Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1829/2025 02.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dаir mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PVN009000 saylı, 09 yanvar 2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 239.75 manat əsas borc, 35.96 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pover on MMC ilə Cavabdeh arasında bağlanmış PVN009000 saylı, 09 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 290 manat olan malı, müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməyərək borcunu ödəməyərək Nisyə Alqı-satqı müqaviləsinin tələblərini kobud surətdə pozmuşdur. Pover on MMC ilə İddiaçı QSC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs Pover on MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin bu günə qədər 239.75 manat əsas borcu, 35.96 manat cərimə borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlаvə edilmiş PVN009000 saylı, 09 yanvar 2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsindən görünür ki, Pover on MMC ilə fiziki şəxs Cavabdeh arasında müqavilə bağlanmışdır. "xxxx" QSC ilə Pover on MMC arasında imzalanan xx.xx.2023-cü il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2024-cü il tarixli Sazişə əsasən fiziki şəxs Pover on MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 yanvar 2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 239.75 manat əsas borc, 35.96 manat cərimə borcu yaranmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Pover on MMC ilə Cavabdeh arasında bağlanmış PVN009000 saylı, 09 yanvar 2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 290 manat olan malı, müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay 25 manat ödənişi 12 ay müddətinə ödəmək şərti ilə satılmış, lakin Cavabdeh öhdəliklərini yerinə yetirməyərək borcunu ödəməyərək nisyə alqısatqı müqaviləsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə İddiaçı QSC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq PVN009000 saylı müqavilə üzrə 3.50 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 yanvar 2024 cü il tarixli PVN009000 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 239.75 manat əsas borc, 3.50 manat cərimə borcu olmaqla, cəmi 243.25 (iki yüz qırx üç manat 25 qəpik) manat və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2251-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 2251-1-2251-6, 307 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 09 yanvar 2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 239.75 manat əsas borc, 3.50 manat cərimə borcu olmaqla, cəmi 243.25 (iki yüz qırx üç manat 25 qəpik) manat borc tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin.
3. Cavabdeh iş üzrə ödənilmiş 30 manat və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin.
4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev