Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1546/2023 27.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı " elektrik enerjisindən istifadəyə görə əsassız borcun silinməsi "tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı enerjisindən istifadəyə görə əsassız borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən ona əsassız olaraq yazılmış 1036.80 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, tələb Azərişıq ASC-yə qarşı yönəldilməklə, elektrik enerjisindən istifadəyə görə əsassız borcun silinməsindən ibarətdir. Lakin iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübut kimi təqdim etdiyi sənədlər X1 tərəfindən İddiaçı barəsində qazdan istifadə görə hesablanmış borcla bağlıdır və iddia tələbi ilə əlaqəli olmayan sənədlərdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi sübutlar iddia tələbi ilə əlaqəli olmadığından geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı " elektrik enerjisindən istifadəyə görə əsassız borcun silinməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı " elektrik enerjisindən istifadəyə görə əsassız borcun silinməsi " tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-1546/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1546/2023
27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver