Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1363/2025 14.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dаir mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 659,10 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun, 197,73 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1164,60 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun, 349,38 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 837 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun, 251,10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 270,90 manat əsas, 81,27 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 36,60 manat əsas, 10,98 manat cərimə, beş müqavilə üzrə cəmi 3929,46 manat borcun və ödənilmiş 59,30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********15843 HONOR X9B markalı telefon, İmei kod **********82490 OPPO RENO 11F markalı telefon, İmei kod **********78069 HONOR X9B markalı telefon, HOVERBOARD ZİGZAG, SAÇQİRXAN REMİNGTON almış və nəticədə 3929.46 (üç min doqquz yüz iyirmi doqquz manat, 46 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 998.1 (doqquz yüz doxsan səkkiz manat, 10 qəpik) manat (18 ay x 55.45 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********15843 HONOR X9B markalı telefon üçün ümumilikdə, 880.43 (səkkiz yüz səksən manat, 43 qəpik) manat olmaqla ondan, 659.1 (altı yüz əlli doqquz manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 197.73 (yüz doxsan yeddi manat, 73 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1224.6 (bir min iki yüz iyirmi dörd manat, 60 qəpik) manat (18 ay x 64.7 manat + 60 manat ilkin ödəniş) olan İmei kod **********82490 OPPO RENO 11F markalı telefonüçün ümumilikdə, 1537.58 (bir min beş yüz otuz yeddi manat, 58 qəpik) manat olmaqla ondan, 1164.6 (bir min yüz altmış dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 349.38 (üç yüz qırx doqquz manat, 38 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 849 (səkkiz yüz qırx doqquz) manat (12 ay x 69.75 manat + 12 manat ilkin ödəniş) olan İmei kod **********78069 HONOR X9B markalı telefonüçün ümumilikdə, 1111.70 (bir min yüz on bir manat 70 qəpik) manat olmaqla ondan, 837 (səkkiz yüz otuz yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 251.1 (iki yüz əlli bir manat, 10 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 421.92 (dörd yüz iyirmi bir manat, 92 qəpik) manat (18 ay x 23.44 manat + 0 manat ilkin ödəniş) olan HOVERBOARD ZİGZAG üçün ümumilikdə, 352.17 (üç yüz əlli iki manat, 17 qəpik) manat olmaqla ondan, 270.9 (iki yüz yetmiş manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.27 (səksən bir manat, 27 qəpik) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 62.68 (altmış iki manat 68 qəpik) manat (3 ay x 19.06 manat + 5.5 manat ilkin ödəniş) olan SAÇQİRXAN REMİNGTOüNçün ümumilikdə, 47.58 (qırx yeddi manat, 58 qəpik) manat olmaqla ondan, 36.6 (otuz altı manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.98 (on manat, 98 qəpik ) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 588.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Hazırda cavabdehin beş müqavilə üzrə cəmi 3929,46 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh ərizənin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən və Bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 750,60 manat dəyərində HONOR X9B 8/256GB emerald green, 59,99 manat dəyərində Paket L və 187,50 manat dəyərində X4 3 il (kontakt) qəbul etmiş, 0,00 manat ilkin ödəmiş, ilkin ödəniş daxil olmaqla cəmi 998,09 manat pulu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 10738256 saylı müqavilədən, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən və Bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 0 manat dəyərində Opentube 3 ay, 0 manat dəyərində X2 1P/1Y, 0 manat dəyərində Reklam Bloklayıcı AWAX 12 ay, 900,60 manat dəyərində Oppo Reno 11 F 8/256GB OCEAN BLUE, 0 manat dəyərində Mobil tətbiqin yüklənməsi (1 ədəd), 0 manat dəyərində Kontaktların köçürülməsi, 0 manat dəyərində TRADE-İN əlavə dəyərləndirmə (5%), 0 manat dəyərində Akkaunt yaradılması, 0 manat dəyərində Antivirusun quraşdırılması, 79,99 manat dəyərində Paket XL, 18,99 manat dəyərində Ödənişin təminatı xidməti və 225 manat dəyərində X4 3 il (kontakt) qəbul etmiş, 60 manat ilkin ödəmiş, ilkin ödəniş daxil olmaqla cəmi 1224,58 manat pulu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 04249003 saylı müqavilədən, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən və Bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 750 manat dəyərində HONOR X9B 8/256GB SUNRİSE ORANGE, 0 manat dəyərində Reklam Bloklayıcı AWAX 12 ay, 0 manat dəyərində X2 1P/1Y, 0 manat dəyərində Antivirusun quraşdırılması, 0 manat dəyərində Akkaunt yaradılması, 79,99 manat dəyərində Paket XL, 0 manat dəyərində Mobil tətbiqin yüklənməsi (1 ədəd), 0 manat dəyərində Kontaktların köçürülməsi, 0 manat dəyərində TRADE-İN əlavə dəyərləndirmə (5%), 18,99 manat dəyərində Ödənişin təminatı xidməti qəbul etmiş, 12 manat ilkin ödəmiş, ilkin ödəniş daxil olmaqla cəmi 848,98 manat pulu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən və Bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 342 manat dəyərində Hoverboard Zıgzag K8 Graffıtı və 80 manat dəyərində X4 3 il (Sığorta) qəbul etmiş, 0 manat ilkin ödəmiş, ilkin ödəniş daxil olmaqla cəmi 422 manat pulu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 04249004 saylı müqavilədən, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən və Bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 58,29 manat dəyərində Saçqırxan Remington HC5150 və Zəmaət 2 il qəbul etmiş, 5,50 manat ilkin ödəmiş, ilkin ödəniş daxil olmaqla cəmi 62,69 manat pulu 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC-nin müştərisi olan Cavabdehnun xx.xx.2024-cü il tarixli müqavilə üzrə 659,10 manat əsas, 197,73 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1164,60 manat əsas, 349,38 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 837 manat əsas, 251,10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 270,90 manat əsas, 81,27 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 36,60 manat əsas, 10,98 manat cərimə, hər beş müqavilə cəmi 3929,46 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün “ASAN ödəniş” sistemi vasitəsi ilə 59,30 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1972-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 40-da qeydiyyatdadır və yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən cavabdehə 998,09 manat dəyərində mal satılmışdır. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 10738256 saylı müqaviləyə əsasən cavabdehə 1224,58 manat dəyərində mal satılmışdır. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 04249003 saylı müqaviləyə əsasən cavabdehə 848,98 manat dəyərində mal satılmışdır. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən cavabdehə 422 manat dəyərində mal satılmışdır. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 04249004 saylı müqaviləyə əsasən cavabdehə 62,69 manat dəyərində mal satılmışdır. Lakin cаvаbdeh iddiaçı olan cəmiyyətə bоrclu оlduğu pulu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Beləliklə, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə üzrə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 659,10 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun, 197,73 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1164,60 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun, 349,38 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 837 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun, 251,10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 270,90 manat əsas, 81,27 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 36,60 manat əsas, 10,98 manat cərimə, beş müqavilə cəmi 3929,46 manat borcun və ödənilmiş 59,30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi zamanı ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-nin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. MM-nin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-nin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-nin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-nin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da, iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 197,73 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 349,38 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 251,10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 81,27 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10,98 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğlər hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 (bir) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 (bir) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 (bir) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 (bir) manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 (bir) manat cərimə məbləğinin müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Bundan baqşa İddiaçı MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün tərəfindən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən hər birinə ayrı-ayrılıqda 23,60 manat rüsumun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Tərəflər arasında bağlanmış müqavilə də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – satıcı (avadanlıq verən) ondan istifadə müddəti ərzində avadanlığın qarşılığında aldığı vəsaitə görə müqavilədə nəzərdə tutulan məbləğindən, digər tərəf – alcı (avadanlığı alan) isə ondan səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Həmçinin iddiaçı həmin ödənişin edilməsinə əsas olan sənədləri və ödənişi əks etdirən sübutu (ödəniş qəbzini) ərizəyə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı hesab edilə bilməz və əssız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-nin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 59,30 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 59,30 manat dövlət rüsumunun 40 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, 19,30 manatı hissəsi isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 659,10 manat əsas, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1164,60 manat əsas, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 837 manat əsas, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 270,90 manat əsas, 1 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 36,60 manat əsas, 1 manat cərimə, beş müqavilə üzrə cəmi 2972,39 (iki min doqquz yüz yetmiş iki manat otuz doqquz qəpik) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu tutulаrаq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumundan 19,30 (on doqquz manat otuz qəpik) manat iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-1363/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1363/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver