əvvəl bağlanılmasını imtina etdiyi təqdirdə, bu barədə və müqavilənin qiymətinin tam ödənilməsinə dair məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən etilmişdir ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2018-ci il və 12 yanvar 2019-cu il tarixində “Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 17 oktyabr 2018-ci il tarixli RSK5646557 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 474(dörd yüz yetmiş dörd) manat olan 1 ədəd “Samsung Galaxy J3" markalı telefon almış, ilkin ödəniş olaraq 30(otuz) manat ödəniş etmiş, nəticədə 444(dörd yüz qırx dörd) manat borcu yaranmış və 12 yanvar 2019-cu il tarixli RSK5685091 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1725(bir min yeddi yüz iyirmi beş) manat olan 1 ədəd “LG" markah televizor almış, ilkin ödəniş olaraq 240(iki yüz qırx) manat ödəniş etmiş, nəticədə 1485(bir dörd yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 17 oktyabr 2018-ci il tarixli RSK5646557 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 37 (otuz yeddi) manat və 12 yanvar 2019-cu il tarixli RSK5685091 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100(bir yüz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və RSK5646557 saylı müqavilə üzrə alqı-satqı qiyməti 474(dörd yüz yetmiş dörd) manat olan 1 ədəd Samsung Galaxy J3” markalı telefon üçün ümumilikdə 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat faiz borcu və RSK5685091 saylı müqavilə üzrə alqı-satqı qiyməti 1725(bir min yeddi yüz iyirmi beş) manat olan 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə 1285(bir min iki yüz səksən beş) manat ödənilməmiş hissə, 385(üç yüz səksən beş) manat faiz borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan 1979 manat borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 1979 manat məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 1979 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5646557 saylı 17 oktyabr 2018-ci il tarixli və RSK5685091 saylı 12 yanvar 2019-cu il tarixli müqavilələr ləğv edilməli, Cavabdeh 1979 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunduğundan 40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5646557 saylı 17 oktyabr 2018-ci il tarixli və RSK5685091 saylı 12 yanvar 2019-cu il tarixli müqavilələr ləğv edilsin. Cavabdeh 1979 (bir min doqquz yüz yetmiş doqquz) manat məbləğində pul və 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar