Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1552/2025 03.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar və ya İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Mirasın qəbulu faktı, miras qalmış əmlak üzrə payların bölünməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 avqust 2022-ci il tarixdə Bərdə rayonunda vəfat etmiş atası X4 ölümündən sonra miras əmlakı olaraq qalmış, Bərdə rayonu Xanərəb kədində yerləşən, kənd təsərrüfatlı təyinatlı 0.9094 ha və 3.1090 ha torpaq sahələrindən atasının adına olan ümumi sahəsi 0.67 ha pay hissəsinin miras olaraq tərəflərindən qəbul olunması faktının və anası İddiaçı3 ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsi çıxılmaqla sözü gedən torpaq sahəsinin miras payının vərəsələr arasında bərabər paylarla bölünməsinə və mirasın açılması yerinin Bərdə rayonu Xanərəb kəndi olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 və İddiaçı4 iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum atası 15 avqust 2022-ci il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Mərhum atası X8 ilə anası İddiaçı3 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2011-ci ildə anası ilə atası rəsmi şəkildə ayrılmışlar. 2021-ci ildə mərhum atası yenidən anası ilə nikahlarını rəsmiləşdirmişlər. Mərhum atası ilə anasının birgə nikahlarından dörd övladı dünyaya gəlmişdir:- xx.xx.1984-cü il təvəllüdlü X5, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı4, xx.xx.1988-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1986-cı il təvəllüdlü Səmədova (Qasımova) Nuranə Bərşad qızı. Mərhum atasının adına 1998-ci ildə torpaq islahatları zamanı verilmiş, xüsusi mülkiyyət hüquqlu, kənd təsərrüaft təyinatlı, Bərdə rayonu Xanərəb kəndində yerləşən 0.9094 ha və 3.1090 ha ümumi birgə mülkiyətli pay torpağı ayrılmışdır. Sözügedən torpaq sahələrinə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə İddiaçı4 adına çıxarış əldə etmişlər. X10 vəfatından sonra atasının həmin torpaqda olan payına münasibətdə vərəsəliyi mülki qanunvericilikdə göstərilən müddətdə qəbul edə bilməmişlər. Bərdə Regional “ASAN xidmət” mərkəzinin notariat kontorundan onlara təqdim edilən 10 fevral 2025-ci il tarixli 364/2025 saylı məktubda mərhum atası X4 miras əmlakının bölüşdürülməsi və vərəsəlik haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələr arasında ixtilaf yarandığı üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Belə ki, hazırkı iş üzrə Cavabdeh mirasın qəbulu və payların müəyyən edilməsi ilə bağlı konkret özünün notariusda etirazını bildirdiyi üçün notariat orqanı onun iradə ifadəsinin razılıq üzrə olmadığını nəzərə alaraq məsələni mübahisə zəminində qəbul edərək imtina vermişdir. Atasının sağlığında da cavabdehlə münasibətləri olmamışdır. X1 vəfatından sonra onun payında olan torpaq sahəsini faktiki Nümayəndə qəbul edib istifadə etmişdir. Hazırkı iş üzrə iddiaçı olan qardaşı, bacısı və anası mərhum atasının torpaq payı ilə bağlı onun faktiki istifadəsinə etiraz etmədikləri üçün və bununla əlaqədar həmin paydan onlara düşən hissəni ona bağışlamağa hazır odluqlarını iradə ifadəsi ilə notariatda bildirmiş olsalar da, yalnız cavabdehin ixtilaf yaradan hərəkəti nəticəsində notariat orqanı, iş üzrə hüquqlarını təmsil etdiyi iddiaçıların atasının payından onlara düşən hissənin ona bağışlama əqdinin reallaşdırmasından imtina etmişdir. Bu səbəbdən onlar bu iş üzrə birgə iddiaçılar olaraq çıxış edirlər. Miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda isə notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat ofisinin vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddiasını müdafiə etdi və iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx xxxx 1985-ci ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur və Bərdə rayonu Güloğlular kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1984-cü ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur və Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxxxxx 1988-ci ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur və Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx xxx 1964-cü ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur və Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx xxxx 1986-cı ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur, Ağdam rayonu Kəngərli kəndində qeydiyyatdadır. Bərdə Regional ”ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli, AZ-İİ 412683 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı3 06 yanvar 2021-ci il tarixdə Bərdə Regional ”ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 02 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra kişiyə Qasımov, qadına Qasımova soyadı verilmişdir. Bərdə rayon Xanərəb kənd sovetliyi tərəfindən verilmiş 07 aprel 1984-cü il tarixli İX- ЖГ 495174 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1984-cü ildə anadan olmuş X2 “ata” qrafasında atası kimi X8, “ana” qrafasında anası kimi İddiaçı3 qeyd edilmişdir. Bərdə rayon Xanərəb kənd sovetliyi tərəfindən verilmiş 16 aprel 1985-ci il tarixli X-ЖГ 427591 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1985-ci ildə anadan olmuş İddiaçı4 “ata” qrafasında atası kimi X8, “ana” qrafasında anası kimi İddiaçı3 qeyd edilmişdir. Bərdə rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 07 iyun 2005-ci il tarixli AZ-İ 611910 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1988-ci ildə anadan olmuş Nümayəndə “ata” qrafasında atası kimi X8, “ana” qrafasında anası kimi İddiaçı3 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli AZ-İİ 454125 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Xanərəb kəndində yerləşən 0,9094 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı4, İddiaçı1, İddiaçı3, Nümayəndə, X4 və X6 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Xanərəb kəndində yerləşən 3,1090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı4, Nümayəndə, İddiaçı1, İddiaçı3, X4 və X6 adına qeydiyyata alınmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 sentyabr 2025-ci il tarixli 79 nömrəli arayışdan görünür ki, X8 ölmüşdür, ölümündən sonra aşağıdakı ailə üzvləri qalmışdır: İddiaçı4, Nümayəndə, İddiaçı3, İddiaçı1 və Cavabdeh. Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 10 fevral 2025-ci il tarixli 364/2025 saylı məktubundan görünür ki, Nümayəndə 15 avqust 2022-ci ildə vəfat etmiş atası X3 qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Notariaf Ofisinə müraciət etmiş, digər vərəsələrlə aralarında ixtilaflar olduğundan müvafiq məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 13 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Nümayəndə məhkəmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.9-cu maddələrinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, mərhum X4 vərəsələrinin arvadı-İddiaçı3, oğlu-İddiaçı4, qızı-İddiaçı1, oğlu-Nümayəndə və qızı-X7 olması və Bərşad Qasımovdan irs qalmış Bərdə rayonu Xanərəb kəndində yerləşən əmlakların onlar tərəfindən qəbul edilməsi iddiaçının məhkəmə iclasında verdiyi izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan, X4 vərəsələrinin İddiaçı3, İddiaçı4, İddiaçı1, Nümayəndə və X7 olması və mirasın onlar tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki mübahisənin gerçək hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən 0,9094 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı4, İddiaçı1, İddiaçı3, Nümayəndə, X4 və X6 adına qeydiyyata alınmışdır. Bundan başqa Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən 3,1090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı4, Nümayəndə, İddiaçı1, İddiaçı3, X4 və X6 adına qeydiyyata alınmışdır. Mülkiyyətçilərdən X8 xx.xx.2022-ci ildə ölmüşdür. Sonuncunun ölümündən sonra vərəsələri kimi, arvadı-İddiaçı3, oğlu-İddiaçı4, qızı-İddiaçı1, oğlu-Nümayəndə və qızı-X7 qalmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********14 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən və İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, Cavabdeh və mərhum X4 ümumi birgə mülkiyyətində olan kənd təsərrüftı təyinatlı torpaq sahəsindən, mərhum X4 payına düşən hissədə İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və Cavabdeh payları 1/5 hissə olmaqla; -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********71 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən və İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, Cavabdeh və mərhum X4 ümumi birgə mülkiyyətində olan kənd təsərrüftı təyinatlı torpaq sahəsindən, mərhum X4 payına düşən hissədə İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və Cavabdeh payları 1/5 hissə olmaqla müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişlər. Odur ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “Mirasın qəbulu faktı, miras qalmış əmlak üzrə payların bölünməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilisin. İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və Cavabdeh mərhum X4 vərəsələri olması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********14 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 miras qalmış və Bərdə rayonu Xanərəb kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********71 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 miras qalmış və Bərdə rayonu Xanərəb kəndində yerləşən 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********14 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən və İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, Cavabdeh və mərhum X4 ümumi birgə mülkiyyətində olan 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, mərhum X4 payına düşən hissədə İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və Cavabdeh payları 1/5 hissə olmaqla müəyyən edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********71 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən və İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, Cavabdeh və mərhum X4 ümumi birgə mülkiyyətində olan 0,52 ha kənd təsərrüftı təyinatlı torpaq sahəsindən, mərhum X4 payına düşən hissədə İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və Cavabdeh payları 1/5 hissə olmaqla müəyyən edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 və İddiaçı4 verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-1552/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1552/2025
03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver