Məhkəmə qərarları › İş №e-2(021)-1735/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1735/2025

02.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1735/2025 02.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sadəlkəşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 417 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2025-ci il tarixli ******* saylı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2024-cü il tarixə 417 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025ci il tarixli ******* saylıalqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsiarasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. Əgər göstərilən müddət ərzində məişət abonenti tərəfindən elektrik enrjisinin dəyəri ödənilməzsə həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadə mübahisəliməsələlər yatardıqda,enerji təchizatımüəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Əlavə olaraq bildiririk ki, hər ilabonentlə enerji təchizatımüəssisəsiarasında birtiplialqı-satqımüqaviləsi bağlanaraq yenilənir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin Proqram bazasında **********00007 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla yaşadığıevdə elektrik enerjisindən Paud MP-106 tipli №**********3 zavod nömrəlielektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə Bərdə EŞ-nin əməkdaşları N.Muxtarov, N.Nərimanlı və S.Bayramov tərəfindən Bərdə rayonunun, Xanərəb kəndində yaşayan istehlakçılar tərəfindən elektrik enerjisindən istifadə qaydalarının riayət edilməsi vəziyyəti yoxlanılarkən Cavabdeh da yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı cavbdeh tərəfindən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə edilməsi faktıaşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar “EEİQ”nın 8.17-1-ci bəndinin tələblərinə əsasən Akt R №373302 saylıakt tərtib edilmişdir. Aktın tərtibatında Cavabdeh iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə əməkdaşlar tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. Cavabdeh barəsində tərtib edilmiş akta əsasən “MərkəziAran” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən sutkanın 24 saatı nəzrə alınmaqla 45 gün müddətinə hesablama aparılaraq elektrik enerjisindən qanunsuz istifadə nəticəsində dəyəri 617,76 manat təşkiledən 4914 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Azərbaycan Respublikasının “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh barəsində toplanmış materiallar AR-nın İXM-nin 282-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılıb tədbir görülməsi üçün X1 Agentliyinin Mingəçevir filialına göndərilmişdir. X1 Agentliyinin Mingəçevir filialının əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatına yerində baxış keçirilərək barəsində İnzibati xəta haqqında MN №0359283 saylı Protokol tərtib edilmişdir. Protokolda cavabdeh tərəfindən enerji pozuntusuna yol verilməsi faktı öz təsdiqini tapmışdır. Protokol əməkdaşlar və Cavabdeh tərəfindən imzalanmışdır. X1 Agentliyinin Mingəçevir filialının rəisi X2 xx.xx.2025-ci il tarixli MN №1277307 saylı qərarı ilə Cavabdeh yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə barəsində AR-nın İXMnin 282.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh Bərdə EŞ-nin nəzarətçi mühəndisi tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyəri və ödənilməli olan qalıq borc məbləği göstərilən bildiriş-xəbərdarlıq təqdim edilməsinə baxmayaraq borclu olduğu 497 manat məbləğini ödəməmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 6 mart 2025-ci il tarixli ******* saylı Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektriki enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmışdır. xx.xx.2025-ci il tarixli, 73251234 №-li mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında saldodan görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1493,02 manat məbləğində ödəniş olunmuşdur. 5 dekabr 2024-cü il tarixli AKTR 373302 nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman abonent tərəfindən 0.4 kv-luq kabel xəttinə bir başa qoşulma edilib, elektirik enerjisindn sayğacdan kənar istifadə etməsi aktlaşdırılmışdır. 3 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Bərdə rayonu Xanərəb kəndində fərdi yaşayış evində elektrik sayğacından kənar elektrik xətt vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla elektrik enerjisini talanması nəticəsində 617.76 manat ziyan vurmuşdur. Qeyd edilən protokolla 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd CD diskdə olan video görüntüyə baxış keçirilmiş cavabdehin və "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə elektrik sayğacından kənar elektrik xətt vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma faktı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı qərarının 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məçəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci hissəsinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göründüyü kimi cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə müəyyən edilmiş ödənişləri vaxtında həyata keçirmədiyi üçün, iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 417 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 417 (dörd yüz on yeddi) manat məbləğində borc pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar