Məhkəmə qərarları › İş №e-2(021)-1597/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1597/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1597/2022 15.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ferrum Kapital QSC-nin Cavabdeh oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ferrum Kapital QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 270 manat əsas borcun, 40.5 manat cərimə borcunun, 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Ferrum Kapital QSC-nin Cavabdeh oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr “ tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, elektron qaydada verilən iddia ərizəsi Bərdə rayon Məhkəməsinə müəyyən olunmuş qaydada cədvəl doldurulmaqla daxil olmuşdur. Lakin elektron qaydada cədvəl formasında tərtib olunmuş iddia ərizəsində imza olmadığına, həmçinin elektron sistem vasitəsi ilə Bərdə rayon Məhkəməsinə imzalanmış iddia ərizəsi daxil olunmadığına görə məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı Ferrum Kapital QSC -nin Cavabdeh oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr “ tələbinə dair iddia ərizəsi qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı Ferrum Kapital QSC -nin Cavabdeh oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar