Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-179/2025 16.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bunyat oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh maraqlı şəxslər Maraqlı şəxs2 və X16 qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6nın ümumi birgə mülkiyyətdə olan ünvan 1-də yerləşən fərdi yaşayış evi, həmin evin üzərində yerləşdiyi 0,3 ha torpaq sahəsi üzrə Almas Talıbovanın vərəsəsi kimi tanınmağı və əmlak üzərində payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1-də yerləşən fərdi yaşayış evi vardır. Həmin ev onun və X3 ümumi birgə mülkiyyətindədir. Evin özü 03 ha torpaq sahəsi (həyətyanı) üzərində yerləşir, ümumi sahəsi 142 kv.metrdir. Dövlət reyesterindən xx.xx.2010-cı il qeydiyyat tarixli seriya RX ********** nömrəli Çıxarış da vardır. Onlar ailədə 3 övlad olmuşlar. Bacıları Maraqlı şəxs2 və X10r. X25 1978-ci ildə vəfat etmişdir. Anası X5 şəhəri, Səməd Vurğun küçəsi ev 22-də yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X2 ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi (həyətyanı) üzərində yerləşən ümumi sahəsi 142 kv.metr olan fərdi yaşayış evinin ona məxsus hissəsi miras olaraq qalmışdır. X4 vəfat etdiyi gündən onun yuxarıda göstərilən daşınmaz əmlak olan miraslarını faktiki olaraq o qəbul etmiş, həmin əmlakları idarə etməklə evə sahiblik etmiş, indi də evi idarə və sahiblik edir. Bacıları isə ailə qurandan sonra ər evlərinə köçərək daimi orada yaşamışlar. X3 yuxarıda göstərilən daşınmaz əmlak miraslarını faktiki olaraq onun tərəfindən qəbul edilməsinə, idarə və sahiblik edilməsinə baxmayaraq cavabdeh bacısı X13 onunla ədavət aparmağa başlamışdır. Halbuki, o, həmin miras əmlaka vərəsəlik hüququnu itirmişdir. Belə ki, o, heç bir mirası faktiki olaraq qəbul etməmiş, nə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Bundan başqa cavabdeh Bakı şəhərində özünə məxsus evində yaşayır, mərhum anasından miras qalmış yuxarıda döstərilən daşınmaz əmlakların qayğısına qalmaq, onları qorumaq, məhv olmağa qoymamaq və s. onları qətiyyən maraqlandırmamışdır. O, mərhum X6ndan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bərdə rayon ASAN Xidmət Mərkəzinin Notariat ofisinə müraciət etmiş, lakin ASAN Xidmət Mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli 1129 nömrəli məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə dəqiqləşmə verərək, ünvan 1-də yerləşən fərdi yaşayış evinin İddiaçı, Cavabdeh və Maraqlı şəxs2 vərəsəsi kimi tanınmaları və paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bunyat oğlu Cavabdeh da pay hüququnun olduğunu və onun da vərəsə kimi tanınaraq payının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs2 və X19 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X11 vərəsələri İddiaçı və X12r. Şəhadətnamə verilən miras əmlak ƏMDK DƏDRX-nin Bərdə rayonu Ərazi İdarəsinin 61 nömrəli müqavilə və digər əsaslar ürzə vəfat etmiş şəxsə məxsus olmuş Bərdə rayon Səməd Vurğun küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya MA №0093919 nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı və X9 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №917313 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı, X13 və X14 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN-Xidmət" mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1947-ci il tarixdə Bərdə rayonunda anadan olmuş və xx.xx.2018-ci il tarixində Bərdə rayon vəfat etmiş (Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 60 saylı xx.xx.2018-ci il tarixində ölüm akt qeydi qeydə alınmışdır) X9 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:
1. Əri: Talıbov Məmməd (Mamed) Şəmil oğlu (X.X.1940-cı ildə vəfat edib)
2. Oğlu: İddiaçı (xx.xx.1974-cü il)
3. Qızı: Maraqlı şəxs2 (xx.xx.1972-ci il)
4. Qızı: X13 (xx.xx.1975-ci il) İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 doğumu, valideynlərinin kimliyi və doğma və ögey qardaş və bacılarının olub olmaması nikahı barədə Bərdə Şəhər İƏD üzrə Nümayəndəliyində heç bir məlumat yoxdur. X3 ümumi birgə mülkiyyətində ünvan 5 ünvanda hal hazırda X17 yaşayır və sahiblik edir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il taixli ərizəsində qeyd etmişdir ki, Bərdə rayon Səməd Vurğun küçəsi ünvanında qeydiyyatda olmuş X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra miras qalmış bütün əsaslarla (qanun, vəsiyyətnamə, irsi transsmissiya, təmsiçilik, məcburi pay üzrə) əmlakın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq nə faktiki, nə də ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir. Buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi notarius tərəfindən ona izah edilmişdir. . İş materiallarına əlavə olunmuş İddiaçı notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il taixli ərizəsində qeyd etmişdir ki, 11 mart 2018-ci ildə onun ünvan 4 ünvanında qeydiyyatda olan X6 ölmüşdür. Mirasın tərkibi: ümumibirgə mülkiyyət hüququ üzrə ona məxsus olan və ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən və 0.03 ha torpaq sahəsindən ibarətdir. Ondan irs qalmış mirası qəbul etmiş və faktiki olaraq idarə edir. Ondan başqa vərəsə kimi tanınmaq istəyən, həmin ünvanda yalnız qeydiyyatda olan, ailə qurduqdan sonra yaşayış yerini dəyişərək başqa ünvanda yaşayan bacısı X13 vardır. O, anasından sonra qalmış miras əmlaka dair bacısı X8 onunla bərabər payda vərəsəlik hüququ haqqında şəhadətnamə almasını istəmir. Mirasın tərkibinə daxil olan bu evdə özü yaşayır, özü idarə edir və onun bütün vergi və kommunallarını özü ödəyir. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizə ilə Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisinə müraciət edərək 11 mart 2018-ci il tarixdə vəfat etmiş X6nın vəfatından sonra qalmış miras əmlakın bölüşdürülməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə əlaqədar digər vərəsə ilə aralarında ixtilaf olduğunu bildirmişdir, cavab olaraq miras əmlakın bölüşdürülməsi üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı, Cavabdeh və Maraqlı şəxs2 X3 övladları olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsələridir. Təqdim edilmiş iş materiallarından məhkəməyə məlum olur ki, mərhumə X9 İddiaçı ilə ümumi birgə mülkiyyətində ünvan 1-də yerləşən fərdi yaşayış evi və torpaq sahəsi qalmışdır, iddiaçı isə anasının vəfatından sonra miras əmlak kimi qəbul etmiş, istifadəsində və idarəçiliyində saxlamış və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək ünvan 7 ünvanında 0,03 ha yaşayış məntəqəsi torpağında mərhumə X7 miras qalmış ümumi birgə payı və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 142 kv.m. olan fərdi yaşayış evi vərəsələr arasında bölünərək vərəsəlik payları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, vərəsələrin miras payları aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m. olan fərdi yaşayış evində İddiaçı 4\6 hissədə, Cavabdeh və Maraqlı şəxs2 isə hər birinin 1\4 hissədə miras (vərəsəlik) payları tanınmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlərdən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi təmin edilsin. Bərdə şəhəri, Səməd Vurğun küçəsi, ev 22 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqəsi torpağı və həmin torpaq sahəsində yerləşən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 142 kv/m xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi vərəsələr arasında bölünərək həmin əmlaklara İddiaçı 4/6 hissədə miras (vərəsəlik) payları, X15 və Maraqlı şəxs2 hər birinin isə 1/4 hissədə miras (vərəsəlik) payları tanınsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fərman Abdullayev