Məhkəmə qərarları › İş №e-2(021)-1727/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1727/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1727/2022 28.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr- Alqı-satqı müqaviləsi üzrə mübahisələr “ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ultratek MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 186 manat əsas borc, 19 manat dəbbə pulu, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı MPM-nin 150-ci maddəsinin tələblərinə əməl etmədən yalnız iddia ərizəsini göndərməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr- Alqı-satqı müqaviləsi üzrə mübahisələr “ tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150,151,152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr- Alqı-satqı müqaviləsi üzrə mübahisələr “ tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Ultratek MMC-yə göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar