Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1854/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nəcəfova Xəyalə Süleyman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tələbim üzrə mənə borclu olan Cavabdeh mənə borclu olduğu 3540 (üç min beş yüz qırx) manat pul borcunun, mənə göstərilən hüquqi xidmətlərə görə ödəmiş olduğum 150 (bir yüz əlli) manat hüquqi xidmət pulunu, göstərilən poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlamaq üçün ödəmiş olduğum 30 (otuz) manat telefon danışıq xərclərinin, ümumilikdə 3720 (üç min yeddi yüz iyirmi) manat borcun və ödəmiş olduğum 59 (əlli doqquz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh aralarında şahid X1 şahidliyi ilə tərtib edib, imzalarla təsdiq etdikləri 02 iyun 2023-cü il tarixli akta əsasən ümumi dəyəri 3540 (üç min beş yüz qırx) manat olan 5 adda qızıl-zinət əşyaları və məişət texnikaları avadanhqları satmışdır. Aralarında tərtib edib imzalarıla təsdiq etdikləri 02 iyun 2023-cü il tarixli akta əsasən cavabdeh məndən aşağıda adlarını qeyd etdiyi 5 adda avadanlıqları təhvil götürmüşdür. 1.Televizor “Şivaki 108” 1 ədəd- 1200 manat dəyərində
2. Mikrovalnovka soba 1 ədəd - 300 manat dəyərində, 3. Ütü 1 ədəd-90 manat dəyərində,
4. Qızıl sırğa (585 əyyar) 6.5 qram x 130 = 845 manat dəyərində 5. Qızıl boyunbağı (585 əyyar) 8.5 qram x 130 = 1105 manat dəyərində Ümumi məbləğ: 3540 manat Ümumi dəyəri 3540 (üç min beş yüz qırx) manat dəyərində olan 5 adda qızıl-zinəy əşyalarını və məişət texnikası avadanhqlarnı ondan təhvil götürərkən xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh yazıb öhdəlik götürmüşdür ki, ondan götürmüş olduğu malların pullarını 18 (on səkkiz) ay müddətində ona hissə-hissə olmaqla ödəyəcəkdir. Lakin cavabdeh aralarında olan razılaşmanı pozaraq bu günə kimi borcunu ödəməkdən bilərəkdən yayınır, ödəmək istəmir. Dəfələrlə cavabdehi borcunu ödəməsi barədə xəbərdarlıq etsə də, poçt vasitəsi ilə yaşadığı ünvana xəbərdarlıq məktubu göndərsə də cavabdeh müxtəlif bəhanələr gətirib borcunu ödəməkdən yayınmış, xəbərdarlıq məktubuna cavab verməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə teleqram göndərərək məhkəməyə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Cəlilabad rayonu Allar kəndində anadan olmuş Bakı şəhəri Səbail rayonu Ö.F.Nemətzadə küçəsi 33 mənzil 290-da qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 15309962 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-cı ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Mülki iş materiallarına əlavə edilmiş 02 iyun 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh X2 3540 manat dəyərində məişət əşyaları və qızıl-zinət əşyalarını 18 ay müddətinə, hissə-hissə ödəmək şərti ilə götürmüş, Cavabdeh 3540 manat olan məbləği ödəməyi öz öhdəsinə götürmüş, tərəflər arasında yarana biləcək mübahisəli məsələ məhkəmə müstəvisində həll oluna bilər. Təhvil verilən məişət və qızıl-zinət əşyalarının siyahısı Televizor “Şivaki 108” 1 ədəd- 1200 AZN 2. Mikrovalnovka soba 1 ədəd - 300 AZN
3. Ütü 1 ədəd-90 AZN 4. Qızıl sırğa (585 əyyar) 6.5 qram x 130 = 845 AZN 5. Qızıl boyunbağı (585 əyyar) 8.5 qram x 130 = 1105 AZN Ümumi məbləğ: 3540 manat ibarətdir. Mülki iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən İddiaçı borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş matariallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı oğlu məhkəmədə iddia qaldırmaq üçün 59.00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun arvadıdır. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilədə şahid qismində iştirak etmişdir. Müqavilənin şərtləri cavabdehə oxundu, cavabdeh özü də həmin şərtlərlə tanış oldu. Mallar cavabdehə onun yanında Bakı şəhərində Əhmədli qəsəbəsində təhvil verildi. Malların təhvil təsliminə sürücü ilə birlikdə getmiş, lakin sürücü təhvil-təslimdə iştirak etməmişdir. Qızıllar arvadı İddiaçı məxsus olmuş, məişət avadanlıqları isə Sədərək Ticarət şəbəkəsindən alınaraq cavabdehə satılmışdır.
Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materialları müəyyən etmişdir ki, İddiaçı 02 iyun 2023-cü il tarixli akta əsasən ümumi dəyəri 3540 (üç min beş yüz qırx) manat olan 5 adda qızıl-zinət əşyaları və məişət texnikaları avadanlıqları satmışdır. Cavabdeh öhdəlik götürərək götürmüş olduğu malların pullarını 18 (on səkkiz) ay müddətində ona hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürüb, bununla bağlı tərəflər arasında 02 iyun 2023-cü ildə akt imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə Mülki Məcəllənin nisyə alqı-satqı müqaviləsindən yaranan münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Qeyd edilən müqavilə üzrə cavabdehin malları qüsurlu halda alması ilə bağlı hər hansı qeyd edilməmiş, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini tam yerinə yetirmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə icra etməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. İddiaçı iddia tələbində ona göstərilmiş hüquqi xidmət pulunu, ona göstərilmiş poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlamaq üçün ödədiyi 30 manat telefon danışığı xərclərinin də cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, qeyd edilən xərcləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki,İddiaçı 3540 manat məbləği Cavabdeh tələb etməyə haqlıdır, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməli, iddia tələbi qismən təmin olunmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 55.4 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 3.6 manat hissəsi İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3540 ( üç min beş yüz qırx) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 55.4 (əlli beş manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan 3.6 (üç manat altmış qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov