Məhkəmə qərarları › İş №e-2(021)-1461/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1461/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1461/2025 18.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə kiçik mübahisələrə dair iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********05880 XİAOMİ POCO M3 markalı teleforüçun 233 (iki yüz otuz üç) manat ödənilməmiş hissə, 116.50 (yüz on altı manat, 50 qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********60321 SAMSUNG GALAXY TAB A7 markalı planşet, APPLİ USB üçün , 237.3 (iki yüz otuz yeddi manat, 30 qəpik) manat ödənilməmiş hissə, 118.65 (yüz on səkkiz manat, 65 qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən APPLE WATCH SE qol saat üçün 848.4 (səkkiz yüz səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, 424.40 (dörd yüz iyirmi dörd manat, 40 qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********11558 İPHONE 11 markalı telefon üçün 1004 (bir min dörd) manat ödənilməmiş hissə, 502 (beş yüz iki) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********94060 İPHONE 11 PRO markalı telefon üçün 1949.8 (bir min doqquz yüz qırx doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 974.9 (doqquz yüz yetmiş dörd manat, 90 qəpik) manat dəbbə, ümumilikdə 6409.35 manat məbləğində borcun və 84.10 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilir. İddiaçı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, ərizəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsində göstərilən sənədi əlavə etməmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh borc məbləğinin ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilsə də qeyd edilən xəbərdarlıqda xx.xx.2021-ci il tarixli müqavilə üzrə borc barədə məlumat qeyd edilməmişdir. Ümumilikdə isə cavabdehə göndərilən pritenziya tələbində icra edilməli öhdəliklərin məbləği qeyd edilməmişdir. AR MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstrilən maddələrin tələblərinə əsasən İddiaçı Cavabdeh qarşı “pul” oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödədiyi 84.10 (səksən dörd manat on qəpik) manat dövlət rüsumu geri qaytarılsın (çek №- 73088737, büdcə təsnifatının kodu ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar