Məhkəmə qərarları › İş №e-2(021)-1699/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1699/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1699/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X19, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Maraqlı şəxs1, Bərdə Asan Xidmət Mərkəzinə, Cavabdeh3, X20, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin evə dair cavabdehlərin adına verilmiş çıxarışların ləğv edilməsi, həmçinin alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsinin əsasında aparılmış qeyydiyyatların etibrasız hesab edilməsinə və həmin fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək, ünvan 1ind tikilən 78 sot torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evlərinə dair cavabdehlər Cavabdeh3, Cavabdeh1 və mərhum analığı X30 fərdi yaşayış evinə dair əldə etdikləri 28 fevral 2020-ci il tarixli 2V-270 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhdaətnamənin, həmin şəhdaətnamə əsasında cavabdehlərin mərhum anaları X30 xeyrinə etdikləri bağışlamanı təsdiq edən 13 may 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında cavabdehlərin anası mərhum X30 adına verilmiş ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xiddmətindən verilmiş 13 may 2020-ci il tarixli, **********7 qeydiyyat nömrəsi olan, **********26- 10301 reyestr nömrəli, ünvan 1ində yerləşən ümumi sahəsi 125.4 kv.m torpaq sahəsi 0.70 ha olan evə dair verilmiş Çıxarışın və həmin çıxarış əsasında mərhum X2 ilə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair 11 iyun 2020-ci il tarixli AN-İN ******* müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, atası mərhum X1 rayonu Məşədiibişli kəndində 1972–ci il tarixdə fərdi yaşayış evi tikdirmişdir. X3 13 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Doğma anası X27 isə 27 iyul 1980-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra mərhum atası cavabdeh X46 ilə rəsmi şəkildə ailə qurmuşdur. Analığının ölümünə dair xəbəri isə məhkəməyə analığına qarşı iddia verkərkən məhkəmə tərəfindən araşdırma nəticəsində məlum olmuşdur. Həmin məhkəmə gedişində məhkəmə tərəfindən əldə edilən sənədlərdən həm də bu ona məlum oldu ki, analığının qızları və analığı Maya atasının mirasını onu və doğma bacılarını nəzərə almadan hüquqi əsası olmayan, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə ediblər. Bu şəhadətnamə analağına və ögey bacılarına X57 xidmət mərkəzinin notariatı tərəfindən 28 fevral 2020-ci il tarixdə verilibdir. Bu şəhadətnaməni aldıqdan sonra isə cavabdehlər öz paylarından 13 may 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə anaları mərhum analağı Mayaya bağışlayıblar. Bu barədə məhkəmə gedişində əldə olunmuş sənədlər əsasında məlumatlı olub. Atasının evində analığı və onunla birgə nikahda olmuş, lakin 29 noyabr 2012-ci ildə Bərdə Rayon Məhkəməsinin Qətnaməsi ilə rəsmi boşandığı, birgə nikahdan 3 övladları olan sabiq həyat yoldaşı cavabdehin bacısı X28 ilə qalıblar. O, həm evə uşaqlarına görə gedib gəlməyib ki, ata evidir orda rahat olsunlar. X9 ilə birgə nikahlarından 3 qız övladları dünyaya gəlmişdir. Həmin qız övladlarından 18 fevral 1983-cü il təvəllüdlü X21 və xx xxxxxx 1986-cı il təvəllüdlü X22 haqqında doğum qeydinə dair arayış əldə etməsi mümkün olmuşdur. Mərhum analığı Maya 2020-ci il 5 dekabr tarixdə vəfat etmişdir, o, bu alqı satqıdan yalnız DƏDRX-nin 01 sentyabr 2021-ci il tarixli məktubundan sonra xəbərdar olub. Baxmayaraq ki, həmin fərdi ev onun ata evidir, ondan başqa 3 doğma bacısı var ana bir ata bir, nəyinki o, hətta bacıları da ev satılarkən dəvət edilərək razılıqları alınmayıbdır. X57 xidmətin Dövlət notariat ofisinin ona verdiyi 04 aprel 2022-ci il tarixli 648/2022 saylı məktubda ona vərəsəlik hüququna dair şəhadətnamə verməkdən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Maraqlı şəxs1, Bərdə Asan Xidmət Mərkəzinə, Cavabdeh3, X20, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələr məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə hazırlıq iclasına dəvət edilib dindirilmiş Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir Qənbərov izahatında göstərmişdir ki, X11 vəfat edənə kimi ünvan 1ində yaşayıb, vəfatından sonra təsərrüfatında onunla birgə qeydiyyatda olan ailə üzvləri arvadı X46, qızı X14, qızı X22, qızı X21, başqa təsərrüfatında isə qızı X23, qızı X15, oğlu İddiaçı qalmışdır, oğlu İddiaçı ayrı təsərrüfat olmuşdur. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakı Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X30 mülkiyyətinə ünvan 1ində 0.70 ha torpaq sahəsi və üzərinə 125.4 kv.m ümumi sahəsi olan daşınmaz əmlak qeydiyyata alınmışdır. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 13 yanvar 2014-cü il tarixdə ölmüş X5 vərəsələri X46, Cavabdeh3, Cavabdeh1dır. Miras əmlak X5 ünvan 1ində 125.4 kv.m dən ibarət fərdi yaşayış evindən və 0.70 ha torpaq sahəsindən ibarətdir. İş materialların əlavə olunmuş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 və Cavabdeh1 ünvan 1i ünvaında yerləşən ümumi sahəsi 125.4 kv/m, yaşayış sahəsi 61.2 kv/m, yardımçı sahəsi 61.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəni X33 bağışlamışlar. İş materiallarına əlavə olunmuş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1974-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatda olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 639423 nömrəli ölüm haqqında şəhadtənamənin surətindən müəyyən olunur ki, X12 13 yanvar 2014-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş İİ-JQ 401051 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X46 10 noyabr 1980-ci ildə 20 saylı nikah qeydi ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş X-JQ 488875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx xxx 1985-ci ildə doğulmuşdur, X3, anası X34r. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 ilə X14 10 yanvar 2016-cı ildə 01 nömrəli nikah qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 634656 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 xx xxxxxx 1986-cı ildə doğulmuşdur, X3, anası X34r. İş materiallarında olan AZ-İ 657244 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X40 ilə X22 27 mart 2011-ci ildə 206 nömrə ilə qeydiyyata aldırmaqla evlənmişlər. Nikahdan sonra arvada Əvəzzada soyadı verilmişdir. İş materiallarında olan Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 366 nömrəli, 03 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır, X3na və ailə üzvülərinə məxsus olan ev 1972-ci ildə tikilmişdir. İş materiallarında olan AZ-İ 322481 nömrəli arayışdan müəyyən olunur ki, X29 xx xxxxxx 1974-cü ildə doğulmuş, X3, anası X17r. İş materiallarında olan AZ-İ 294049 nömrəli arayışdan müəyyən olunur ki, X15 16 may 1977-ci ildə doğulmuşdur, X3, anası X17r. İş materiallarında olan AZ-İ 270136 nömrəli arayışdan müəyyən olunur ki, X27 27 iyul 1980-ci ildə ölmüşdür. İş materiallarında olan ASZ-İ 296892 nömrəli arayışdan müüəyyən olunur ki, X21 18 fevral 1983-cü ildə doğulmuşdur, atası X11, anası, X34r. İş materiallarında olan Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 342 nömrəli, 15 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X11 vəfat edənə kimi Bərdə rayonunun Məşədiibişli kəndində yaşayıb, vəfatından sonra təsərrüfatında oununla birgə qeydiyyatda ola ailə üzvüləri arvadı X46, qızı X14, qızı X22, qızı X21 qalmışdır, mərhum X6 başqa təsərrüfatda olan övladları X23, qızı X15, oğlu İddiaçı qalmışdır. İş materiallarına əlavə olunmuş AN-İ-0862976 nömrəli, 11 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X13 rayonu, Məşədiibişli kəndi ünvanında yerləşən ümumi sahəsi 125.4 kv/m, yaşayış sahəsi 61.2 kv/m, yardımçı sahəsi 61.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və 0.7 ha torpaq sahəsini Maraqlı şəxs1 satmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 211 nömrəli, 04 iyun 2020-ci il tarfixli arayışdan müəyyən olunur ki, X30 ünvan 1ində özünə məxsus 125.4 k/v sahəsi olan fərdi yaşayış evi var, evində qeydiyyatda özündən başqa heç kim yoxdur. İş materiallarına əlavə olunmuş 09 iyun 2020-ci il tarixli, 905-05/69 nömrəli arayışdan müəyyən olunur ki, 13 yanvar 2014-cü ildən 09 iyun 2020-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən X30 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş AZE 04315512 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X46 02 iyul 1953-cü ildə Bərdə rayonu, Mollaisalar kəndində doğulmuş, Bərdə rayonu, Məşəddiibişli kəndində qeydiyyatda olmuşdur. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3121 saylı, 09 iyun 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X30 mülkiyyətinə ünvan 1ində fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş ərizənin surətindən müəyyən olunur ki, Babayeva Vəli qızının ünvan 1ində mülkiyyətində olan 0.70 ha torpaq sahəsini və fərdi yaşayış evini 30000 manata aldığını və məbləğin depozit hesaba qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan X57 Xidmət Mərkəzi tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-yə ünvanladığı məktubda bankın depozitində olan 30000 manat pulun X33 verilməsi üçün hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 104 nömrəli, 27 fevral 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X12 vəfat edənə kimi ünvan 1ində yaşamışdır, vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan ailə üzvüləri arvadı X46, qızı X14, qızı X22 qalmışdır. İş materiallarında olan X57 Xidmət Mərkəzində notariat kontoru tərəfindən verilmiş 648/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət etməsi bildirilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Beləliklə, məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır. Çünki X7 Bəylər Mehdiqulu oğlu 2014-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edərək, idarə etmişdir. Lakin iddiaçı atası öldükdən sonra vərəsə kimi müraciət etməmiş, atasından qalmış miras əmlakı, eləcə də onun heç bir hissəsini faktiki qəbul etməmişdir. Lakin buna baxmayaraq 8 ildən sonra vərəsə kimi tanınması ilə bağlı müraciət etmiş və müddətin bu qədər ötürülməsinin üzürlü hesab edilməsinə dair heç bir dəlil və sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı özü məhkəmə iclas zalında atasının 2014-cü ildə vəfat etməsini və bundan xəbəri olmasını təsdiq etmişdir. Belə olduğu təqdirdə iddiaçı iddia tələbində iddianın dəlillərini və əsaslarını sübut edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə iddia tələbinin miras əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməmidir. Belə ki, 11 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X13 rayonu, Məşədiibişli kəndi ünvanında yerləşən ümumi sahəsi 125.4 kv/m, yaşayış sahəsi 61.2 kv/m, yardımçı sahəsi 61.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və 0.7 ha torpaq sahəsini Maraqlı şəxs1 satmışdır. Belə olduğu təqdirdə Maraqlı şəxs1 vicdanlı alıcı kimi çıxış edir. Alqı-satqı müqaviləsinin etibarsızlığı vicdanlı alıcının hüquq və mənafelərinin pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər X46, Cavabdeh3 və Cavabdeh1 X4 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 125.4 kv/m, yaşayış sahəsi 61.2 kv/m, yardımçı sahəsi 61.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və 0.7 ha torpaq sahəsini miras əmlak kimi faktiki qəbul edərək həmin əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Daha sonra həmin əmlak mülkiyyətçi X46 tərəfindən özgəninkiləşdirilmişdir. Hazırki iş üzrə iddiaçı vərəsə kimi tanınma ilə bağlı müraciət etməmiş, eləcə də miras əmlakı faktiki qəbul etməmişdir. Bununla da miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmin müddətin ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı sübutlarını və dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki mübahisə üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Maraqlı şəxs1, Bərdə Asan Xidmət Mərkəzinə, Cavabdeh3, X20, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin evə dair cavabdehlərin adına verilmiş çıxarışların ləğv edilməsi, həmçinin alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsinin əsasında aparılmış qeyydiyyatların etibrasız hesab edilməsinə və həmin fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar