Məhkəmə qərarları › İş №e-2(021)-136/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-136/2023

17.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-136/2023 17.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi X1, Cavabdeh X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X16 təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin cavabdeh X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X16 təsərrüfatı Mərkəzinə qarşı “fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və mühafizə zonasının boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Qaz İxrac" İdarəsi, Ağdam Magistral X12 istismarında olan, Bərdə rayonu, dəmir yolun yaxınlığında, keçmiş Meşəçilik İnstitutu adlanan ərazidən keçən «Yevlax- Naxçıvan» yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 3 metr məsafədə yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri pozularaq Bərdə rayonu, dəmir yolun yaxınlığından, keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən "Qaz İxrac" İdarəsinin Ağdam Magistral X12 balans və istismarında olan 720 mm diametrli «Yevlax- Naxçıvan» yeraltı yüksək təzyiqli qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 3 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi tikilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"-na Əsasən yüksək təzyiqli yeraltı qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 10 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə "Qaydalar"ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Tikinti aparmaq üçün lazımi icazələr (yəni "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxşlər Dövlət Neft Şirkəti va onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, "Qaz İxrac" İdarəsi, Ağdam Magistral X12 istismarında olan, Bərdə rayonu, dəmir yolun yaxınlığında, keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən «Yevlax-Naxçıvan» yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 3 metr məsafədə yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 sayı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhəkməsinin 2(021)136/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin cavabdeh X7 qarşı “fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və mühafizə zonasının boşaldılması” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X16 təsərrüfatı Mərkəzinə iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi X2 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 bildirdi ki, mübahisələndirilən fərdi yaşayış evini pul verib almışdır. Həmin ərazidə onun evindən başqa da evlər tikilmişdir. İddianı tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X16 təsərrüfatı Mərkəzinin nümayəndəsi X11 bildirdi ki, cavabdeh X10 mübahisələndirilən fərdi yaşayış evini qeyri-qanuni alıb. Həmin ərazidə məcburi köçkünlər məskunlaşıb və evlər tikiblər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, X18 Kəmərləri sahəsi tərəfindən X7 tərəfindən tikilən yaşayış evinin ərazisindən 3 (üç metrliyindən) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin Ağdam Magistral X12 balans və istismarında olan yüksək təzyiqli, 720 mm diametrli Yevlax-Naxçıvan magistral qaz kəmərinin keçdiyi, tərəfindən tikilən yaşayış evi ilə yuxarıda göstərilən qaz kəmərinin arasındakı məsafənin 2 metr təşkil etdiyi, bu da qeyd edilən qayda və normalarının müddəalarının pozulduğu, bunun nəticəsində kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrin baş verməsinə səbəb ola biləcəyi, gələcəkdə bununla bağlı baş verə biləcək bədbəxt hadisələrinə görə X18 Kəmərləri sahəsi məsuliyyət daşımadığı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş məktublardan görünür ki, "Qaz İxrac" İdarəsi tərəfindən Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Qaz İxrac" İdarəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan məsələ Xidmətin Bərdə ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılmış, vətəndaşlar X8, Cavabdeh və X9 tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş X18 Kəmərləri sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, tikinti sahibinin (Cavabdeh) tikinti aparmağa heç bir icazə sənədi yoxdur. İş materiallarına əlavə olunmuş materiallardan görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə X5 adına Bərdə rayonu dəmir yolu yaxınlığında, keçmiş Meşəçilik İnstitutu adlanan ərazidə yerləşən torpaq sahəsi və evə dair çıxarışı və həmin çıxarışın verilməsinə əsas olan hüquqi müəyyənedici sənədlərin Bərdə rayon Məhkəməsinə göndərilməsi barədə sorğu verilmiş, həmin soröuya 06.6.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, sorğuda qeyd olunan Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi idarəsində əmlak qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Mütəxəssis rəyində qeyd olunmuşdur: Bərdə rayon Məhkəməsinin 2(021)-1443/2022 saylı, 13 iyun 2022-ci il tarixli mülki işi üzrə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(021)-1443/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müqayisə edilmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X19 torpaqlarına aiddir. Mübahisəli tikili, "Yevlax-Naxçıvan" yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci kilometrliyində qaz kəmərindən şimal hissədən 3.4 metr, cənub hissədən isə 2.7 metr məsafədə yerləşir. Mühafizə zonasına düşüb-düşməməsinin müəyyən edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 95 manat mütəxəsis xərci ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X19 torpaqlarına aiddir. Mübahisəli tikili, "Yevlax-Naxçıvan" yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci kilometrliyində qaz kəmərindən şimal hissədən 3.4 metr, cənub hissədən isə 2.7 metr məsafədə yerləşir.Bununla da mühafizə zonasını pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X19 torpaqlarına aiddir. Mübahisəli tikili, "Yevlax-Naxçıvan" yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci kilometrliyində qaz kəmərindən şimal hissədən 3.4 metr, cənub hissədən isə 2.7 metr məsafədə yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin “Qaydaları"ın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin “Qaydaları"ın 2.7-ci bəndinə əsasən Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: Həmin “Qaydaları"ın 2.11-ci bəndinə əsasən Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin “Qaydaları"ın 2.23-ci bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Azərbaycan Respublikasının Qaz təchizatı haqqında Qanunun 6-cı maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 1 9 - c u maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin Qanunun 2 2 - c i maddəsinə əsasən Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət obyektlərinin—dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları, meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla), Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar, təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar, dövlət ehtiyat fondu torpaqları dövlətin müstəsna mülkiyyətindədir, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məəllənin 110-cu maddəsinə əsasən b u Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X19 torpaqlarına aid olduğundan, mübahisəli tikili, "Yevlax- Naxçıvan" yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci kilometrliyində qaz kəmərindən şimal hissədən 3.4 metr, cənub hissədən isə 2.7 metr məsafədə yerləşdiyindən Bərdə rayonu, dəmir yolun yaxınlığında, keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən «Yevlax-Naxçıvan» yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 3 metr məsafədə yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülməli və mühafizə zonasının boşaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsum cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mütəxəsis tədqiqatının dəyəri 95 manat cavabdeh X3 tutularaq İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin cavabdeh X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X16 təsərrüfatı Mərkəzinə qarşı “fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və mühafizə zonasının boşaldılması” tələbinə dair iddia təmin edilsin. Bərdə rayonu, dəmir yolun yaxınlığında, keçmiş Meşəçilik İnstitutu adlanan ərazidən keçən «Yevlax-Naxçıvan» yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 3 metr məsafədə yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülsün və mühafizə zonası boşaldılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilsin. İş üzrə ödənilmiş 95 manat məbləğində ekspertiza xərci cavabdeh X3 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar