Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1575/2025 11.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryuifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 və vəkili X25 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdehlər Pərvanə İbrahim qızına və Cavabdeh1, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X13 və X22 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab olunması, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə, cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, JN-0029, KOD 61018018 sayıl torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş 0.53 hektar torpaq sahəsinə-mərhum atası X14 ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2003-cü il tarixdə (müqavilənamə əsasında) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, JN-0028, KOD 61018018 sayıl torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X26 və X11 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.26 hektar torpaq sahəsinə-mərhum atam X14 ilə X26 və X18 aralarında bağlanmış 14 aprel 2003-cü il tarixdə (müqavilənamə əsasında) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat, sənədin notarial qaydada təsdiqi üçün ödənilən 13.60 manat, vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manat və dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Vəliuşağı kəndində yaşayır. Atası X4 rayonu Vəliuşağı kəndində doğulmuş, 15 avqust 2005-ci ildə vəfat etmişdir. X29, X26 və X18 onlarla bir kolxozun sakinləri olmuş, uzaq qohumluq münasibətində olmuşlar. Torpaq islahatı gedərkən bir kolxozun ərazisi olduğu üçün, bölgü bir kolxoz ərazisində getmiş, demək olar ki, kəndlərin torpaqları ardıcılıqla və bir kəndin torpağı digər kəndin yaxınlığına düşmüşdür. O, mərhum X6nun vərəsəsidir. Onun mülkiyyətində olmuş daşınmaz əmlaklar miras əmlakı olaraq, vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaqlardan 0.26 hektar torpaq sahəsi X26, X11 ümumi birgə mülkiyətlərinə verilmiş, bununla bağlı JN-0028, KOD 61018018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməklə, 5023 nömrə ilə kitabda qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaqlardan 0.53 hektar torpaq sahəsi Cavabdeh1 mülkiyətinə verilmiş, bununla bağlı JN-0029, KOD 61018018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməklə, 5024 nömrə ilə kitabda qeydiyyata alınmışdır. 14 aprel 2003-cü il tarixli müqavilədən görünür ki, X26, X11 ümumi birgə mülkiyətlərinə verilmiş 0.26 hektar torpaq sahəsini 660000(altı yüzalmış min) manat pula X1. 14 aprel 2003-cü il tarixli müqavilənamədən görünür ki, Cavabdeh1 mülkiyətinə verilmiş 0.53 hektar torpaq sahəsini ******* (bir milyon üç yüz qırx min) manat pula X2. Mərhum atasından miras qalmış əmlaklara, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı Qeydiyyat nömrələrinə əsasən adıma Çıxarış almışdır. Bir ilə yaxındır ki, Xəlilova (Əmrahova) Rəna İbrahim qızı onu narahat edərək hazırda mübahisə edilən torpaq sahələrinə guya ki, çıxarış almasını bildirib, onun (atasının) pulunu ödəyib həmin vaxt üçün qanuni əsasla əldə etdiyi torpaq sahələrindən məcburi qaydada çıxarılmağı tələb edir. Halbuki, mübahisə edilən torpaq sahəsinin əsas hissəsi onun mülkiyyətində olmuş, torpaq sahəsinə o dövr üçün yüksək məbləğdə pul almışdır. X26 hazırki iş üzrə cavabdeh Xəlilova (Əmrahova) Rəna İbrahim qızının anası, X18 isə dayısıdır. X11 övladı yoxdur. Göründüyü kimi, cavabdehlərlə mərhum atası arasında bağlanmış müqavilələr 14 aprel 2003-cü ildə bağlanmışdır. Həmin müqavilələr Bərdə rayonu Otuzikilər Bələdiyyəsinin möhürü ilə möhürlənmiş, həmin vaxt Bələdiyyə sədri olmuş Məzahir Hacıyev və digər şəxslər tərəfindən imzalanmışdır. JN-0028, KOD 61018018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN-0029, KOD 61018018 sayıltorpağa mülkiyyət hüququna dair dövlət aktının əsilləri 14 aprel 2003-cü il tarixdən onlardadır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək:
1. Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0.5322 ha torpaq sahəsinə aid xx.xx.2024-cü il tarixdə qeydə alınmış, ********** saylı qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi;
2. Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri va Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Bərdə rayonu Otuzikilər kəndində 0.258 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdo qeydə alınmış, ********** saylı qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi;
3. JN-0029, KOD 61018018 saylı torpağa mülkiyyət hüququna dair dovlət aktına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş 0.53 hektar torpaq sahəsinə- mərhum atası X14 ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2003-cü il tarixdə (müqavilənamə əsasında) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi;
4. JN-0028, KOD 61018018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X26 və X11 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.26 hektar torpaq sahəsinəmərhum atası X14 ilə X26 və X18 aralarında bağlanmış 14 aprel 2003-cü il tarixdə (müqavilənamə əsasında) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi;
5. Cavabdehdə vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın, sənədin notarial qaydada təsdiqi üçün ödənilən 13.60 manat, vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 ilə bərabər Cavabdeh2 da cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Otuzikilər kəndində yerləşən Çıxarış əsasında olan 0.5322 və 0.258 ha torpaq sahələrindən cavabdeh X12 çıxarılması, cavabdehdən ödənilmiş 100 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 220 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh X19 məhkəmədə ona qarşı "əqdin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi " tələbinə dair iddia ərizə ilə müraciət etmişdir. X12 iddia tələbi əsassızdır. Belə ki, onun xüsusi mülkiyyətində Bərdə rayon Otuzikilər kəndində yerləşən 0.5322 ha torpaq sahəsi, bacısı Cavabdeh2 isə xüsusi mülkiyyətində Bərdə rayon Otuzikilər kəndində yerləşən 0.258 ha torpaq sahəsi var. Onun istifadəsində olan 0.5322 ha torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarış, Cavabdeh2 isə xüsusi mülkiyyətində olan 0.258 ha torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarış da verilmişdir. Hazırda bacısının torpaq sahəsi də ona məxsusdur. Lakin 05322 ha və 0.258 torpaq sahəsini hazırki iş üzrə cavabdeh X19 qanunsuz yolla zəbt etmişdir və onun istifadə edib, əkin əkib becərməyinə maneçilik törədir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. O, dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahələrini tələb etdikdə isə vermək imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-1575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 mülki iş üzrə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-1575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə X20, X30 və X23 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı bildirdi ki, iddia ərizəsidə qeyd edilənləri təsdiq edir, əlavəsi yoxdur. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı vəkili Vəkil bildirdi ki, iddia ərizəsidə qeyd edilənləri təsdiq edir. Əlavə olaraq bildirdi ki, iş üzrə cavabdehlər iddiaçıya 1 il bundan əvvəl 14000 manat pul verməsini təklif edərək bunun qarşılığında alqı-satqı müqaviləsini təsdiq edəcəklərini bildirmişdirlər. Cavabdehlər torpaq sahəsinə dair çıxarış alıblar. Cavabdehin iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Onların çıxarış aldıqları torpaq aktlarının əsilləri iddiaçıdadır. Yəqin ki, həmin aktlar etibarsız hesab edilib və ona görə də çıxarış alıblar. Məhkəmədən müqavilə bağlanarkən qüvvədə olan normaların tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 bildirdi ki, qarşılıqlı iddia ərizəsini təsdiq edir. Müqavilə bağlanarkən bələdiyyə üzvləri orada olmayıb. Müqaviləni özü imzalayıb. O, müqaviləni torpaq sahəsini icarəyə vermək üçün imzalayıb. Müqavilə 15 ildən çoxdur ki bağlanıb. Ona 20 şirvan (100 000 mnat) vermişdirlər. Şahniyar onun anası, Məhəmməd isə dayısıdır, onlar rəhmətə gediblər. Hazırda torpaqdan Niyaz istifadə edir, torpaqdan çıxmır. Niyaz ona möhlət istəyərək kələmi yığıb çıxacağını demişdir. Lakin ona qarşı məhkəmədə iddia qaldırıb. İlk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 vəkili X38 bildirdi ki, qarşılıqlı iddia tələbini müdafiə edir. İlk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbinə etiraz edir. Şahniyar onun anası, Məhəmməd isə dayısıdır, rəhmətə gediblər. Dayısı rəhmətə gedəndən sonra dayısının vərəsəsi kimi tanınmış və onun adına olan torpaq sahəsinə çıxarış almışdır. Lakin iddiaçı həmin torpaq sahəsini əkib-becərməyə imkan vermir. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X23 bildirdi ki, 2003-cü ildə Otuzikilər Bələdiyyəsinin sədr müavini olub. Tərəflərdən Əvəz, Rəna, Şahniyar və Məhəmməd onun yanında oublar. Onlar torpaq sahəsinin alqı-satqısı barədə razılaşmışdırlar. Onlar onun yanında olublar. O da öz imzası ilə təsdiq etmişdir. Pulun verilməsini görməmişdir. Müqavilənin harada bağlanması yadında qalmayıb. Müqavilə tərtib edilən zaman orada olmayıb, müqaviləni alıcı və satıcı özləri tərtib edib ona gətirmişdirlər. Müqqaviləni onların təsdiq edib-etmədiyini soruşmamışdır. Lakin onarın hər ikisi torpaq sahəsinin alqı-satqı müqaviəsi olduğunu demişdirlər. Müqaviləni onun qaynatası Əkbər Əliyev yazmışdır. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X20 bildirdi ki, o, 2003-cü ildə bələdiyyənin sədri olmuşdur. Cavabdeh onun qohumudur, iddiaçı isə həmkəndlisidir. Həmin müqaviləni onun katibi tərtib etmişdir. Müqavilə onun yanında bağlanıb. Satıcı və alıcı torpağı alqı-satqı etdiklərini demişdirlər. O, müqaviləni imzalamış, möhürlə təsdiq etmişdir. Pulu onun yanında veriblər. Bu müddət ərzində cavabdeh torpaq sahəsinin qaytarılması ilə bağlı müraciət etməmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 188056 nömrəli Çıxarışdan görünür ki, X15 ilə X21 xx.xx.1970-ci il tarixdə nikah balamışdırlar. Nikah bağlandıqdan sonra arvada Tanırverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İ №417177 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.1972-cı il tarixdə anadan olmuşdur. X6, anası X5r. İş materiallarına əlavə olunmuş AZ-İ №36741 nömrəli Ölüm haqqında şəhatənamənin surətindən görünür ki, X14 xx.xx.2005-ci i tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X7 xx.xx.2006-cı i tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0028 KOD 61018018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarına əsasən Bərdə rayonu Otuzikilər kənd sakinləri X17 və X11 mülkiyyətinə 0.26 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0029 KOD 61018018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarına əsasən Bərdə rayonu Otuzikilər kənd sakini Cavabdeh1 mülkiyyətinə 0.53 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Otuzikilər Bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2003-cü il tarixli Müqavilənamədən görünür ki, X26 və X18 0028 saylı Dövlət Aktına əsasən onlara verilmiş 0.26 ha (26 sot) torpaq sahəsini X10 660000 (altı yüz altmış min) manata satmışdırlar. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Otuzikilər Bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2003-cü il tarixli Müqavilənamədən görünür ki, Cavabdeh1 029 saylı Dövlət Aktına əsasən ona verilmiş 0.53 ha torpaq sahəsini X10 ******* (bir milyon üç yüz qırx min) manata satmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Konsensu Vəkil Bürosunun hesabına 300 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bərdə Otuziklər kəndində yerləşən 0.5322 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyət hüququ üzrə tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bərdə Otuziklər kəndində yerləşən 0.258 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən qarşılıqlı iddia üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən Bərdə Vəkil Bürosunun hesabına 220 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahələri barəsində iddiaçının atası və Cavabdeh1 və cavabdehlərin mərhum anaları və dayıları arasında 14 aprel 2003-cü il tarixində alğı-satqı müqavilələri bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair dövlət aktının əsli də iddiaçının atası Əvəz Tanrıverdiyevə təhvil verilmişdir. Son bir ilədək tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, X26 və X18 vəfat etmiş və hazırda həmin mübahisəli 0.258 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il qeydiyat tarixli,********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarışla iş üzrə Cavabdeh2 adına, 0.5322 ha torpaq sahəsi isə xx.xx.2024-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışla Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1151.1ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və X24 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X31rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Bu baxımdan, alğı-satqı müqaviləsi əsasında X9 uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə X9 miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi İddiaçı keçmişdir. Məhkəmə qeyd edir ki, ilk iddia tələbi çıxarışların ləğv edilməsi və X14 ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2003-cü il tarixdə (müqavilənamə əsasında) alqı-satqı müqaviləsinin və X14 ilə X26 və X18 aralarında bağlanmış 14 aprel 2003-cü il tarixdə (müqavilənamə əsasında) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələblərindən, qarşılıqlı iddia tələbi isə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin torpaq sahələrindən çıxarılması tələbindən ibarətdir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi X3 ilə Cavabdeh1 arasında 14 aprel 2003-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və X3 ilə X26 və X18 aralarında 14 aprel 2003cü il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi hissəsində təmin olunmalıdır. Belə ki, məhkəmə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə münasibətdə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-nin 335-336-cı maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, MM-nin 335-ci maaəsinə əsasən (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılmışdır). əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırda cavabdehlərin iddiaçını torpaq sahəsindən çıxarmağa çalışmaqla bağlı hərəkətləri hüquqdan sui-istifadəyə yönəlmişdir. Halbuki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, hazırda qanunvericilikdə nəzərdə tutulmuş formada alqı-satqı müqaviləsi bağlanmış olmasa da, həyata keçirilmiş hərəkətlər belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında torpaq sahələrinin alqı-satqına dair sadə yazılı formada əqd bağlanmışdır. Yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Buna görə də mübahisəli alqı-satqı müqavilələri bağlanmış hesab olunmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli alqı-satqı müqavilələri bağlanmış hesab olunduğundan Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0.5322 ha torpaq sahəsinə aid xx.xx.2024-cü il tarixdə qeydə alınmış, ********** saylı qeydiyyat nömrəli Çıxarış və Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri va Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Bərdə rayonu Otuzikilər kəndində 0.258 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə qeydə alınmış, ********** saylı qeydiyyat nömrəli Çıxarışlar artıq öz özlüyündə etibarsız olduğundan ləğv edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı idia tələbi rədd olunmalıdır. Belə ki, ilk iddia tələbinə hüquqi qiymət verməklə artıq qarşılıqlı iddia tələbinə də hüquqi qiymət verilmiş hesab olunur. Belə ki, qarşılıqlı iddia tələbi ilə ilk iddia tələbi eyni mübahisəli torpaq sahəsinə aiddir. Məhkəmə bununla yanaşı həmçinin qeyd edir ki, Cavabdeh1 Bərdə rayon Otuzikilər kəndində yerləşən 0.258 ha torpaq sahələrindən cavabdeh X12 çıxarılmasını tələb etsə də, onun ümumiyyətlə həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarışın surətindən görünür Cavabdeh2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X24 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə ədasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-ci maddəsinə ədasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı sənədin notarial qaydada təsdiqi üçün ödənilən 13.60 manat və vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manatın cavabdehdən alınaraq ona ödənilməsini tələb etsə də, məhkəməyə həmin ödənişlərə dair qəbz təqdim etməmişdir. Odur ki, həmin hissədə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi tələbi təmin edilmədiyindən Cavabdeh1 tərəfindən çəkilmiş məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu və vəkilə etdiyi kömək üçün ödənilən xərc) özünə aid ediləməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdehlər Pərvanə İbrahim qızına və Cavabdeh1, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X13 və X22 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab olunması, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarış ləğv edisin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2025-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarış ləğv edisin. X3 ilə Cavabdeh1 arasında 14 aprel 2003-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab olunsun X3 ilə X26 və X18 aralarında 14 aprel 2003-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab olunsun. Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “torpaqdan çıxarılma” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən çəkilmiş məhkəmə xərcləri özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fərman Abdullayev