Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1727/2025 13.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 29 noyabr 2023-cü il tarixli RAF001436 saylı nisyə alqı-satqı müqaviləsinə üzrə 146.5 manat əsas borc, 9.52 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasında Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi orqanında vergi uçotuna alındığı və fəaliyyətinin “aktiv” olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin əsas fəaliyyət istiqaməti “şəxsi maşınların sürücü ilə icarəsi”dir. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən müqavilə və həmin müqavilənin 1 nömrəli əlavəsindən görünür ki, müqavilənin predmeti 215/60/16 Sunvide markalı təkərdir. Göründüyü kimi hər iki tərəf sahibkarlıq fəaliyyəti subyektidir, yaranan mübahisənin xarakteri isə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 152.1.3–cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından İddiaçı QSC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ƏR A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın (qəbz №- **********, büdcə təsnifatının kodu 142211). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №e-2(021)-1727/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1727/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver